2014-cü ildə İnstitutda aparılan elmi-tədqiqat işləri əsasında alınan mühüm elmi nəticələr:
1. Neft quyularının dinamoqramlarının real vaxt ərzində identifikasiyasını təmin etməklə onların iqtisadi cəhətdən daha səmərəli olan adaptiv rejimdə idarə edilməsi hesabına rentabelliklərini xeyli artıran hibrid informasiya texnologiyaları təklif edilmişdir.
İcraçılar: akad.T.A.Əliyev, t.f.d. Q.A.Quluyev, t.f.d., dos. As.H.Rzayev, Y.Əliyev, M.Rezvan
2. 2010-2014-cü illər ərzində yaradılmış 10 stansiyadan ibarət şəbəkədə zəlzələdən 10-20 saat əvvəl alınan seysmoakustik informasiyanın noise xarakteristikalarının zamana görə dəyişmələrinin kombinasiyalarından istifadə edərək anomal seysmik prosesin ocağının zonasının yerini müəyyənləşdirilməyə imkan verən intellektual sistem yaradılmışdır. Gələcəkdə sistemin seysmoloqlar tərəfindən instrumentariy (vasitə) kimi istifadə edilməsi nəzərdə tutulur.
İcraçılar: akad.T.A.Əliyev, akad. Ə.M.Abbasov, t.f.d. Q.A.Quluyev, t.f.d. F.H.Paşayev, r.f.d., dos. Ə.B.Paşayev
3. Ştanqlı dərinlik nasoslu qurğuların yeraltı və yerüstü avadanlıqlarının nasazlıqlarının başlanğıc anını təyin etmək üçün vattmetroqram W(t) və dinamoqramların P(t) mancanaq dəzgahının yırğalanma dövrü ərzində böyük tezliklə [f≥1000 Hs] rəqəmli ölçülməsi və onların robast noise texnologiyası əsasında identifikasiyası alqoritmləri işlənmişdir.
İcraçılar: akad. Т.A.Əliyev, t.f.d. Q.A.Quluyev, t.f.d., dos. As.H.Rzayev, Y.Q.Əliyev, M.H.Rezvan.
4. Neft quyularının debitini (hasilatını) mövcud üsullarla müqayisədə daha dəqiq və operativ ölçmək üçün yeni alqoritmlər və sistemlər yaradılmışdır.
İcraçılar: akad.T.A.Əliyev, t.e.d. Ab.H.Rzаyеv, t.f.d. Q.A.Quluyev, t.f.d., dos. As.H.Rzаyеv
5. Anomal seysmik proseslər nəticəsində gözlənilən zəlzələlərin maqnitudalarının minimal qiymətlərinin Neyron şəbəkə vasitəsi ilə müəyyənləşdirilməsi texnologiyaları işlənmişdir.
İcraçılar: akad. T.A.Əliyev, akad. Ə.M.Abbasov, t.f.d. Q.A.Quluyev, t.f.d. F.H.Paşayev.
6. Böyük massivlər şəklində verilənlərin statistik analiz məsələlərində naməlum funksiya üçün etibarlılıq zolağı qurulmuşdur və naməlum parametrlərin optimal sayının tapılması üçün yeni yanaşma təklif edilmişdir. Alınan nəticələr müxtəlif tətbiqi məsələlərdə istifadə oluna bilər.
İcraçı: akad. A.H.Hacıyev.
7. Kütləvi xidmət sistemlərində vəziyyətdən asılı sıçrayışlı prioritetlər təyin edilmiş və bu prioritetlərdən istifadə edildikdə onların xarakteristikalarının optimallaşdırılması üçün səmərəli üsullar təklif olunmuşdur.
İcraçılar: AMEA-nın müxbir üzvü A.Z.Məlikov, t.e.d., dos. M.İ.Fəttahova.
8. Metrik mövqeli-binar identifikasiya üsulunun siqnalların periodlarının zamana görə dəyişməsinin alqoritmik nəzərə alınması üçün hibrid mövqeli binardinamik zaman transformasiya üsulu təklif edilmişdir. Göstərilmişdir ki, tsiklik siqnalların analizi və identifikasiyası üçün hibrid üsuldan istifadə edildikdə siqnalların identifikasiyasının keyfiyyəti artırılır və nəticədə obyektlərin nəzarət və idarə olunması daha dəqiq yerinə yetirilir.
İcraçı: t.e.d., prof. O.Q.Nüsrətov
9. Milli İqtisadiyyatın inkişaf keyfiyyətinin qiymətləndirilməsi üçün modellər və onlara uyğun məsələləri həll etmək üçün riyazi üsul təklif olunur.
İcraçı: i.e.d., prof. Q.C.İmanov.
10. Ölkələr arası borcların tarazlı qiymətlər indeksi işlənmişdir. Bu indeksin aldığı qiymətdən asılı olaraq vəziyyətin tarazlı inkişafı, real və maliyyə sektorların böhrana meyillik səviyyələri müəyyənləşdirilə bilər.
İcraçı: i.e.d., prof. Y.H.Həsənli
11. Tikinti materialları sənayesinin obyektlərinin istismarı zamanı texniki vəziyyətlərinin dəyişməsinin gizli dövrünün indikasiyası modelləri və proqramlar paketi yaradılmışdır.
İcraçı: t.e.d., prof. N.F.Musayeva
12. Obyektin parametrləri haqqında informasiyanın dəqiq şəkildə verilmədiyi halda qeyri-xətti adi diferensial tənliklər sistemi ilə təsvir olunan obyektlərin çıxışının müşahidəsinə görə optimal idarə edilməsinin sintezi məsələsinin ədədi həllinə yanaşma təklif edilib. Optimallıq ücün zəruri şərtlər alinmiş və onların əsasında məqsəd funksionalın qradiyenti ücün analitik düsturlar çıxarılmışdır.
İcraçılar: m.üzv K.R.Ayda-zadə, r.f.d. S.R.Musayev, r.f.d. S.Z.Quliyev..
13. Əmsalları fəza və ya zaman dəyişənindən asılı olan qeyri-lokal başlanğıc və sərhəd şərtli xətti parabolik və hiperbolik tənliklər üçün əmsal-tərs məsələlər sinfinin ədədi həlli üçün iki üsul təklif olunub. Nəticədə tərs məsələnin həlli üçün məlum yanaşmalardan fərqli olaraq təklif olunan hər iki üsulun istifadəsi üçün iterasiya proseduru tələb olunmur.
İcraçılar: m.üzv K.R.Ayda-zadə, r.f.d. A.B.Rəhimov, r.f.d. V.M.Abdullayev.
14. Mətnlərin sentiment analizi üçün gizli Markov və neyro-fazzi modellər əsasında hibrid yanaşma təklif olunmuşdur. Göstərilmişdir ki, hibrid üsulun klassifikasiya dəqiqliyi onu təşkil edən ayrı-ayrı üsulların dəqiqliyindən daha yuxarıdır. Bundan əlavə mətnin mənasının anlama prosesində əlamət vektorunun hesablanmasında digər çəki funksiyalarından (TFİDF və İDF) daha yaxşı nəticə verən yeni "Pruned İCF”çəki funksiyası təklif edilmişdir.
İcraçılar: K.R.Ayda-zadə, S.S.Rüstəmov, E.E.Mustafayev
15. Altsistemləri bir-biri ilə yalnız qeyri-lokal ayrılmamış sərhəd şərtləri ilə əlaqələnən böyük ölçülü blok strukturlu (bir neçə yüz tərtibə malik) xətti diferensial tənliklər sisteminin spesifikasını nəzərə alan ədədi həll üsulu işlənmişdir.
İcraçılar: m.üzv K.R.Ayda-zadə, r.f.d. Y.R.Əşrəfova, r.f.d. C.Ə.Əsədova.
16. Hiperbolik tənliklərə nəzərən əmsal-tərs məsələsinə gətirilən karbohidrogen xammalının qərarlaşmamış rejimdə nəqli zamanı boru-kəmərinin xətti hissəsinin hidravlik müqavimət əmsalının identifikasiyası məsələsi üçün ədədi həlli üsulu verilib və əsaslandırılıb.
İcraçılar: m.üzv K.R.Ayda-zadə, r.f.d. S.Z.Quliyev.
17. Rosser tipli optimal idarə məsələsində məxsusi idarələrin optimallığı üçün zəruri şərtlər alınmışdır.
İcraçılar: r.e.d., prof. K.B.Mənsimov, S.Ş.Qədirova, K.B.Mənsimov, S.Ş.Qədirova, M.M.Nəsiyyəti
18. Kəsilməz diskret proseslərdə məxsusi idarələrin optimallığı üçün zəruri şərtlər alınmışdır.
İcraçılar: r.e.d., prof. K.B.Mənsimov.
19. Diskret iki parametrli optimal idarə məsələsində idarə oblastı açıq olduqda optimallıq üçün ikinci tərtib şərtlər alınmışdır.
İcraçılar: r.e.d., prof. K.B.Mənsimov, M.M.Nəsiyyəti
20. Neftli-qazlı layların gücdən düşmüş halda istismarı zamanı qalıq neftin digər mayelərlə sıxışdırılaraq çıxarılmasında xarici qeyri-stasionar təsirlər nəticəsində məsaməli mühitlərdə baş verən struktur dəyişikliklərinin fraktallıq xarakteristikalarına malik olması imkanlarının qabaqcadan proqnozlaşdırılması və idarə edilməsi üçün Nəzəri üsullar işlənmişdir.
İcraçı: t.e.d., prof. A.B.Həsənov.
21. Fazi qonşuluq münasibətləri əsasında klasterizasiya məsələlərinin həlli üçün daha effektiv olan yeni bir OFJP (Optimal-time FJP) alqoritmi təklif olunmuş və bu alqoritmin bilinən təməl FJP alqoritmindən n2 dəfə daha sürətli olduğu isbat edilmişdir.
İcraçı - r.e.d., prof. Ə.N.Nəsibov.
22. Çətin həll olunan məsələlər sinfindən olan bir məhdudiyyətli qismən tamədədli proqramlaşdırma məsələsinin optimal həllinin tapılması üçün yeni üsul işlənmişdir.
İcraçılar: r.e.d., prof. K.Ş.Məmmədov, S.K.Yolçuyeva
23. Səth üzrə axan mayenin torpağa hopması prosesinin riyazi modeli işlənmiş, alınmış tənliklər sisteminin həll alqoritmi təklif edilmiş və uyğun proqram modulu yaradılmışdır.
İcraçılar: r.f.d., Ə.B.Paşayev, r.f.d. E.N.Səbziyev.
24. Gələcəkdə yarana bilən fəsadları (sinir pozuntuları, miokardın infarktı, Parkinson xəstəliyi və s.) aradan qaldırmaq üçün biostatistikanın zaman sıraları üsullarından istifadə etməklə monitotorinq sistemi işlənmiş və Toksikoloji Mərkəzdə sınaqdan keçirilmişdir.
İcraçı: r.f.d., dos. G.G.Abdullayeva.
25. Neftin parametrlərini, yüksək effektivliyi və etibarlığı öz yeni strukturasında əhatə edən (cəmləşdirən), qlobal şəbəkəyə çıxışı olan avtomatlaşdırılmış intellektual multisistemin yeni strukturu və riyazi modeli müəyyən edilmişdir.
İcraçılar: t.f.d.. dos. M.M.İsayev, R.M.İsayeva
26. Zəif strukturlaşmış zaman sıraların qeyri-səlis modelləşdirilməsi və proqnozlaşdırılması üçün yeni fazzifikasiya və defazzifikasiya üsulları təklif edilmişdir.
İcraçılar: t.e.d.,dos. R.R.Rzayev, H.M.Şixəliyeva.
27. Telekommunikasiya şəbəkələrində rabitə xidmətlərinin keyfiyyətinin qiymətləndirilməsi və idarəedilməsi üçün modullu intellektual sistem işlənmişdir.
İcraçılar: t.e.d., dos. R.R.Rzayev, A.İ.Göyüşev
28. Eninə inersiya effektlərini nəzərə almaqla, nazik elastiki çubuqlarda uzununa dalğaları təsvir edən Bussineska-Lyava tənliyini ümumiləşdirən bir psevdoparabolik tənlik üçün qeyri-klassik traktovkada Dirixle məsələsi əsaslandırılmış və onun üçün yeni həll üsulu işlənmişdir.
İcraçı - r.f.d., dos. İ.Q.Məmmədov
29. Aller tənliyini, Manjeron tənliyini və digər model tənliklərini ümumiləşdirən bir psevdoparabolik tənlik üçün qeyri-klassik traktovkada kontakt-sərhəd məsələsi əsaslandırılmış və onun üçün yeni həll üsulu təklif edilmişdir.
İcraçı - r.f.d., dos. İ.Q.Məmmədov
30. Torpaqların meliorasiyası və suvarma suyu ilə təmin edilməsi üçün istismar olunan hidromeliorativ və irriqasiya sistem və qurğularının etibarlılığını müəyyən etmək və onların effektivliyinin yüksəldilməsi məqsədilə "ehtimal və etibarlılıq” nəzəriyyələrinin tətbiqinin elmi-praktiki əsasları işlənmişdir.
İcraçı: r.f.d. Y.İ.Rüstəmov
31. Məxsusi idarəetmələr sinfində dəyişən strukturlu stoxastik idarəetmə sistemlərinin keçid anları üçün transversallıq şərtləri tapılıb və optimal həll üçün 2-ci dərəcədən zəruri şərt isbat olunub.
İcraçı: r.f.d., dos. Ç.A.Ağayeva.
32. İdeal qazlar üçün təklif olunmuş yeni qeyri-xətti istilikkeçirmə tənliyinin Li qruplar nəzəriyyəsinin tətbiqi ilə yeni dəqiq həlləri alınmışdır.
İcraçı: r.f.d. Ə.Ə.Axundov.
-
13.03.2025
“Mühəndislik Problemlərinin Həllində Menecment və İdarəetmə” adlı beynəlxalq konfrans (MaCoSEP 2025) keçiriləcək -
06.02.2025
Elmi Şuranın növbəti iclası keçiriləcək -
21.01.2025
İdarəetmə Sistemləri İnstitutunun Elmi seminarı keçiriləcək -
17.01.2025
20 Yanvar Ümumxalq Hüzn Gününün 35-ci ildönümünə həsr olunmuş anım tədbiri keçiriləcək