
Akademik Məhəmmədəmin Şahtaxtinskinin 90 illik yubileyinə həsr olunan beynəlxalq konfrans keçiriləcək
29 January 2022
2022-ci ilin oktyabr-noyabr aylarında Bakı və Naxçıvan şəhərlərində AMEA-nın Fizika İnstitutunun təşkilatçılığı ilə akademik Məhəmmədəmin Şahtaxtinskinin 90 illik yubileyinə həsr olunmuş “Kompozisiyalı quruluşlar fizikası” mövzusunda beynəlxalq konfrans keçiriləcək.
Azərbaycan və ingilis dillərində təşkil olunacaq konfransda iştirak etmək istəyənlər fizika sahəsində elmi məqalələrini “AJP Fizika” jurnalının e-mailinə ([email protected]) göndərə bilərlər.
Təqdim olunan bütün işlər sözügedən jurnalın xüsusi buraxılışında dərc olunacaq.


