Bakıda “EaPEC 2022” konfransı keçiriləcək
28 September 2022Sentyabrın 28-29-da Bakıda “EaPEC 2022” (The 5th Eastern Partnership E-infrastructure Conference – 5-ci Şərq Tərəfdaşlığı E-infrastruktur) beynəlxalq konfransı keçiriləcək.
Avropanın 60-dan çox ölkəsinin alim və mütəxəssislərini bir araya gətirəcək tədbir GEANT Assosiasiyasının təşəbbüsü və koordinasiyası ilə həyata keçirilən, Şərq Tərəfdaşlığı ölkələrini əhatə edən “EaPConnect” (‘EU4Digital: Connecting Research and Education Communities) layihəsi çərçivəsində reallaşdırılacaq.
Konfransın keçirilməsində məqsəd Şərq Tərəfdaşlığı ölkələri arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsi və bu dövlətlərin Avropa ictimaiyyətinə inteqrasiyasının sürətləndirilməsidir.
Azərbaycan elmi və təhsilinin inkişaf perspektivlərinin müəyyənləşdirilməsi baxımından geniş imkanlar açan “EaPEC 2022” konfransı müxtəlif ölkələrdən olan xüsusi ekspertlərin müvafiq mövzulara dair təqdimatlarının dinlənilməsi, həmkarlarla mühüm məsələlər üzrə təcrübə və fikir mübadiləsinin aparılması, Azərbaycan elminin Avropanın intellektual cəmiyyətinə effektiv şəkildə inteqrasiyasının təmin olunması baxımından mühüm platforma rolunu oynayacaq.
Ətraflı məlumat üçün linkə keçid edə bilərsiniz:
-
15.05.2024
3rd International Conference on Problems of Logistics, Management and Operation in the East-West Transport Corridor (PLMO 2024) will be held -
03.05.2024
Defense of a dissertation will be held at the meeting of ED 1.20 Dissertation Council -
30.04.2024
Scientific seminar will be held at the Institute of Control Systems -
23.04.2024
2nd International Conference on Information Technologies and their Applications to be held