“Kənd təsərrüfatının proqnozlaşdırılması: inkişaf etməkdə olan ölkələr üçün çağırışlar” adlı beynəlxalq konfrans keçiriləcəkdir
04 July 2023Hörmətli həmkarlar!
Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi tabeliyində Aqrar Tədqiqatlar Mərkəzi bu təcrübələri bölüşmək üçün yerli və xarici tərəfdaşlarla birlikdə dünyanın müxtəlif ölkələrinin tədqiqatçı və ekspertlərini bir araya gətirmək məqsədilə “Kənd təsərrüfatının proqnozlaşdırılması: inkişaf etməkdə olan ölkələr üçün çağırışlar” adlı beynəlxalq konfrans təşkil edir.
Konfransın keçirilməsində əsas məqsəd inkişaf etmiş ölkələrdə kənd təsərrüfatı sahəsində tətbiq olunan modelləşdirmə və proqnozlaşdırma metodları ilə bağlı bilik və təcrübələrin digər dünya ölkələri ilə mübadiləsi, bu sahədə tədqiqat işlərinə və təhlil alətlərinə əlçatanlığın artırılması, eləcə də elmi-tədqiqat sahəsində beynəlxalq və regional əməkdaşlığın genişləndirilməsinə xidmət edən platformanın təşkil edilməslidir.
Konfrans çərçivəsində iştirakçıların Avropa Birliyi ölkələri tərəfindən kənd təsərrüfatı sahəsində tətbiq olunan modellər və proqnozlaşdırma metodları, həmçinin digər ölkələrdə aqrar sahənin modelləşdirilməsi və proqnozlaşdırılması sahəsində mövcud olan təcrübələr, konseptual yanaşmalarla bağlı məlumatlar və praktiki biliklər əldə etmələri üçün müzakirələr təşkil ediləcəkdir.
Konfrans 22-23 may 2024-cü il tarixində Bakı şəhərində təşkil olunacaq.
Böyük məmnuniyyətlə Sizi, əməkdaşlarınızı və doktorantlarınızı Konfransda iştirak etməyə dəvət edirik (Əlaqələndirici şəxs: Nəzrin Bağırova. tel.: 599-86-80; daxili - 2122, mob.: 099-311-62-32, e-poçt: [email protected]).
Konfrans haqqında ətraflı məlumat aşağıdakı linkə keçid etməklə əldə oluna bilər: http://agroprojectionsconference.az/
Azərbaycan Memarlıq və İnşaat Universitetinin
Elmi-tədqiqat Şöbəsi
-
27.09.2024
Defense of a dissertation will be held at a meeting of ED 1.19 Dissertation Council -
27.09.2024
Defense of a dissertation will be held at a meeting of ED 1.19 Dissertation Council -
20.09.2024
Scientific seminar of the Institute of Control Systems will be held -
30.08.2024
Joint scientific seminar on “Environmental Strategies for Water Resources Conservation” will be held