
9-12 sentyabr 2026-cı il tarixlərində Bakı şəhərində “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” mövzusunda 13-cü Beynəlxalq Konfransı keçiriləcək
07 Aprel 2026
Konfrans Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Riyaziyyat İnstitutu, Baku Dövlət Universiteti, Mirzə Uluqbek adına Özbəkistan Milli Universiteti, Vasyl Stefanyk adına Karpat Milli Universiteti (Ukrayna) və İnformasiya Texnologiyaları İnstitutunun təşkilatçılığı ilə keçiriləcək.
Konfrans riyaziyyatçılar, mexanika mühəndisləri və riyaziyyat təhsili sahəsinin mütəxəssisləri üçün beynəlxalq forum rolunu oynayacaq və iştirakçılara saf və tətbiqi riyaziyyat, mexanika, təhsil sahələrinin bütün sahələrində son tədqiqat və inkişaf nəticələrini, eləcə də onların real həyatda mümkün tətbiqlərini təqdim etmək imkanı verəcək.
Qəbul edilmiş məqalələrin tam versiyaları konfrans veb-saytında göstərilən jurnallarda rəy prosesindən sonra dərc üçün nəzərdən keçiriləcək.
Konfransın rəsmi dili ingilis dilidir.
Ətraflı məlumat üçün aşağıdakı linkə keçid edə bilərsiniz:
-
08.04.2026
Riyaziyyat İnstitutunda dezinfeksiya işləri aparılacaq -
07.04.2026
9-12 sentyabr 2026-cı il tarixlərində Bakı şəhərində “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” mövzusunda 13-cü Beynəlxalq Konfransı keçiriləcək -
06.04.2026
«Ağıllı Mühit və Yaşıl Texnologiyalar -ICSEGT 2026» adlı 3-cü Beynəlxalq Konfrans keçiriləcək -
06.04.2026
Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək


