2011-ci ildə aparılan elmi-tədqiqat işləri üzrə alınan mühüm elmi nəticələr:
1. Yerin dərin təbəqələrindən (3-6 km) seysmoakustik küylərin qəbulu üçün istismarı dayandırılmış neft quyularının polad borularından istifadə etməklə, "anomal seysmik proseslərin robast Noise monitorinq” stansiyaları vasitəsi ilə Xəzər dənizinin Qum adasında №5-li quyuda 01.05.2010 tarixdən və cənubda Şirvanneftin №427-li quyusunda 20.11.2011 tarixdən aparılan eksperimentlər nəticəsində zəlzələləri 300-500 km radiusda standart seysmostansiyalardan 10-15 saat əvvəl qeyd etmək imkanı təsdiq edilmişdir. (İcraçılar: akad. T.A.Əliyev, akad. Ə.M.Abbasov, texn. f.d. Q.A.Quluyev, texn. f.d. F.H.Paşayev )
2. Qum adası, Siyəzən, Şirvan və Naftalanda quraş-dırılmış anomal seysmik proseslərin robast noice-monitoriq eksperimental stansiyaları vasitəsi ilə baş verəcək zəlzələni yaradan seysmik prosesin ocağının koordinatlarını təyin etməyə imkan verən modellər, alqoritmlər və proqram vasitələri yaradılmışdır. (İcraçılar: akad. T.A.Əliyev, riyaz. f.d. Ə.B.Paşayev, riyaz. f.d. E.N.Səbziyev)
3. Bakı şəhərinin hündür binalarının seysmodayanıqlıq-larının Noise-monitorinq sisteminin prinsipial sxemi təklif edilmiş və onun etibarlı işləməsini təmin etmək üçün normallaşmış robast Noise korrelyasiya matrislərinin və robast Noise korrelyasiya və spektral indikatorları çoxluğunun formalaşdırılması texnologiyaları işlənmişdir.(İcraçılar: akad. T.A.Əliyev, t.e.d., prof. N.F.Musayeva, Ü.E.Səttarova.)
4. Qum adası, Şirvan, Siyəzən və Naftalan robast Noise-monitorinqi stansiyaları və "Bakının hündür və sosial əhəmiyyətli binalarının seysmodayanıqlıqlarının Noise-monitorinq sistemləri” əsasında "Azərbaycanın seysmik təhlükəsizliyinin monitorinq sisteminin” layihəsi təklif edilmiş və onun həyata keçirilməsi üçün hazırlıq işləri görülmüşdür.(İcraçılar: akad. T.A.Əliyev, akad. Ə.M.Abbasov, texn. f.d. Q.A.Quluyev, texn. f.d. F.H.Paşayev)
5. Qəzaların gizli dövrünün robast Noise monitorinqi nəzəriyyəsi və texnologiyaları təklif edilmiş və onun 2007-ci ildə H. Əliyev adına zavodun, 2009-cu ildə Şirvan OİL şirkətinin, Balaxanıneftin və Suraxanıneftin, 2010-cu ildə Xəzər dənizinin Qum adasının obyektlərində tətbiqi nəticəsində onların rentabelliklərinin xeyli yaxşılaşdırılması təmin edilmişdir.(İcraçılar: akad. T.A.Əliyev, texn. f.d. Q.A.Quluyev, texn. f.d.F.H.Paşayev)
6. İnformasiya resurslarının istifadəçilərə çatdırılması xərclərinin minimallaşdırıl-ması məqsədilə tranzit data-mərkəzlərdə kontentin formalaşdırılması və yerləşdiril-məsi üçün model təklif edilmişdir. (İcraçılar: akad. Ə.M.Abbasov, texn. f.d., dos. İ.M.Əliyev)
7. Kütləvi xidmət sistemlərində geniş istifadə olunan, hərəkətdə olan hissəciklərin yeni riyazi modelləri qurulub və bu modellər üzərində praktiki əhəmiyyət daşıyan gözlənilməz effektlər aşkar olunub. Alınan nəticələr nəqliyyat sistemlərinin bir çox parametrlərini hesablamağa və tıxacların yaranma səbəblirini analiz etməyə imkan verir. (İcraçı: f.-r.e.d., prof., m.üzv A.H.Hacıyev)
8. Təsadüf daxilolma strategiyalı çoxölçülü xidmət sistemlərinin tədqiqi üçün yeni yanaşma əsasında onlarınb keyfiyyət göstəricilərinin hesablanması texnologiyası yaradılmışdır. İcraçılar: t.e.d., m. Üzv A.Z.Məlikov, texn.f.d., dos. M.İ.Fəttahova.)
9. Tsiklik siqnalların mövqeli-binar tanıma texnologiyasının etibarlığını artırmaq məqsədi ilə qeyri-səlis məntiq və neyron şəbəkələrdən istifadə etməklə mövqeli-binar elementlərin zamana görə yerləşməsini informativ əlamət kimi nəzərə alan alqoritm təklif edilmişdir. Göstərilmişdir ki, bu alqoritmdən mövqeli-binar tanıma texnologiyasında istifadə etməklə neftçıxarma avadanlığının texniki diaqnostikasını daha yüksək etibarlıqla təmin etmək mümkün olacaq. (İcraçılar: t.e.d., prof. O.Q.Nüsrətov, riyaz. f.d., dos. R.R.Rzayev)
10. Sənaye obyektlərinin statika halını təsvir edən statistik riyazi modelin robast korrelyasiya matrislərinin normallaşdırılması texnologiyası təklif edilmiş, onların effektivliyi eksperimentin nəticələri ilə təsdiq edilmişdir.(İcraçı: t.e.d., prof. N.F.Musayeva)
11. Sosial və iqtisadi sistemlərin keyfiyyət indekslərinin fuzzy modelləri yaradılmış və onlara uyğun məsələlərin həlli alqoritmi verilmişdir.(İcraçı – i.e.d., prof. Q.C.İmanov)
12. Təbii fəlakətlərin nəzəri tədqiqatlar yolu ilə proqnozlaşdirilması metodikası təklif olunmuş, onları formalaşdıran təbii və antropogen amillərin qarşılıqlı funksional əlaqəsi təyin edilmiş, baş verə biləcək fəlakətlərin dağıdıcı gücünün fiziki parametrlərinin təyini üsulları işlənmişdir. (İcraçı – t.e.d., dos. A.B.Həsənov.)
13. Magistral boru kəmərlərinin korroziya vəziyyətinin diaqnostikası, korroziyaya qarşı müdafiə sistemlərinin opptimal idarə edilməsi, izolyasiyası zədələnmiş sahələrin müəyyənləşdirilməsi üçün paylanılmış modul proqram isistemi yaradılmışdır.(İcraçı – texn.f.d., dos. Ə.B.Sadıqov)
14. Bir məhdudiyyətə malik qismən Bul proqramlaşdırması məsələsinin suboptimal həllinin tapılması üçün 2-ci tərtibdən polinomial mürəkkəbliyə malik üsul işlənmişdir. (İcraçı – f.-r.e.d., dos. K.Ş.Məmmədov).
15. Azərbaycanda fəaliyyət göstərən Sadələşdirilmiş vergi ödəyicilərinin göstəricilərinin normal və ya asimtotik normal paylanmaya tabe olmamağı test edilərək təsdiq edilmişdir.(İcraçı – i.e.d., dos. Y.H.Həsənli. )
16. Audit məqsədi ilə təklif edilmiş Sadələşdirilmiş vergHi ödəyicilərinin vergidən yayınma halları və risklərinin qiymətləndirilməsi modeli realizə edilərək vergidən yayınma riskləri müəyyən edilmişdir.(İcraçı – i.e.d., dos. Y.H.Həsənli. )
17. Əks əlaqəli paylanmış parametrli sistemlərdə optimal idarəedici təsirlərin sintezinə yanaşma təklif olunub. İdarəedici təsirlərinin təyini üçün obyektin verilmiş nöqtələrində ya kəsilməz, ya da diskret zamanlarda prosesin vəziyyəti üzərində aparılan ölçmələrin nəticələrindən istifadə olunur. Sintez olunmuş idarəedici təsirlərin optimallığı üçün zəruri şərtlər alınıb. Bu şərtlər tərəfimizdən əvvəllər tədqiq olunmuş yüklənmiş xüsusi törəməli diferensial tənliklər sisteminə gətirilir. Ədədi həll alqoritmi işlənmiş, kompüter eksperimentləri aparılmışdır.(İcraçılar – f.-r.e.d., prof. K.R.Ayda-zadə, riyaz. f.d., dos. V.M.Abdullayev.)
18. Hiperbolik tənliklər sistemi ilə təsvir olunan karbohidrogen xammalının qərarlaşmamış rejimdə hərəkəti zamanı baş verən sızmanın yerinin və həcminin identifikasiyası məsələsinin ədədi həll üsulu təklif olunub. Ədədi eksperimentlər aparılmışdır. (İcraçılar – f.-r.e.d., prof. K.R.Ayda-zadə, riyaz. f.d. Y.R.Əşrəfova, Əsədova C.Ə., riyaz. F.d. Talıbov S.Q., riyaz. f.d., dos. A.B.Rəhimov.)
19. Birgə inteqral və nöqtəvi şərtlər daxilində toplanmış parametrli xətti sistemlərlə optimal idarəetmə məsələsində optimallıq üçün zəruri şərtlər alınıb və məsələnin ədədi həll üsulu təklif olunmuşdur. Ədədi eksperimentlər aparılıb.(İcraçılar: f.-r.e.d., prof. K.R.Ayda-zadə, texn. f.d., dos.V.M.Adullayev, riyaz. f.d. S.R.Musayev, riyaz. f.d. A.B.Rəhimov.)
20. Diskret zaman anlarındakı müşahidələr əsasında toplanmış parametrli qeyri-xətti sistemlərlə idarəetmənin sintezi məsələlərində optimallıq üçün zəruri şərtlər alınmışdır. Ədədi eksperimentlər aparılıb.(İcraçılar – f.-r.e.d., prof. K.R.Ayda-zadə, riyaz. f.d. S.Z.Quliyev.)
21. Çoxxidmətli rabitə şəbəkələrində intellektual xidmətlərin siqnallaşma sistem¬lərində yaratdığı yükün təsirini və faydalı trafiklərin siqnal kanalı ilə ötürülməsi alqoritmini nəzərə almaqla, ümumkanal siqnallaşma sistemlərinin zaman xarakteristika¬larının hesablanması üçün effektiv hesablama üsulu təklif olunmuşdur. (İcraçılar: t.e.d., prof. B.Q.İbrahimov, t.e.f.d. Ş.M.Məmmədov.)
22. Genlərdə intronexon ayırıcı bölgələrinin müəyyənləşdirilməsi problemin həlli üçün yeni Fuzzy Ağırlıklı Mövqelər Metodu (FWPSSM) təklif olunmuşdur. (İcraçı – f.-r.e.d., dos. Ə.N.Nəsibov.)
23. Mürəkkəb semimarkov dolaşma prosesinin birinci dəfə səviyyəsinə çatma anı ilə bu səviyyəni aşma uzunluğunun birgə Laplas-Stilteys çevirməsi tapılmışdır.(İcraçı: f.-r.e.d.. prof. T.H.Nəsirova)
24. Üçmərhələli biliklər bazası qurulmuş, dəm qazı və oxşar simptomatikalı toksiki maddələrlə zəhərlənmənin diferensial diaqnostokası və monitorinqinin alqoritmləri işlənmişdir.(İcracılar– riyaz.f.d., dos. G.G.Abdullayeva (Kibernetika institutu), İ.Mirzəzadə (AMEA Riyaziyyat və mexanika institutu) )
25. Risklərin idarə olunması üçün informasiya sisteminin ümumi konseptual modeli hazırlanmış, aktiv və passiv risk indikatorlar bazasının təyin olunma prinsipləri işlənmişdir.(İcraçı – riyaz.f.d., dos. E.R.Əliyev)
26. Sertifikasiya mərkəzinin yaradılması üçün beynəlxalq standartlar və dünya təcrübəsi öyrənilərək, informasiya sisteminin verilənlər modeli hazırlanmış və kriptoqrafik açarların yaradılması, heşləmə və imza alqoritmləri təhlil olunaraq sistemdə istifadə olunacaq kriptoqrafik alqoritmlər təyin olunmuşdur.(İcraçı – riyaz.f.d., dos. E.R.Əliyev)
27. Xəzər dənizi regionunda ƏMTQ-nin müasir konsepsiyasını və intellektual (knowledge-based) texnologiyaların müasir imkanlarını əks etdirən ƏMTQ-nin konseptual modeli işlənmişdir. Model dənizin Azərbaycan şelfi Kontrakt Sahələr rayonunda ekotoksikoloji monitorinqin nəticələrinin etibarlı interpretasiyası və antropogen təsirlərin etibarlı proqnozlaşdırılması üçün yeni perspektivlər açır. (İcraçı – texn. f.d., dos. R.Ə.Qarayev.)
28. Müxtəlif həndəsi ölçülü neft çənləri üçün işlənmiş avtomatik dərəcələmə alqoritmləri tədqiq edilmiş, onların yüksək dəqiqliyini təmin etmək məqsədilə müvafiq xətaların təshihedici alqoritmləri işlənmişdir. (İcraçılar: texn.f.d., dos. M.M.İsayev, İ.E.Hüseynov.)
29. Dəyişən strukturlu stoxastik idarəetmə sistemlərinin optimallığı üçün transversallıq şərtləri tapılıb və maksimum prinsipi isbat olunub.(İcraçı – riyaz. f.d., dos. Ç.A.Ağayeva).
30. Riyazi fizikanın bir sıra model tənliklərini ümümləşdirən beş tərtibli, qeyri-hamar əmsallı xüsusi törəməli tənlik üçün qeyri-klassik qoyuluşda üçölçülü başlanğıc-sərhəd məsələsinin həll üsulu təklif edilmişdir. (İcraçı – riyaz. f.d., dos. İ.Q. Məmmədov.)
31. Makroiqtisadi siyasətin real sektora müsbət təsirini təmin etmək üçün Balanslaşmış Açıq İqtisadi model qarşıya qoyulmuş qlobal iqtisadi vəzifələrin reallaşdırılmasına əlverişli şərait yaratmaqla orta vergi yükü, istehlak norması və orta vergi yükü, iqtisadi artım tempi və orta vergi yükü, dövlət xərcləri və orta vergi yükü göstəriciləri üzrə araşdırma aparılaraq mühüm elmi nəticələr alınmışdır. (İ.e.d., professor, müxbir üzv Musayev A.F.)
-
13.03.2025
“Mühəndislik Problemlərinin Həllində Menecment və İdarəetmə” adlı beynəlxalq konfrans (MaCoSEP 2025) keçiriləcək -
06.02.2025
Elmi Şuranın növbəti iclası keçiriləcək -
21.01.2025
İdarəetmə Sistemləri İnstitutunun Elmi seminarı keçiriləcək -
17.01.2025
20 Yanvar Ümumxalq Hüzn Gününün 35-ci ildönümünə həsr olunmuş anım tədbiri keçiriləcək