AzEnRu
  • ОБ ИНСТИТУТЕ
    • Общая информация
    • Руководство
    • Структура
    • Общественные организации
    • Ученые
  • НОВОСТИ
    • Все новости
    • Важные новости
    • Мероприятия
    • Объявления
    • Зарубежные отношения и сотрудничество
    • Издательская деятельность
    • Интересная новости
  • НАУЧНАЯ ДЕЯТЕЛЬНОСТЬ
    • Научные направления
    • Научные результаты
    • Состав научного совета
    • Заседания научного совета
    • Годовой отчёт
  • ELMMETRİYA
  • ДИССЕРТАЦИОННЫЙ СОВЕТ
    • Докторантура
    • Состав Диссертационного совета
    • Заседания Диссертационного совета
    • Правила и инструкции
    • Авторефераты диссертаций
  • ИННОВАЦИОННАЯ ДЕЯТЕЛЬНОСТЬ
    • Потенциальные прикладные проекты
    • Создаваемые устройства
    • Прикладные работы
    • Патенты
    • Гранты
  • ИЗДАНИЯ
    • Известия НАНА
    • Учебники и монографии
  • КОНТАКТ
ГЛАВНАЯ СТРАНИЦА →НОВОСТИ
+A -A

STEPI ilə əməkdaşlıq çərçivəsində AMEA-da icra edilən layihə yekunlaşıb

30.12.2020 / Конференции, собрания

Cənubi Koreyanın Elm və Texnologiya Siyasəti İnstitutu (STEPI) tərəfindən "K-İnnovasiyalar ODA Proqramı (Azərbaycan) 2020" adlı onlayn məlumatlandırma seminarı keçirilib.

Tədbirdə ölkəmizi AMEA-nın Yüksək Texnologiyalar Parkının (YT Park) direktoru Vasif Abbasov, qurumun direktor müavini Zaur Nəhmətov və AMEA Rəyasət Heyəti aparatının Xarici əlaqələr idarəsinin Beynəlxalq elmi əməkdaşlıq şöbəsinin müdiri Bünyamin Seyidov təmsil edib.

Onlayn tədbiri STEPI-nin Qlobal İnnovasiya Strategiyası bölməsinin baş direktoru Vandonq Kim açaraq, seminarın işinə uğurlar diləyib.

Tədbirin açılış mərasimində çıxış edən YT Parkın direktoru Vasif Abbasov Azərbaycanda informasiya texnologiyalarının, xüsusilə rəhbərlik etdiyi qurumun gələcək inkişafı naminə göstərdikləri dəstəyə görə STEPI-yə təşəkkür edib. Direktor Cənubi Koreya Respublikasının informasiya texnologiyaları sahəsində əldə etdiyi nailiyyətlərin onu dünyanın lider ölkələrindən birinə çevirdiyini vurğulayıb. O, elm və texnologiya sahəsində tədqiqatlar üçün qlobal düşüncə platformasını genişləndirərək milli rəqabət qabiliyyətini inkişaf etdirməyi hədəfləyən STEPI-nin bu sahədə əldə etdiyi qabaqcıl təcrübəni bölüşmək istəyini yüksək qiymətləndirib.

Vasif Abbasov rəhbərlik etdiyi qurum barədə seminar iştirakçılarına ətraflı məlumat verərək bildirib ki, Azərbaycan Respulikasının Prezidenti İlham Əliyevin 8 noyabr 2016-cı il tarixli Sərəncamı ilə yaradılmış AMEA Yüksək Texnologiyalar Parkı yüksək texnologiyaların hazırlanması və işlənilməsi məqsədilə elmi tədqiqatların, təcrübə-konstruktor işlərinin aparılması, eləcə də onların nəticələrinin sənaye, xidmət və digər sahələrdə tətbiqi üçün zəruri infrastruktura və maddi-texniki bazaya malikdir.

“STEPI ilə əməkdaşlıq AMEA-nın rəhbərliyi səviyyəsində dəstəklənir”, – deyə bildirən direktor iki qurum arasında mövcud olan faydalı və məhsuldar əməkdaşlıq təcrübəsindən bəhs edib. Vasif Abbasov, həmçinin əməkdaşlıq çərçivəsində 2019-2020-ci illəri əhatə edən “Azərbaycanda texnologiya transferi və elmin kommersiyalaşdırılmasının təşviqi” layihəsi barədə məlumat verib, il ərzində görülmüş işləri diqqətə çatdırıb. Bildirib ki, texnologiya transferi və elmin kommersiyalaşdırılması sahəsində STEPI-nin AMEA-nın Yüksək Texnologiyalar Parkı ilə bölüşdüyü təcrübə, o cümlədən texnoparkın fəaliyyətinin təkmilləşdirilməsində Koreya modelinin tətbiqi Parkın gələcək inkişafı üçün böyük önəm kəsb edir.

Çıxışının sonunda Vasif Abbasov 2022-2024-cü illəri əhatə edəcək “Azərbaycanda AMEA Yüksək Texnologiyalar Parkının əməliyyat proqramı: tətbiq və bacarıqların artırılması” adlı layihənin də sıx əməkdaşlıq şəraitində uğurla həyata keçiriləcəyinə inamını ifadə edib.

Tədbirdə “Azərbaycanda texnologiya transferi və elmin kommersiyalaşdırılmasının təşviqi” layihəsinin yekun hesabatı təsdiq edilib.

mənbə: science.gov.az

Tweet
ОБЪЯВЛЕНИЯ
  • 08.04.2026
  • 08.04.2026
  • 07.04.2026
  • 06.04.2026
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • ОБ ИНСТИТУТЕ
    • Общая информация
    • Руководство
    • Общественные организации
    • Структура
  • НАУЧНАЯ ДЕЯТЕЛЬНОСТЬ
    • Научные направления
    • Научные результаты
    • Докторантура
    • Магистратура
  • ИННОВАЦИОННАЯ ДЕЯТЕЛЬНОСТЬ
    • Потенциальные прикладные проекты
    • Прикладные работы
    • Патенты
    • Гранты
  • НОВОСТИ
    • Конференции, Собрания
    • Важные новости
  • ПОЛЕЗНОЕ
    • Объявления
    • Новые издания
    • Ссылки
Copyright © 2010-2025 Институт Систем Управления
Карта сайта