4-cü Sənaye İnqilabı və İnformasiya Texnologiyaları mövzusunda beynəlxalq konfrans keçiriləcəkdir
03 May 2023Hörmətli həmkarlar!
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin təşkilatçılığı ilə 11-12 may 2023-cü il tarixlərində 4-cü Sənaye İnqilabı və İnformasiya Texnologiyaları mövzusunda hibrid formada 1-ci beynəlxalq konfrans keçiriləcəkdir. Konfransın məqsədi rəqəmsal transformasiyaların avtomatlaşdırılması, robototexnika sahəsinin, böyük verilənlər, maşın öyrənməsi, Sənaye 4.0-də süni intellekt, kiberfiziki sistemlərin (IoT, Blockchain, Cloud) və kibertəhlükəsizliyin, eləcə də rəqəmsal ekosistemlər, rəqəmsal dövrdə sağlamlıq sahəsində problemlərin və sosial psixoloji aspektlərin araşdırılmasından ibarətdir. Tədbir geniş ictimaiyyətə problemlərin həll yollarını müəyyənləşdirməkdə kömək edəcəkdir. İngilis dilində aparılacaq bu konfransda yerli və xarici ölkələrin tanınmış alim və mütəxəssislərinin iştirakı nəzərdə tutulur.
Konfrans haqqında ətraflı məlumat üçün: http://conf.adnsu.az
-
03.06.2024
The 9th World Conference on Soft Computing will take place -
15.05.2024
3rd International Conference on Problems of Logistics, Management and Operation in the East-West Transport Corridor (PLMO 2024) will be held -
03.05.2024
Defense of a dissertation will be held at the meeting of ED 1.20 Dissertation Council -
30.04.2024
Scientific seminar will be held at the Institute of Control Systems