AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →2016-cı ildə alınan elmi nəticələr
+A -A

İNSTİTUTDA YERİNƏ YETİRİLMİŞ ELMİ-TƏDQİQAT İŞLƏRİ ÜZRƏ ALINMIŞ MÜHÜM ELMİ NƏTİCƏLƏR 2016

1. Texniki obyektlərin dinamiki riyazi modellərinin korrelyasiya matrislərinə ekvivalent matrislərin formalaşması texnologiyaları təklif edilmiş və onların dərinlik dəniz neft-qaz platformalarının qəza vəziyyətinə keçməsinin erkən monitorinqi üçün istifadəsinin mümkünlüyü göstərilmişdir.
İcraçılar: t.e.d., akad. T.A.Əliyev, t.e.d., prof. N.F.Musayeva, t.ü.f.d., dos. Ü.E.Səttarova, t.ü.f.d. T.Ə.Əlizadə, N.E.Rzayeva

2. Müxtəlif boru sistemlərini (neft, qaz, su, irriqasiya) təsvir edən universal riyazi model qurulmuşdur. Həmin modellər boru sistemlərinin optimallaşdırılmasına və etibarlılığının qiymətləndirilməsinə imkan yaradır.
İcraçı: r.e.d., akad. A.H.Hacıyev

3. Sabit inkişaf tempi və kapital xərci (investisiya) ilə xarakterizə olunan iqtisadiyyatda dövlətin inzibatçılıq səylərinin vergi yükünə təsirinin qiymətləndirilməsi metodu təklif edilmişdir.
İcraçı: i.e.d., m.üzv A.F.Musayev

4. Neft kəmərlərində neftin hərəkət sürətinin funksiyası kimi verilmiş hidravlik müqavimət əmsalının identifikasiyası üçün ədədi həll üsulu təklif edilmişdir.
İcraçılar: r.e.d., m.üzv K.R.Ayda-zadə, r.ü.f.d., dos. S.Z.Quliyev

5. Metrik tanıma üsullarına əsaslanan və çox vaxt tələb edən mürəkkəb öyrətmə alqoritmlərinin istifadəsini tələb etməyən neyron şəbəkələrin yaradılması üsulu təklif edilmişdir.
İcraçılar: t.e.d., prof. O.Q.Nüsrətov, t.ü.f.d., dos. P.Ş.Heydərov

6. Azərbaycan iqtisadiyyatının diversifikasiya səviyyəsini müəyyən etmək üçün fazi model təklif olunmuşdur.
İcraçılar: i.e.d., prof. Q.C.İmanov, i.ü.f.d. M.M.Murtuzayeva, i.ü.f.d. R.Ə.Yusifzadə

7. Bir model hal üçün idarə olunan proseslərdə əmsalları LP(x)-dən olan dominant qarışıq törəməli ikitərtibli hiperbolik tənlik üçün optimal idarəetmə məsələsi təklif edilmişdir. Bu məsələ üçün Pontryaginin maksimum prinsipi formasında optimallıq şərtləri tapılmışdır.
İcraçılar: r.e.d., dos. İ.Q.Məmmədov, t.e.d., prof. Ə.B.Sadıqov, (AMEA RMİ -r.e.d., m.üzv V.S.Quliyev, r.e.d., dos. R.Ə.Bəndəliyev

8. Qeyri-stasionar xarici təsirlərin “yaddaş”a malik fraktal strukturlu geoloji mühitlərdə yayılmasının fəza-zaman riyazi modeli işlənilmişdir.
İçraçı: t.e.d., prof. A.B.Həsənov

9. Klassik şərtlər yerinə yetirilən hall üçün əngəllərin paylanma sıxlığı funksiyasının hesablanma alqoritmləri və texnologiyaları işlənilmiş və onun istifadəsi ilə texniki sistemlərdə nasazlığın ilkin mərhələsini aşkar etməyin mümkünlüyü göstərilmişdir.
İcraçılar: t.e.d., prof. N.F.Musayeva, M.T.Süleymanova, B.İ.Qazızadə

10. Azərbaycan Respublikası Milli Arxivində saxlanılan sənədlərin rəqəmsal şəklə salınmasını, elektron nüsxələrinin rekvizitlərlə birlikdə verilənlər bazasında yadda saxlanmasını və məzmununa görə axtarılmasını təmin edən Elektron Arxiv Sistemi yaradılmış və Azərbaycan Respublikası Milli Arxiv İdarəsində tətbiq olunmuşdur.
İcraçılar: t.e.d., dos. E.R.Əliyev, t.ü.f.d. X.X.Abdullayev, P.O.Əsədova

11. Meliorasiya və su təsərrüfatı sistemlərində praktiki məsələlərin həllində istifadə olunması üçün proqnostik modellər (nasos stansiyaları, kollektor-drenaj şəbəkələri üçün) qurulmuşdur.
İcraçılar: r.ü.f.d., dos. Y.İ.Rüstəmov, r.ü.f.d. Q.C.Əfəndiyev

12. Şəhəriçi avtobuslarda elektron minik kartı istifadə olunan sistemlərdə, sərnişinlərin hansı dayanacaqlarda endiklərinin müəyyən edilməsi üçün model yaradılmışdır.
İcraçı: r.e.d., prof. Ə.N.Nəsibov

13. Qeyri müəyyənlik şəraitində müxtəlif idarəetmə strukturlarında qərarların qəbul edilməsi prosesinin informasiya-analitik dəstəyini icra edən neyro-fuzzy üsullar və alqoritmlər işlənilmişdir.
İcraçılar: t.e.d., dos. R.R.Rzayev, S.T.Babayeva, F.B.Ağayev

14. Müəyyən edilmişdir ki, lay təzyiqinin idarə edilməsi məqsədilə istifadə edilən riyazi modellərin adekvatlığını təmin etmək üçün neftin layda süzülməsi proseslərinin fiziki-kimyəvi parametrləri və layı istismar edən quyuların interferensiyası amilləri nəzərə alınmalıdır.
İcraçı: t.e.d. Ab.H.Rzayev

15. Verilənləri intervallar olan Bul proqramlaşdırması məsələsi üçün Laqranj funksiyası qurulmuş və onun minimallaşdırılmasını təmin edən sürətli enmə tipli alqoritm işlənmişdir.
İcraçılar: r.e.d., prof. K.Ş.Məmmədov, A.H.Məmmədova, r.ü.f.d. S.Y.Hüseynov

16. Mürəkkəb semimarkov proseslərinin verilmiş zolaqda qalma müddətinin paylanması üçün gecikən arqumentli inteqral tənlik alınmışdır.
İcraçılar: r.e.d., prof. T.H.Nəsirova, r.ü.f.d. K.K.Ömərova, r.ü.f.d. Ü.Y.Kərimova

17. Müəyyən olunmuşdur ki, neftin qiymətinin artması ümumi daxili məhsula düşən xarici borcları daha da artırır.
İcraçılar: i.e.d., prof. Y.H.Həsənli, S.İsmayılova

18. Moskalenko tipli diskret və kəsilməz optimal idarəetmə məsələlərində məxsusi idarələrin optimallığı üçün zəruri şərtlər alınmışdır.
İcraçılar: r.e.d., prof. K.B.Mənsimov, E.A.Qarayeva, Ş.M.Rəsulova

19. Ştanqlı dərinlik nasos qurğularının dinamoqramının identifikasiyasının adekvatlığını təmin etmək üçün normallaşdırılmış korrelyasiya funksiyası alqoritmi işlənilmişdir.
İcraçılar: t.e.d., akad. Т.A.Əliyev, t.e.d. Q.A.Quluyev, t.ü.f.d., dos. As.H.Rzayev, Y.Q.Əliyev, M.H.Rezvan

20. Seysmo-akustik stansiyaların sənaye tipli hidrofonlar, kontrollerlər və İnternet rabitə vasitələri əsasında yaradılması üçün texniki tələblər və proqram vasitələri işlənilmişdir.
İcraçılar: t.e.d., akad. T.A.Əliyev, t.e.d. Q.A.Quluyev, t.ü.f.d. F.H.Paşayev.

21. Müəyyən edilmişdir ki, ştanqlı dərinlik nasos qurğularının çeviricilərinin çıxış siqnallarının miqyaslanması proseduru dərinlik nasoslarının vəziyyətinin dinamoqrama görə diaqnostika edilməsinin səhihliyini artırmağa imkan verir.
İcraçılar: t.e.d., akad. Т.A.Əliyev, t.e.d. Q.A.Quluyev, t.ü.f.d., dos. As.H.Rzayev, Y.Q.Əliyev, M.H.Rezvan

22. Elektrik mühərrikinin gücünün ani qiymətinin ifrat tezliklə ölçülməsi və hesablanmasına imkan verən mikrokontrollerlərin texniki göstəricilərinə tələbat formalaşdırılmışdır.
İcraçılar: t.e.d., akad. Т.A.Əliyev, t.e.d. Q.A.Quluyev, t.ü.f.d., dos. As.H.Rzayev, Y.Q.Əliyev, M.H.Rezvan

23. Blok strukturlu və bloklar arası ayrılmamış sərhəd şərtlərinə malik diskret dinamik sistemlərin ədədi həllinə yanaşma təklif edilmiş və model məsələlər üzərində ədədi eksperimentlər aparılmışdır.
İcraçılar: r.e.d., m.üzv K.R.Ayda-zadə, r.ü.f.d., dos. Y.R.Əşrəfova

24. Obyektlərin tanınması məqsədilə aeroşəkillərin ilkin emalı prosesində seqmentləmə üçün proqram təminatı və alqoritm işlənilmişdir.
İcraçılar: r.e.d., m.üzv K.R.Ayda-zadə, r.ü.f.d., dos. S.Q.Talibov, S.Z.Həsənov

25. Yüklənmiş xətti adi diferensial tənliklər sisteminə nəzərən əmsal-tərs məsələsinin ədədi həll üsulu təklif olunmuşdur. Əlavə şərtlər funksiyanın ayrılmamış inteqral və nöqtəvi qiymətləri ilə verilmişdir.
İcraçılar: r.e.d., m.üzv K.R.Ayda-zadə, r.e.d., dos. V.M.Abdullayev.

26. Tsiklik siqnalların tanıma etibarlığını artıran modifikasiya edilmiş hibrid mövqeli-binar-dinamik zaman transformasiyası alqoritmi işlənilmişdir.
İcraçı: t.e.d., prof. O.Q.Nüsrətov, r.ü.f.d., dos. A.B.Kərimov

27. Mövcud üsulların sistemli analizi nəticəsində aşkar olmuşdur ki, riyazi modellər işlənilərkən hidrodinamika ilə yanaşı, layın fiziki-kimyəvi xarakteristikaları da nəzərə alınmalıdır.
İcraçı: t.e.d. Ab.H.Rzayev

28. Diskret-kəsilməz idarəetmə məsələlərində optimallıq üçün zəruri şərtlər alınmışdır. Rosser tipli diskret və hibrid optimal idarəetmə məsələlərində optimallıq üçün Krotov tipli kafi şərtlər alınmışdır.
İcraçılar: r.e.d., prof. K.B.Mənsimov, A.İ.Ağamalıyeva, r.ü.f.d., dos. R.O.Məstəliyev

29. Torpağın münbitliyinə mənfi təsir edən faktorlar müəyyənləşdirilmişdir və onlar becərmə prosesinin riyazi modellərinin və həll alqoritmlərinin işlənilməsində istifadə edilmişdir.
İcraçılar: r.ü.f.d., dos. Ə.B.Paşayev, r.ü.f.d., dos. E.N.Səbziyev

30. Respublikanın müxtəlif sahələrində rast gələ bilən peşə xəstəliklərinin diaqnostika, monitorinq və proqnozu üçün mültiagent sisteminin yaradılması məsələsi qoyulmuş və əsaslandırılmışdır. Agentlərin növü, funksiyaları, strategiyaları təyin edilmiş və arxitekturası işlənmişdir.
İcraçı: r.ü.f.d., dos. G.G.Abdullayeva

31. Müxtəlif variasiyalarda üçölçülu və dördölçülü Bianki tənlikləri üçün qeyri-klassik traktovkada müxtəlif sinif kombinə edilmiş lokal və qeyri-lokal sərhəd məsələləri əsaslandırılmışdır.
İcraçılar: r.e.d., dos. İ.Q.Məmmədov

32. Əlyazma formalarının tanınması üçün alqoritmlər və proqram təminatı işlənilmişdir. Sistem qəbul imtahanları zamanı abituriyentlər tərəfindən doldurulmuş cavab kartlarının tanınması və emalı üçün Dövlət İmtahan Mərkəzində sınaqdan keçirilmiş və istismara verilmişdir.
İcraçılar: r.ü.f.d., dos. S.Q.Talibov, t.ü.f.d. E.E.Mustafaev, S.H.Rzayeva

33. Neft və qaz hasilatı müəssisələrində məhsulun ölçülməsinin dəqiqliyini yüksəltmək üçün ölçmə vasitələrinin avtomatlaşdırılmış kalibirləmə üsulu və sistemi işlənilmişdir.
İcraçılar: t.ü.f.d., dos. M.M.İsayev, R.B.Nəzərov, N.X.Bədəlova

34. Diffuziya əmsalı idarəetmədən asılı olmayan və dəyişmə intervallarının sağ uclarında funksional məhdudiyyətlər verilən stoxastik sinqulyar sistemlərdə optimal idarəetmənin təyin olunması üçün II dərəcədən zəruri şərtlər və keçid anlarının tabe olduğu transversallıq şərtləri tapılmışdır.
İcraçı: r.ü.f.d., dos. Ç.A.Ağayeva


ÖTƏN İLLƏR ÜZRƏ ELMİ NƏTİCƏLƏR:
2015-ci ildə alınan elmi nəticələr
2014-cü ildə alınan elmi nəticələr
2013-cü ildə alınan elmi nəticələr
2012-ci ildə alınan elmi nəticələr
2011-ci ildə alınan elmi nəticələr
2010-cu ildə alınan elmi nəticələr

ELANLAR
  • 04.11.2025
    İdarəetmə Sistemləri İnstitutunda Elmi seminar keçiriləcək
  • 31.10.2025
    ED 1.20 Dissertasiya şurasının iclasında dissertasiya işinin müdafiəsi keçiriləcək
  • 31.10.2025
    ED 1.20 Dissertasiya şurasının iclasında dissertasiya işinin müdafiəsi keçiriləcək
  • 27.10.2025
    Elmi Şuranın növbəti iclası keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi