Şərq-Qərb nəqliyyat dəhlizində logistika, idarəetmə və istismar problemləri üzrə 2-ci beynəlxalq konfrans (PLMO 2023) keçiriləcəkdir
01 March 202324-26 may 2023-cü il tarixlərində Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində Şərq-Qərb Nəqliyyat Dəhlizində Logistika, İdarəetmə və İstismar Problemləri üzrə 2-ci beynəlxalq konfrans (PLMO 2023) hibrid formada keçiriləcək.
Konfransın təşkilatçıları Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin İdarəetmə Sistemləri İnstitutu, Sileziya Texnologiya Universiteti (Polşa), Daşkənd Dövlət Nəqliyyat Universiteti və Gürcüstan Texniki Universitetidir.
Tədbirdə Polşa, İtaliya, Gürcüstan, Almaniya, Ukrayna, Rumıniya, Litva, Bolqarıstan, Özbəkistan, Qazaxıstan və digər ölkələrin aparıcı alimlərinin iştirakı gözlənilir.
Şərq-Qərb nəqliyyat dəhlizi keçmiş İpək Yolunun ayrılmaz hissəsi olub, regional iqtisadi əməkdaşlıq üçün yeni mexanizmlərin inkişafını tələb edən təşəbbüsdür. Üzv ölkələr arasında iqtisadi inkişafı, mədəni mübadiləni və kommunikasiyanı gücləndirir. “Bir kəmər - bir yol” konsepsiyasının ayrılmaz hissəsi olan Şərq - Qərb Dəhlizi ticarət yollarını, nəqliyyat və iqtisadi dəhlizlərini təkmilləşdirmək və yeni ticarət yolları yaratmaq məqsədi daşıyır. Şərq - Qərb Nəqliyyat Dəhlizi eyni zamanda, Avropa ilə Çini birləşdirən ən qısa ticarət yolu hesab olunur.
Konfransın əsas məqsədi elmi tədqiqat müəssisələri, universitetlər, beynəlxalq təşkilatlar, dövlət və özəl sektorlardan olan nümayəndələri bir araya gətirib Şərq - Qərb Nəqliyyat Dəhlizi ilə yüklərin daşınması üçün təchizat zəncirində olan elmi və praktiki problemləri müzakirə etməkdir.
Konfransda istifadə olunacaq dillər: azərbaycan, ingilis, və rus.
Qəbul edilmiş məqalələr konfrans materiallarında dərc olunacaqdır.
Ətraflı məlumat üçün aşağıdakı linklərə keçid edə bilərsiniz:
2ndPLMO Invitation Letter eng.docx
-
03.06.2024
The 9th World Conference on Soft Computing will take place -
15.05.2024
3rd International Conference on Problems of Logistics, Management and Operation in the East-West Transport Corridor (PLMO 2024) will be held -
03.05.2024
Defense of a dissertation will be held at the meeting of ED 1.20 Dissertation Council -
30.04.2024
Scientific seminar will be held at the Institute of Control Systems