AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

ABŞ-ın Stanford universitetinin professoru Raif Rüstəmovun seminarı keçirildi

02.06.2014 / Xəbərlər

2 iyun 2014 –cü ildə  ABŞ-ın Stanford universitetinin professoru, həmyerlimiz  Raif Rüstəmovun "Həndəsi verilənlərin analizi" mövzusunda AMEA İdarəetmə Sistemləri institutunda seminarı keçirildi.

İnstitutun direktoru T.Əliyev  və R.Rüstəmov  gələcəkdə İdarəetmə Sistemləri İnstitutu və ABŞ-ın Stanford Universiteti arasında əlaqələrin yaradılması və elmi layihələrdə birgə iştirak üçün müxtəlif məsələləri  müzakirələr etdilər.

Seminarı ilk olaraq İdarəetmə Sistemləri İnstitutunun Gənc Alim və Mütəxssislər şurasının sədri Samir Rüstəmov açdı. O, Raif Rüstəmovu və onun əldə etdiyi nəaliyyətləri seminar iştirakçılarına təqdim etdi.     Çıxış üçün söz  verilən Raif müəllim öz vətənində belə bir seminarda çıxış etməsindən məmnunluq duyduğunu bildirdi və mövzusu haqqında iştirakçılara geniş məlumat verdi. 3 ölçülü obyektlərin xassələrinin riyazi alqoritmlər vasitəsilə öyrənilməsi seminar iştirakçıları arasında ciddi maraq doğurdu. Bu baxımdan Knyaz Məmmədov, Camal Həsənov, Ələkbər Axundov, Gülçin Abdullayeva və s. mövzu barəsində müəlliflə fikir mübadiləsi apardılar. Sonda, İnstitutun direktor müavini Oktay Nüsrətov Raif müəllimə institut adından təşəkkürünü bildirdi və ona gələcək işlərində uğurlar arzuladı.

Raif Rüstəmov ilk təhsilini Bakının Fizika riyaziyyat və İnformatika Təmallü liseyində almışdır. O, 1995-1996-cı illərdə Azərbaycanın şərəfini beynəlxalq riyaziyyat olimpiadalrında qorumuşdur. Belə ki, həmin illərdə, Beynəlxalq riyaziyyat olimpiadasının gümüş, Yuneskonun qızıl medallarına layiq görülmüşdür. Hal-hazırda Stanford Universitetinin Kompyuter Elmləri fakultəsində Həndəsi hesablamalar laboratoriyasında işləyir. O 2005-ci ildə PhD dərəcəsini Prinseton Universitetində almışdır. Müxtəlif illərdə Purdu və Drev universitetlərində işləmişdir. Onun bir çox məqalələri reytinqli SGP,MLİNİ, SİGGRAPH konfranslarında ən yaxşı məqalə mükafatını qazanmışdır.

Tweet
ELANLAR
  • 08.04.2026
    23–25 iyun 2026-cı il tarixlərində Bakı şəhərində “Müasir Riyaziyyat, Mexanika və Onların Tətbiqlərinin Problemləri” (MPMMA 2026) mövzusunda Beynəlxalq konfransı keçiriləcək
  • 08.04.2026
    Riyaziyyat İnstitutunda dezinfeksiya işləri aparılacaq
  • 07.04.2026
    9-12 sentyabr 2026-cı il tarixlərində Bakı şəhərində “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” mövzusunda 13-cü Beynəlxalq Konfransı keçiriləcək
  • 06.04.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi