Saytın xəritəsi
AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • İnstitutun tarixi
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
    • Elanlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
  • DİSSERTASİYA ŞURASI
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının Elmi seminarının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • KADR HAZIRLIĞI
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Təklif olunan layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
    • Sərgi zalı
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →Doktorantura
+A -A

AMEA İdarəetmə Sistemləri İnstitutu aşağıdakı ixtisaslar üzrə doktorantura yolu ilə elmi kadrlar hazırlayır.

1203.01 – “Kompüter elmləri” - riyaziyyat elmləri

3337.01 - "İnformasiya-ölçmə və idarəetmə sistemləri” – texnika elmləri;

 1203.01 – “Kompüter elmləri” - texnika elmləri

 3338.01 – “Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi” - texnika elmləri

5302.1 – “Ekonometriya” – iqtisad elmləri

Azərbaycan Milli Elmlər Akademiyası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 noyabr 2018-ci il tarixli, 774s nömrəli sərəncamı ilə təsdiq olunmuş üçün fəlsəfə doktoru və elmlər doktoru hazırlığı üzrə doktoranturaya və dissertanturaya Planları.

Fəlsəfə doktoru proqramı üzrə doktoranturaya ali təhsili olan (ali təhsil pilləsinin magistratura səviyyəsini bitirən, yaxud təhsili ona bərabər tutulan, tibbi təhsildə isə həkim və həkim-mütəxəssis) Azərbaycan Respublikasının vətəndaşları müsabiqə yolu ilə qəbul olunurlar.
Doktoranturaya qəbul üçün aşağıdakı sənədlər AMEA-nın müvafiq institutuna (İnstitutların ünvanını AMEA-nın www.science.az saytından əldə etmək olar) təqdim olunmalıdır:
- elmi müəssisənin direktorunun adına ərizə;
- kadrların şəxsi-qeydiyyat vərəqi;
- tərcümeyi-hal;
- 2 ədəd fotoşəkil (3x4 sm ölçüdə);
- iş stajı olanlar üçün əmək kitabçasından çıxarış;
- iş yerindən xasiyyətnamə;
- çap olunmuş elmi işlərin siyahısı və ya seçilmiş ixtisas üzrə referat;
- ali təhsil müəssisəsini bitirmək haqqında diplomun müvafiq qaydada təsdiq edilmiş surəti (xarici ölkələrdə təhsil almış Azərbaycan Respublikasının vətəndaşları üçün təhsil haqqında sənədlərin tanınması haqqında şəhadətnamə);
- xarici dil bilikləri üzrə beynəlxalq sertifikat (əgər varsa);
- şəxsiyyəti təsdiq edən sənədin surəti.

Elmlər doktoru proqramı üzrə doktoranturaya seçdikləri sahədə elmi və ya elmi-pedaqoji nailiyyəti olan, fundamental tədqiqatları yüksək səviyyədə aparmağı bacaran və fəlsəfə doktoru (elmlər namizədi) elmi (alimlik) dərəcəsi olan Azərbaycan Respublikasının vətəndaşları qəbul edilirlər.
Doktoranturaya qəbul üçün aşağıdakı sənədlər AMEA-nın müvafiq institutuna təqdim olunmalıdır:
- ərizə (doktoranturanın fəaliyyət göstərdiyi müəssisənin və yaxud təşkilatın rəhbərinin adına);
- kadrların şəxsi-qeydiyyat vərəqi;
- tərcümeyi-hal;
- 2 ədəd fotoşəkil (3x4 sm ölçüdə);
- iş yerindən xasiyyətnamə;
- əmək kitabçasından çıxarış;
- çap olunmuş elmi işlərin siyahısı;
- fəlsəfə doktoru (elmlər namizədi) elmi dərəcəsi diplomunun müvafiq qaydada təsdiq edilmiş surəti;
- ali təhsil müəssisəsini bitirmək haqqında diplomun müvafiq qaydada təsdiq edilmiş surəti (xarici ölkələrdə təhsil almış Azərbaycan Respublikasının vətəndaşları üçün təhsil haqqında sənədlərin tanınması haqqında şəhadətnamə);
- şəxsiyyəti təsdiq edən sənədin surəti.

Dissertantlıq yolu ilə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün dissertanturaya ali təhsilli (ali təhsil magistratura səviyyəsini bitirən, yaxud təhsili ona bərabər tutulan), müvafiq tədqiqat sahəsində müəyyən müvəffəqiyyətləri olan ali təhsil müəssisələrinin, elmi və digər təşkilatların elmi və elmi-pedoqoji kadrları sənəd təqdim edə bilər.
Dissertantlıq yolu ilə təhsil müddətini başa vuran şəxslər eyni ixtisas üzrə təkrar dissertant ola bilməz.
Doktoranturada tam təhsil müddətini başa vurmuş şəxslər eyni ixtisas üzrə dissertantlıq yolu ilə təhsil ala bilməz.
Dissertant kimi təhkim olunmaq istəyən şəxslər bir qayda olaraq elmi və elmi-pedaqoji iş stajına malik olmalıdır.
Fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün dissertanturaya qəbulla bağlı aşağıdakı sənədlər AMEA-nın müvafiq institutuna təqdim olunmalıdır:
- ərizə (dissertantura təhsilini həyata keçirən müəssisənin və yaxud təşkilatın rəhbərinin adına);
- kadrların şəxsi-qeydiyyat vərəqi;
- tərcümeyi-hal;
- 2 ədəd fotoşəkil (3x4 sm ölçüdə);
- iş yerindən xasiyyətnamə;
- əmək kitabçasından çıxarış;
- çap olunmuş elmi işlərin siyahısı və ya seçilmiş ixtisas üzrə referat (fəlsəfə doktoru hazırlığı üzrə);
- ali təhsil müəssisəsini bitirmək haqqında diplomun müvafiq qaydada təsdiq edilmiş surəti (xarici ölkələrdə təhsil almış Azərbaycan Respublikasının vətəndaşları üçün təhsil haqqında sənədlərin tanınması haqqında şəhadətnamə);
-  şəxsiyyəti təsdiq edən sənədin surəti.

Dissertantlıq yolu ilə elmlər doktoru elmi dərəcəsi almaq üçün fəlsəfə doktoru elmi dərəcəsinin olması  əsas şərtdir.
Elmlər doktoru elmi dərəcəsi almaq üçün dissertanturaya qəbul üçün aşağıdakı sənədlər AMEA-nın müvafiq institutuna təqdim olunmalıdır:
- ərizə (dissertantura təhsilini həyata keçirən müəssisənin və yaxud təşkilatın rəhbərinin adına);
- kadrların şəxsi-qeydiyyat vərəqi;
- tərcümeyi-hal;
- 2 ədəd fotoşəkil (3x4 sm ölçüdə);
- iş yerindən xasiyyətnamə;
- əmək kitabçasından çıxarış;
- çap olunmuş elmi əsərlərin siyahısı (elmlər doktoru hazırlığı üzrə);
- fəlsəfə doktoru (elmlər namizədi) diplomunun müvafiq qaydada təsdiq edilmiş surəti;
- ali təhsil müəssisəsini bitirmək haqqında diplomun müvafiq qaydada təsdiq edilmiş surəti (xarici ölkələrdə təhsil almış Azərbaycan Respublikasının vətəndaşları üçün təhsil haqqında sənədlərin tanınması haqqında şəhadətnamə);
- şəxsiyyəti təsdiq edən sənədin surəti.


İdarəetmə Sistemləri İnstitutu üzrə sənədlər İnstitutun Təhsil şöbəsində (otaq № 312) qəbul edilir.
Əlaqə telefonu: (+994 12) 539 28 26
E_mail: tehsil.isi@gmail.com  


Əlavə məlumat üçün AMEA-nın Elm və təhsil baş idarəsinin Doktorantura şöbəsinə  müraciət etmək olar.
Əlaqə telefonları:  (+994 12) 539 30 60, 492 84 48
E-mail: etbi@science.az

ELANLAR
  • 15.07.2022
    ''Endless Light in Science'' beynəlxalq elmi-praktik jurnalının növbəti sayı nəşr olunacaq
  • 28.06.2022
    Dissertasiya işinin ilkin müzakirəsi keçiriləcək
  • 24.06.2022
    Dissertasiya şurasının növbəti iclası keçiriləcək
  • 22.06.2022
    Dissertasiya işinin ilkin müzakirəsi keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
VİDEO
HORIZON 2020
AMEA İdarəetmə Sistemləri İnstitutu Avropa Birliyinin İnformasiya Kommunikasiya Texnologiyaları üzrə HORIZON 2020-nin dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
FOTOQALAREYA
VİDEOQALEREYA
  • İNSTİTUT HAQQINDA
    • İnstitutun tarixi
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Təklif olunan layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2017-2022 AMEA İnformasiya Texnologiyaları İnstitutu