“Horizon Avropa” Proqramı üzrə Məlumat Günü keçiriləcək
06 February 2023Avropa İttifaqı və Azərbaycan arasında Tədqiqat və İnnovasiya Əməkdaşlığı çərçivəsində Avropa Komissiyası (AK) və Azərbaycan Milli Elmlər Akademiyası tərəfindən AK-nın “Horizon Avropa” Proqramı üzrə Məlumat Gününün keçirilməsi nəzərdə tutulub. Tədbirin proqramına AK-nın ekspertləri tərəfindən “Horizon Avropa” Proqramının imkanları, Mariya Sklodovska-Küri Fəaliyyəti, Avropa Tədqiqat Mərkəzi, İqlim və enerji klasteri və tibb istiqaməti üzrə təqdimatlar daxil edilib.
Tədbir 6 fevral 2023-cü il tarixində saat 10:00-14:00-da onlayn formatda keçiriləcək və Azərbaycanın bütün təşkilatlarının alim və mütəxəssisləri iştirak edə bilər.
İştirak etmək istəyənlər buradan qeydiyyatdan keçməlidirlər. Qeydiyyatdan keçənlərə onlayn tədbirin linki və proqramı göndəriləcəkdir.
Əlavə məlumat üçün AMEA Rəyasət Heyəti aparatının Beynəlxalq əlaqələr şöbəsinə müraciət edilə bilər.
Tel.: (+994 12) 492 34 46;
Email: [email protected]
-
15.05.2024
3rd International Conference on Problems of Logistics, Management and Operation in the East-West Transport Corridor (PLMO 2024) will be held -
03.05.2024
Defense of a dissertation will be held at the meeting of ED 1.20 Dissertation Council -
30.04.2024
Scientific seminar will be held at the Institute of Control Systems -
23.04.2024
2nd International Conference on Information Technologies and their Applications to be held