Fransanın Monpelye Universiteti ilə ikili diplom proqramına qeydiyyat davam edir
20.04.2022 / Maraqlı məlumatlarYeni tədris ili üzrə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) maliyyə, mühasibat, iqtisadiyyat və biznesin idarəolunması ixtisasları üzrə II kurs tələbələri üçün Fransanın Monpelye Universitetinin ikili diplom proqramına qeydiyyat aparılır.
UNEC-dən bildirilib ki, proqram üzrə qəbul olan tələbələr III kursda Monpelye Universitetində təhsil alacaqlar. Onlara həmin universitetin tələbə kartları veriləcək. Kursun sonunda tələb olunan kreditləri qazanan tələbələr UNEC-ə qayıdaraq, təhsillərinə IV kursdan davam edəcəklər.