
Naxçıvanda elm və ali təhsil ictimaiyyətinə açıq info-sessiyalar keçiriləcək
25.02.2025 /
Fevralın 25-də Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublikasının elm və ali təhsil ictimaiyyətinə açıq info-sessiyalar keçiriləcəkdir. Tədbirdə iki istiqamət üzrə təqdimat aparılacaqdır.
Agentliyin Xaricdə təhsil sektorunun müdiri Niftalı Qasımlı iştirakçıları elm və ali təhsilin beynəlmiləlləşməsi və beynəlxalq əməkdaşlıq imkanları, Elmi müəssisələrlə iş şöbəsinin böyük məsləhətçisi Nərminə Abullayeva isə “Scopus”un süni intellekt alətindən istifadə etməklə tədqiqat bacarıqlarının inkişafı barədə məlumatlandıracaq.
Tarix: 25 fevral 2025-ci il, saat 11:00
Məkan: Naxçıvan Dövlət Universiteti, Universitet şəhərciyi, Konservatoriya tədris binası, akt zalı
Qeydiyyat linki: https://forms.gle/qRPtfwXBGAbMdZ87A


