AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →2025-ci ildə alınan elmi nəticələr
+A -A

2025-ci ildə institutda yerinə yetirilmiş elmi-tədqiqat işləri üzrə 29 mühüm elmi nəticə alınmışdır,

onlardan 11 nəticə Elmi Şura tərəfindən təsdiq edilmişdir.

 

1. Videogörüntüdən seçilmiş obyektin izlənməsini təmin edən alqoritm işlənmişdir. Tədqiqat işində videokameradan alınan ekran təsvirində seçilmiş obyektin avtomatik izlənmə alqoritmi təqdim olunmuşdur. Obyekt dedikdə, mərkəzi təsvirin seçilmiş nöqtəsində olan və müəyyən düzbucaqlı ilə məhdudlaşan hissə başa düşülür. Təklif olunan alqoritm izlənilən obyekt haqqında apriori məlumatların olmasını tələb etmir, obyektin təsvirdə lokallaşdıran düzbucaqlı üzrə hesablanan histoqramın yeni kadrlar üçün hesablanan histoqramlara yaxınlıq dərəcəsinin qiymətləndirilməsinə əsaslanır. Histoqramların yaxınlıq dərəcəsini qiymətləndirmək üçün Hausdorff metrikası tətbiq olunmuşdur. Kompüter eksperimentləri göstərir ki, bir sıra hallarda izlənilən obyektin hərəkət etdiyi və təsvirində arxa fon kimi çıxış edən mühit bircins olmadıqda təklif olunan alqoritm daha yaxşı nəticə verir.
İcraçılar: t.e.d., prof., akademik Əli Abbasov, t.e.d., dos. Elxan Səbziyev, r.ü.f.d., dos. Ədalət Paşayev, Sadiq Məlikov.

 

2. Smart Bot Assistant. Gələn zəngləri avtomatik tanıyıb, səs və mətn analizi vasitəsilə cavablandıran ağıllı bot sistemidir. Müştəri suallarını anlama, yönləndirmə və cavablandırma funksiyaları ilə çağrı mərkəzlərində insan yükünü azaldır. Sistemdə təbii dil emalı (NLP) və səs tanıma texnologiyaları inteqrasiya olunub. Sistemin funksionallığı aşağıdakıları əhatə edir:
Realtime Text to Speech (TTS). Verilən mətni yüksək keyfiyyətli səsə çevirərək real vaxtda səsləndirən modul. Canlı yayım, çağrı mərkəzi və xəbər sistemlərində istifadəyə uyğundur. Fərqli səslərlə çıxış verə bilir.
Voice Cloning ilə Text to Speech. İstənilən şəxsin referans səsinə əsaslanaraq, həmin səsdə istənilən mətni səsləndirən sistemdir.
Text Translation App. Çoxdilli mətni real vaxtda və internet bağlantısı olmadan tərcümə edə bilən tətbiqdir. Azərbaycan dili də daxil olmaqla əsas dünya dillərini dəstəkləyir. Mobil və masaüstü platformalarda çevik işləmə üçün optimallaşdırılıb.
Offline LLM (Azərbaycan dili dəstəyi ilə). Lokal mühitdə internet olmadan işləyən süni intellekt modelidir. Azərbaycan dilində mətn anlama, yazı generasiyası və məlumat sorğularına cavab vermə kimi tapşırıqları yerinə yetirir. Məlumat məxfiliyini qoruyaraq müəssisədaxili istifadəyə uyğundur.
ASR – Səs Tanıma Modulu. Azərbaycan dilində danışığı avtomatik olaraq mətnə çevirən səs tanıma sistemidir. Zənglər, səs yazıları və video transkripsiyaları üçün yüksək dəqiqlik təmin edir. Dialektlər və müxtəlif aksentlərə uyğunlaşdırıla bilir.
RAG – Retrieval-Augmented Generation. Verilmiş sənədlər və məlumat bazasında ən uyğun bilgiləri taparaq cavabları zənginləşdirən süni intellekt moduludur. Chatbotlar, axtarış sistemləri və daxili məlumat bazaları üçün effektiv nəticə verir. Cavablar həm də izahlı və mənbəyə əsaslı təqdim olunur.
AI Agentlər Modulu. Platformadakı müxtəlif servisləri bir-biri ilə əlaqələndirərək avtomatik qərarlar verən ağıllı agentlər sistemidir. İstifadəçi sorğuları əsasında verilmiş funksiyaları çağıra, alətləri istifadə edə və verilənlər bazasında axtarış edə və ora məlumat yaza bilir.
İcraçılar: t.e.d., prof., akademik Əli Abbasov, t.ü.f.d., dos. Əbülfət Fətullayev

 

3. Əkin sahələrinin uzaqdan monitorinqini həyata keçirən multikopter sensorlarından alınan multispektral verilənlər və süni intellekt texnologiyalarından istifadə etməklə vahid IoT platforması əsasında məhsulun məhsuldarlığının proqnozlaşdırılması mexanizmi işlənilmişdir. Eksperimental sınaqlar sistemin əkin sahələrində baş verən dinamiki dəyişikliklərin real vaxt rejimində dəqiq müəyyənləşdirilməsi, izlənilməsi və baş vermiş dəyişikliklərə operativ reaksiyanın verilməsi qabiliyyətinə malik olduğunu göstərmişdir.
İcraçılar: t.e.d., prof. Elçin Əliyev, Əbülfət Rəhmanov

 
4. Şəhərdə bir evin və ya daşınmaz əmlak obyektinin yerləşdiyi mövqeyinin qiymətləndirilməsi çox meyarlı qərar vermə problemi kimi nəzərdən keçirilir. Bu mövqedən ictimai nəqliyyat vasitəsi ilə şəhərin digər nöqtələrinə gediş-gəlişin asanlığı, həmçinin metro stansiyaları, xəstəxanalar, ticarət mərkəzləri, yaşıl park əraziləri və s. kimi mühüm məntəqələrə gedə bilmə asanlığı diqqətə alınır. Bu çərçivədə ictimai nəqliyyat şəbəkə (PTN) məsafəsi konsepsiyası təqdim edilir və Mövqe Qiymətləndirmə İndeksi (LVI) adlı indeks təklif edilir. Yaşayış yerinin yerləşdiyi yerə görə bazar dəyərinin qiymətləndirilməsində bu indeksin əhəmiyyəti vurğulanır.
İcraçı: r.e.d., prof. Əfəndi Nəsibov

 

5. Obrazların (şəkillər, əlyazma mətnlər) tanınması üçün intellektual kompüter sistemi çərçivəsində tanınan obrazlar barədə mövcud məlumatların informasiya məzmununu artırmaq üçün yanaşmalar işlənib hazırlanmışdır. İnformasiyanın emalı üçün təklif olunan yanaşmalar approksimasiya, ekstrapolyasiya və morfoloji analiz üsullarının istifadəsinə əsaslanır. Aşağı ayırdetmə ilə skan edilmiş əlyazma mətnlərin tanınması üzrə kompüter eksperimentləri aparılmışdır.
Təklif olunan üsullardan istifadə edərək, tanıma dəqiqliyi 70%-dən 90%-ə yüksəlmişdir. Alqoritmlərdən Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən kütləvi imtahanların nəticələrinin emalında istifadə olunub.
İcraçılar: t.ü.f.d. Rüstəm Əzimov, t.ü.f.d., dos. Elşən Mustafayev, Sona Rzayeva.

 

6. Xətti dinamik sistem üçün əmsal-tərs məsələ həll edilir. Məsələnin spesifikliyi, birincisi, həm əsas, həm də əlavə təyin olunan şərtlərin qeyri-lokallığından, ikincisi, onlarda obyektin vəziyyətinin törəmələri haqqında informasiyanın mövcud olmasından ibarətdir. Məsələnin həllinin varlığı və yeganəliyi üçün zəruri və kafi şərtlər alınmışdır. Ədədi həll üçün iki yanaşma təklif olunmuş, göstərilmişdir ki, onların müqayisəli effektivliyi qeyri-lokal şərtlərdə iştirak edən aralıq vəziyyətlərin sayı ilə bu şərtlərdə onların törəmələrinin tərtibinin nisbətindən asılıdır. Həmçinin karbohidrogen xammalının boru kəmərləri ilə nəqli sistemlərində həm hidravlik müqavimət əmsallarının, həm də sızma yerlərinin təyini məsələlərinin həllinə ümumi yanaşma təklif olunmuş, göstərilmişdir ki, tədqiq olunan məsələlər həm xüsusi, həm də adi diferensial tənliklər üçün tərs parametrik məsələlərə gətirilir. Uygun proqram təminatı hazırlanmış, kompüter eksperimentləri aparılmışdır.
İcraçılar: r.e.d., prof., müxbir üzv Kamil Ayda-zadə, r.e.d., prof. Vaqif Abdullayev, r.e.d., dos. Yeganə Əşrəfova, r.e.d., dos. Anar Rəhimov

 

7. Toplanmış və paylanmış parametrli obyektlərə nəzərən əks əlaqəli optimal idarəetmə məsələsinin həllinə yanaşma işlənmişdir. Bu yanaşma idarəetmələrin qiymətlərinin formalaşması üçün obyektin həm cari, həm də əvvəlki zamanlardakı vəziyyətləri haqqında informasiyadan istifadəyə əsaslanır.
Optimal idarəetmənin sintezi məsələlərini həll etmək üçün optimallaşdırmanın sonlu ölçülü ədədi üsullarından istifadə etməyə imkan verən optimallıq üçün zəruri şərtlər alınmışdır. Proqram təminatı hazırlanmış, test məsələlər üzərində ədədi eksperimentlər aparılmışdır.
Toplanmış parametrli sistemlər üçün yaddaşa malik zonal idarəedici təsirlər sinfində idarəetmənin sintezinə yanaşma təklif olunur. Zonal idarəedici təsirlərin parametrlərinin optimallığı üçün zəruri şərtlər alınmışdır. Zonal idarəetmələrin sintezi məsələsinin həlli üçün alqoritmlər və proqram təminatı işlənmişdir. Test məsələlər üzərində kompüter eksperimentləri aparılmışdır.
İcraçılar: r.e.d., prof. Vaqif Abdullayev, r.e.d. dos. Samir Quliyev, r.ü.f.d., dos. Vüqar Həşimov.

 

8. Başlanğıc şərtin vasitəsilə idarə olunan və Volterra tip ikiölçülü qeyri-xətti fərq tənliklər sistemi ilə təsvir olunan optimal idarəetmə məsələsində optimallıq üçün Eyler tənliyinin analoqu alınmış və optimallıq üçün konstruktiv yoxlanıla bilən ikinci tərtib ümumi zəruri şərt isbat edilmişdir
Gecikməyə malik adi diferensial tənliklər sistemi ilə təsvir olunan çoxnöqtəli keyfiyyət meyarlı bərabərlik və bərabərsizlik tipli çoxnöqtəli funksional məhdudiyyətli optimal idarəetmə məsələsi öyrənilmişdir. Optimallıq üçün yeni və çox ümumi xarakter daşıyan ikinci tərtib zəruri şərt isbat edilmişdir. Bu zəruri şərtdən xüsusi halda klassik mənada məxsusi idarələrin optimallıq şərtləri alınmışdır.
Təsadüfi küylərin təsiri altında müxtəlif kimyəvi-texnoloji proseslərin modelləşdirilməsi zamanı yaranan, birinci tərtib stoxastik hiperbolik tənliklər sistemi ilə təsvir olunan optimal idarəetmə məsələsinə baxılmışdır. Müxtəlif şərtlər daxilində maksimum prinsipi mənada məxsusi idarələrin optimallığı üçün zəruri şərtlər, həmçinin optimallıq üçün birinci və ikinci tərtib zəruri şərtlər tapılmışdır.
İcraçılar: r.e.d., prof. Kamil Mənsimov, r.ü.f.d., dos. Rəşad Məstəliyev

 

9. A.H.Hacıyev, Jiuping Xu “High-dimensional regression analysis and Artificial Intelligence: Theory, Methods and Applications”, Springer, 2025, 440 səhifəli kitabda iri miqyaslı modellərin şərh oluna bilməsinin sabitliyini və etibarlılığını qiymətləndirmək problemlərini həll etmək üçün yeni yüksək ölçülü xətti və qeyri-xətti reqressiya modeli təqdim olunur. Kitabda reqressiya təhlilində əsas konsepsiyalar nəzərdən keçirilməklə və süni intellekt şərhinin mövcud vəziyyətini və problemlərini müzakirə etməklə, reqressiya modellərinin dərin tədqiqi vasitəsilə verilənlərə əsaslanan xətti reqressiyanın əsas prinsipləri izah edilir. Reqressiya modellərinin izahedici gücünü artırmaq üçün dəyişən parametrli reqressiya modelləri əlavə olaraq araşdırılır və dəyişən parametrli qeyri-xətti reqressiya modellərinə genişləndirilir. Mürəkkəb əlaqələri idarə etmək üçün yüksək ölçülü qeyri-xətti reqressiyanın sabitliyini təmin edən Gauss-Nyuton iterativ metodu daxil edilmişdir. Etibarlılıq Aralığına əsaslanan Etibarlılığın Qiymətləndirilməsi çərçivəsi mühəndislik, maliyyə və zaman seriyalarının proqnozlaşdırılması sahəsində nümunə araşdırmaları vasitəsilə təsdiqlənmiş izahatların sabitliyini və etibarlılığını qiymətləndirmək üçün interval eni, mərkəzdən kənarlaşma və dəqiqlik kimi statistik göstəriciləri vahid halda birləşdirir. Bütövlükdə, kitab daha etibarlı süni intellekt sistemlərini inkişaf etdirərək, şərh edilə bilənliyi və statistik hesabatlılığı artırmaq üçün reqressiya modelləşdirməsini, güvən bölgəsinin qurulmasını və etibarlılığın qiymətləndirilməsini birləşdirən şərh edilə bilən əlaqəli çərçivə təqdim edir.
İcraçı: r.e.d., prof., akademik Asəf Hacıyev

 

10. Son illərdə Azərbaycan iqtisadiyyatı COVID-19 pandemiyası, Rusiya-Ukrayna müharibəsi və qlobal iqlim dəyişiklikləri kimi qlobal problemlər nəticəsində əhəmiyyətli qeyri-müəyyənliklərlə üzləşmişdir. Bu hadisələr əsas iqtisadi göstəricilərə öz mənfi təsirini göstərmişdir. Bu tədqiqatda 2015-2022-ci illər ərzində Azərbaycan İqtisadi Qeyri-Müəyyənlik İndeksinin EUI (EUI-nin sub-indeksləri) qiymətləndirilməsi üçün qeyri-səlis dinamik obrazların tanıması modeli tətbiq olunmuşdur. Tətbiq edilən metodun yeniliyi, ümumi EUI-nin hesablanmasında zaman çəkilərinin daxil edilməsidir. Bu yanaşma müxtəlif amillərin zamanla EUI-yə təsirini daha dinamik və dəqiq ölçməyə imkan verir. Təhlil iqtisadi artımın dəyişkənliyi, birbaşa xarici investisiyaların səviyyəsinin dəyişməsi, inflyasiya və turizm gəlirlərindəki dalğalanmaların təsirlərini nəzərə alır. Araşdırmada həmçinin COVID-19 pandemiyasının, Rusiya-Ukrayna müharibəsinin və iqlim dəyişikliklərinin təsirlərinin EUI (EUI-nin sub-indeksləri) dinamikasına təsirləri qiymətləndirilmişdir. Hazırlanmış alqoritm digər ölkələrin sosial-iqtisadi indekslərinin qiymətləndirilməsində də tətbiq oluna bilər.
İcraçılar: i.e.d., prof., müxbir üzv Qorxmaz İmanov, i.ü.f.d. Asif Əliyev, Tural Süleymanlı.

 

» 
2025-ci ildə alınan elmi nəticələr
» 
2024-cü ildə alınan elmi nəticələr
» 
2023-cü ildə alınan elmi nəticələr
» 
2022-ci ildə alınan elmi nəticələr
» 
2021-ci ildə alınan elmi nəticələr
» 
2020-ci ildə alınan elmi nəticələr
» 
2019-cu ildə alınan elmi nəticələr
» 
2018-ci ildə alınan elmi nəticələr
» 
2017-ci ildə alınan elmi nəticələr
» 
2016-cı ildə alınan elmi nəticələr
» 
2015-ci ildə alınan elmi nəticələr
» 
2014-cü ildə alınan elmi nəticələr
» 
2013-cü ildə alınan elmi nəticələr
» 
2012-ci ildə alınan elmi nəticələr
» 
2011-ci ildə alınan elmi nəticələr
» 
2010-cu ildə alınan elmi nəticələr

 

ELANLAR
  • 22.06.2026
    UFAZ-da növbəti beynəlxalq konfrans (AIDT 2026) keçiriləcək
  • 23.04.2026
    İnnovativ Sintez və Funksional Materiallar üzrə Beynəlxalq Konfrans (ISFM 2026) keçiriləcək
  • 17.02.2026
    XVI beynəlxalq konfrans keçiriləcək
  • 18.12.2025
    Elmi Şuranın növbəti iclası keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi