Bakıda Beynəlxalq Astronavtika Konqresi keçiriləcək
20 February 20232023-cü il 2-6 oktyabr tarixlərində Bakıda Beynəlxalq Astronavtika Konqresi keçiriləcək.
Bu haqda AR Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentliyin ("Azərkosmos") İdarə Heyətinin sədri Saməddin Əsədov Beynəlxalq Astronavtika Konqresinə dair Azərbaycanın elm və təhsil müəssisələri ilə keçirilən görüşdə bəhs edib.
O, qeyd edib ki, konqres Azərbaycanda kosmik sənayenin inkişafına mühüm töhfə verməklə yanaşı, regionumuza kosmik ekosistemin qurulması və aparıcı qüvvə kimi çıxış etməsinə imkan yaradacaq.
“2-6 oktyabr 2023-cü ildə Bakı şəhərində keçiriləcək konqresdə elm və təhsil sahəsində "Call For Paper" adlı kosmik sahə üzrə elm müsabiqəsi, "Kosmik Liderlər Qrant Proqramı", "Gənc Kosmik Liderlerin Tanınması Proqramı", "Gənc Peşəkarlar Proqramı", "IAF Tələbə Müsabiqəsi, "Malina Astronavtika Medalı va Napolitano Mükafatı" kimi böyük təşəbbüslər həyata keçiriləcək”, - deyə o əlavə edib.
Konqres haqda ətraflı məlumat əldə etmək üçün aşağıdakı linkə keçid edə bilərsiniz:
https://www.iac2023.org/
-
03.06.2024
The 9th World Conference on Soft Computing will take place -
15.05.2024
3rd International Conference on Problems of Logistics, Management and Operation in the East-West Transport Corridor (PLMO 2024) will be held -
03.05.2024
Defense of a dissertation will be held at the meeting of ED 1.20 Dissertation Council -
30.04.2024
Scientific seminar will be held at the Institute of Control Systems