Fransanın Monpelye Universiteti ilə ikili diplom proqramına qeydiyyat davam edir
20.04.2022 /Yeni tədris ili üzrə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) maliyyə, mühasibat, iqtisadiyyat və biznesin idarəolunması ixtisasları üzrə II kurs tələbələri üçün Fransanın Monpelye Universitetinin ikili diplom proqramına qeydiyyat aparılır.
UNEC-dən bildirilib ki, proqram üzrə qəbul olan tələbələr III kursda Monpelye Universitetində təhsil alacaqlar. Onlara həmin universitetin tələbə kartları veriləcək. Kursun sonunda tələb olunan kreditləri qazanan tələbələr UNEC-ə qayıdaraq, təhsillərinə IV kursdan davam edəcəklər.