2012-ci ildə aparılan elmi-tədqiqat işləri üzrə alınan mühüm elmi nəticələr:
1. Zəlzələlərin təhlükələrini minimumlaşdırmağa imkan verən Noise texnologiyaları və texnikivasitələri təklif edilmişdir. Onların əsasında Bakı şəhərində zəif zəlzələlər zamanı hündür binaların və strateji obyeklərin seymodayanıqlıqlarının dəyişmələrinin gizli dövrünün paylanmış Robast Noise Monitorinqi sisteminin yaradılması prinsipi işlənib, hazırlanmışdır və Nazirlər Kabinetinə təqdim olunmuşdur.
2010-2011 illərdə Qum adasında, Şirvanda, Siyəzəndə yaradılmış stansiyalarda aparılan eksperimentlər zamanı zəlzələlərdən 10-20 saat əvvəl seysmo-akustik küylərin etibarlı qeyd edilməsinin mümkünlüyü təsdiq edilmişdir.
2012-ci ildə Naftalanda və Neftçalada əlavə iki yeni eksperimental stansiya yaradılmaqla, zəlzələlərdən əvvəl baş verən anomal seysmik proseslərin Robast Noise Monitorinqi stansiyalarının sayı beşə çatdırılmışdır.
Dünyanın seysmoaktiv ölkələrinin əksəriyyətindən gəlmiş nüfuzlu mütəxəssisləri stansiyaların işləri ilə və eksperimentlərin nəticələri ilə tanış olmuş və onların əksəriyyəti bu eksperimentlərin və tədqiqatların birgə aparılması üçün əməkdaşlıq barədə təklif irəli sürmüşlər.
Bu nəticəyə həsr edilmiş "Noise Technologies for Minimization of damage Caused by Earthquakes” adlı monoqrafiya Almaniyanın Lambert nəşriyyatı tərəfindən çap edilmişdir. (İcraçılar: akad. T.A.Əliyev, akad. Ə.M.Abbasov, texn.f.d. Q.A.Quluyev, texn.f.d. F.H.Paşayev)
2. İnşaat materialları istehsalı müəssisələrinin dinamikasının identifikasiyası məsələsinin həllində istifadə olunan robast normalanmış korrelyasiya matrislərinin formalaşmasının alqoritmi, texnologiyası və proqram vasitələri yaradılmışdır. (İcraçılar: akad. T.A.Əliyev, t.e.d., prof. N.F.Musayeva)
3. Vattmetroqramları və dinamoqramları Robust Noise Monitoring texnologiyaları əsasında analiz etməklə dərinlik nasoslu neft quyularının yerüstü və yeraltı avadanlıqlarının nasazlıqlarının gizli dövrünün vattmetrik məlumat əsasında diaqnostika etmək üçün alqoritmlər işlənmişdir. (İcraçılar: texn.f.d. Q.A.Quluyev, texn.f.d. As.H.Rzayev, texn.f.d. F.H.Paşayev.)
4. Neftqazçıxarma obyektlərinin küy analizi alqoritmlərinin tətbiqi ilə səmərəli rejimdə işləmələrini təmin etmək üçün Robust Noise Monitoring (RNM) texnologiyaları əsasında dərinlik nasoslu neft Quyularının nəzarət və idarəetmə texnologiyaları yaradılmış, onları həyata keçirməyə imkan verən yeni nəsil nəzarət, diaqnostika və idarəetmə sisteminin texniki və alqoritmik təminatı işlənmişdir. (İcraçılar: texn.f.d. Q.A.Quluyev, texn.f.d. As.H.Rzayev, texn.f.d. F.H.Paşayev.)
5. Müxtəlif vaxtlarda alınmış vattmetroqramları və dinamoqramları robast Noise monitorinq texnologiyalarının tətbiqi ilə analiz etmək üçün məlumatların vahid miqyasda təsvir olunmasının zəruriliyi aşkarlanmış və normallaşdırma alqoritmləri işlənmişdir. (İcraçılar: texn.f.d. Q.A.Quluyev, texn.f.d. As.H.Rzayev, texn.f.d. F.H.Paşayev.)
6. Neft emulsiyasında olan su damcılarının neft boru kəmərində, turbulent axında parçalanmasını və koaqulyasiyasını əks etdirən riyazi model işlənmiş və neftin hazırlanma qurğusunda əmələ gələn su damcılarının ölçülərinə görə bimodal paylanma əyrisini almaq üçün daha dəqiq üsul işlənmişdir. (İcraçı – t.e.d. Ab.H.Rzayev)
7. Məhdud resurslar şəraitində resursların məqsədəuyğun şəkildə paylanması məsələsinin parametrləri təhlil edilmiş, məsələnin ümumi şəkildə modeli qurulmuşdur. (İcraçı – f.r.e.d., akad. C.E.Allahverdiyev.)
8. Nəqliyyat sistemlərini ifadə edən universal riyazi modellər qurulmuşdur. Bu sistemlərdə tələblərin orta gözləmə müddətini və enerji xərclərini azaldan müxtəlif idarəetmə funksiyaları daxil edilmişdir. Sistemlərin effektivliyini ifadə edən müxtəlif parametrlərin hesablama yolları təklif edilmişdir. (İcraçı: f.r.e.d., prof., m.üzv A.H.Hacıyev)
9. Elastik və qeyri-elastik sorğulara xidmət edən kommunikasiya şəbəkələrində müxtəlif daxilolma strategiyalarından istifadə edildikdə onların tədqiqi üçün səmərəli yanaşma təklif olunmuşdur. (İcraçılar: t.e.d., m.üzv A.Z.Məlikov, texn. f.d., dos. M.İ.Fəttahova, texn.f.d. F.N.Nağıyev, texn.f.d. V.Ş.Feyziyev.)
10. Çoxsürətli Erlang modellərində təsadüfi giriş strategiyası təyin edilmiş və bu strategiyadan istifadə edildikdə onların keyfiyyət göstəricilərinin hesablanması üçün səmərəli üsullar təklif olunmuşdur. (İcraçılar: t.e.d., m.üzv A.Z.Məlikov, texn. f.d., dos. M.İ.Fəttahova)
11. Tsiklik siqnalların mövqeli-binar tanıma texnologiyasında istifadə olunan binar elementlərin tsikllərdə zamana görə yerləşməsini tanıma prosesində əlavə informativ əlamət kimi istifadə etmə alqoritmləri təkmilləşdirilmiş və nəticədə siqnalların tanıma etibarlığı artırılmışdır. (İcraçılar: t.e.d., prof. O.Q.Nüsrətov, riyaz. f.d. A.Kərimov)
12. Qeyri – səlis çoxluqlar və qeyri – səlis məntiq nəzəriyyələri əsasında sosial mobilliyin təhlilinin modelləri verilmişdir. (İcraçı – i.e.d., prof. Q.C.İmanov.
13. Dövriyyədə olan nağd pul kütləsinin iqtisadi artıma təsiri qiymətləndirilmiş və nağdsız əməliyyatların genişləndirilməsini təmin edən fiskal siyasətin effektiv tədbirlər sistemi işlənmişdir. (İcraçı – i.e.d., prof., m.üzvA.F.Musayev)
14. Qrunt sularının hərəkətini formalaşdıran təbii və antropogen amillərin qarşılıqlı funksional əlaqəsi nəzərə alınmaqla onların dinamikasının nəzəri üsullarla proqnozlaşdırılması metodikası yaradılmış, şaquli və üfüqi drenaj sistemlərinin fiziki parametrlərinin təyini üsulları işlənmişdir. (İcraçı – t.e.d., dos. A.B.Həsənov.)
15. Yanğın zamanı metropolitenin yeraltı qurğularında hava axınlarının hərəkətinin modelləşdirilməsi üçün məcburi və sərbəst konvensiya mənbələrindən asılı olaraq, ətalət qüvvələrinin istilik müqaviməti və depressiyası nəzərə alınaraq tuneldə qaz sərfinin dinamikasını öyrənmək üçün ədədi modelləşdirmə üsulu işlənmişdir. (İcraçı: r.ü.f.d., dos. Ə.B.Sadıqov)
16. Qəzaya səbəb olan təsədüfi hallar arasında səbəb-nəticə əlaqələrini aşkar etmək, qəza risklərinin yaranmasını qiymətləndirmək və ani dəyişikləri olan prosesləri modelləşdirmək üçün yeni metodologiya işlənmişdir. Bu metodologiya ekoloji təhlükəli odyektlərin təhlükəsizliyini maksimum təmin etməyə imkan yaradır İcraçı – texn.f.d., dos. Ə.B.Sadıqov
17. Bir məhdudiyyətə malik Bul proqramlaşdırması məsələsində zəmanətli (təminedici) həll və suboptimal həll anlayışları verilmiş və bu həllin tapılması alqoritmi işlənmişdir. (İcraçı – f.r.e.d., prof. K.Ş.Məmmədov.)
18. Radial-bazis funksional neyron şəbəkənin tətbiqinə əsaslanan bazarda qiymət qoyma prosesi ilə adaptiv idarəetmənin sxemi və alqoritmi işlənilmişdir. Asimmetrik kodlaşmada bit sətirlərin qeyri-səlis interpretasiyalarının ədədi qiymətləndirilməsi üsulu əsasında yeni universal heşləşdirmə prosedurası təklif edilmişdir. (İcraçı: t.e.d., dos. R.R.Rzayev
19. Əlavə dəyər vergisi (ƏDV) ödəyicilərinin vergi hesablanması və ödəmələri göstəriciləri xi-kvadratı razılıq (uyğunluq) meyarı ilə test edilərək müəyyən edilmişdir ki, həmin göstəricilər və onların cəmi asimtotik normal paylanma olan üstlü paylanmaya malikdir. (İcraçı lar – i.e.d., prof. Y.H.Həsənli, S.İ.Ağayev)
20. Əlavə dəyər vergisi (ƏDV) ödəyicilərinin əsas göstəricilərindən olan mal və xidmətlərin dövriyyəsinin paylanması xi-kvadratı razılıq (uyğunluq) meyarı ilə test edilərək müəyyən edilmişdir ki, həmin göstərici normal və ya asimtotik normal paylanmaya malik deyil; (İcraçılar – i.e.d., prof. Y.H.Həsənli, S.İ.Ağayev)
21. Əlavə dəyər vergisi ödəyicilərinin (ƏDV) vergidən yayınma risk modeli tərtib olunaraq real məlumatlar əsasında (1500 v/ö vergi bəyannaməsi məlumatları) vergidən yayınma riskləri qiymətləndirilmişdir. (İcraçılar – i.e.d., prof. Y.H.Həsənli, S.İ.Ağayev)
22. Qeyri-lokal şərtlərə malik parabolik və hiperbolik tənliklərə nəzərən bir sinif tərs-əmsal məsələlərin ədədi həll üsulu işlənib. Bu məsələlərin ədədi həlli üçün düz xətlər üsulundan və qovma üsuluna bənzər xüsusi şəkildə qurulmuş sxemdən istifadə edilib. Digər məlum üsullardan fərqli olaraq təklif edilən üsul iterasiya üsulu deyil. (İcraçılar: f.r.e.d., prof. K.R.Ayda-zadə, riyaz. f.d., dos. A.B. Rəhimov, riyaz.f.d., dos. V.M. Adullayev, riyaz. f.d. S.R.Musayev)
23. Qeyri-xətti obyektlə kəsilməz və diskret əks əlaqə halları üçün faza vəziyyətindən hissə-hissə sabit və hissə-hissə xətti asılı olan zonal idarəedici funksiyalar tədqiq olunub. Optimallıq üçün zəruri şərtlər alınıb. Ədədi eksperimentlər və alınan nəticələrin müqayisəli analizi aparılıb. (İcraçılar: f.r.e.d., prof. K.R.Ayda-zadə, riyaz.f.d., dos. S.Z.Quliyev, riyaz.f.d. S.Q.Talıbov)
24. Qeyri-səlis ədədlər üçün splayn-funksiyalar ideyasından istifadə edən və bir çox məlum mənsubiyyət funksiyaları sinfini ümumiləşdirən hamar mənsubiyyət funksiyaları sinfi təklif edilib. Təklif edilən mənsubiyyət funksiyaları azərbaycan dilində çap-əlyazma mətnlərinin tanınması üçün hazırlanan kompyuter sistemində istifadə edilib. (İcraçılar – f.r.e.d., prof. K.R.Ayda-zadə, texn.f.d., E.E.Mustafayev, texn.f.d., dos. S.S.Rüstəmov, N.T.Əliyeva)
25. Azərbaycan dilində mövzu yönümlü mətni anlama alqoritmləri işlənmişdir. İnsan-kompüter dialoqunu anlama kompüter sisteminin pilot versiyası işlənmişdir. Aparılan kompüter eksperimentləri mətnlərin kifayət qədər yüksək dərəcədə anlanmasını təsdiq edir. (İcraçılar – f.r.e.d., prof. K.R.Ayda-zadə, texn.f.d. S.S.Rüstəmov, texn.f.d. E.E.Mustafayev, N.T.Əliyeva)
26. Çoxxidmətli rabitə şəbəkələrində əsas, intellektual və faydalı trafiklərin xidməti kanal vastəsi ilə ötürülməsi prosesi nəzərə almaqla, ümumikanal siqnallaşma sistemlərin buraxma qabliyyətinin yüksəldilməsi üçün səmərəli hesablama üsulu təklif olunmuşdur. (İcraçı: t.e.d., prof. B.Q.İbrahimov)
27. Hüceyrələrdəki apoptotik proteinlərin sinifləndirmə problemləri üçün, fazi məntiq yaxınlaşması başqa klassik üsullarla birləşdirilərək, yeni daha yüksək doğruluq dərəcələrinə sahib olan sinifləndirmə üsulları təklif olunmuşdur. (İcraçı – f.r.e.d., dos. Ə.N.Nəsibov.)
28. OWA (Ordered Weighted Averaging) operatoru təməlli yeni iyerarxik klasterizasiya üsulu təklif olunmuşdur. Bu üsulun daha universal olduğu və OWA operatorunun parametrləri münasib şəkildə nizamlandıqda ədəbiyyatda cox istifadə olunan tək bağlı (single linkage), ortalama bağlı (average linkage) və tam bağlı (complete linkage) klasterizasiya üsullarına çevrildiyi göstərilmişdir. Yeni üsul DNT ardıcıllıqlarındakı mutasiyalar vasitəsilə yaradılan və canlıların təkamül ağacı olan filogenetik ağacların analizinə tətbiq olunmuşdur. (İcraçı – f.r.e.d., dos. Ə.N.Nəsibov.)
29. Mürəkkəb semimarkov dolaşma prosesinin birinci dəfə müəyyən səviyyəyə çatma anı ilə bu səviyyəni aşma uzunluğunun birgə paylanmasının Laplas çevirməsi tapılmış və həmin paylanmanın ədədi xarakteriskaları üçün aşkar şəkildə düsturlar alınmışdır. (İcraçılar: f.r.e.d., prof. T.H.Nəsirova, riyaz.f.d., dos. E.A.İbayev, riyaz.f.d. T.M.Əliyev, riyaz.f.d. K.K.Ömərova, riyaz.f.d. Ş.A.Babayev.)
30. İstənilən həndəsi ölçülü və formalı neft çənləri üçün avtomatlaşdırılmış dərəcələmə sistemi və onun alqoritmik təminatı işlənmişdir. (İcraçılar: texn.f.d., dos. M.M.İsayev, R.B.Nəzərov)
31. Dəm qazından zəhərlənmələrin diaqnostikası üçün Bayes üsulundan fərqli olaraq neyron şəbəkə vasitəsilə diaqnozun qoyulması üçün klinik əlamətin üç cür təzahürü, yəni əlamətin olması, olmaması və ya olub-olmamasını müəyyənləşdirmək mümkün olmuşdur. (İcraçılar: r.f.d., dos. G.G.Abdullayeva (Kibernetika in. İ.Mirzəzadə (AMEA Riyaziyyat və mexanika institutu), R.H.Nağıyev (Səhiyyə Nazirliyi))
32. Qeyri-səliş çıxarış mexanizmi əsasında təqdim olunan regional investisiya layihələrinin iqtisadi effektivliyinin qiymətləndirməsi üçün metod yaradılmışdır. (İcraçı – tex.f.d., dos. E.R.Əliyev)
33. Regional xarakterli risklərin idarə olunması üçün aktiv və passiv risk indikatorları bazasının yaradılması alqoritmi işlənmişdir. (İcraçı – tex.f.d. X.X.Abdullayev)
34. Elektron imza üçün müəyyən olunmuş kriptoqrafik alqoritmlər əsasında imzalı və şifrəli xüsusi elektron sənəd formatı, kriptoqrafik kitabxanalar yaradılmış və onların əsasında eSigner proqram təminatı hazırlanmışdır. (İcraçı: İ.Əhmədov)
35. Verilmiş torpaqda verilmiş bitkinin becərilməsinin rentabelliyini hesablamaq üçün alqoritm təklif edilmişdir. (İcraçılar: riyaz.f.d., dos. Ə.B.Paşayev, riyaz.f.d., dos. E.N.Səbziyev)
36. Ehtiyatların idarə olunması nəzəriyyəsində (s,S) modelini ifadə edən semimarkov təsadüfi prosesinin erqodik paylanmasının yığılma sürəti qiymətləndirilmişdir. (İcraçı: riyaz.f.d., dos. R.T.Əliyev)
37. Ürək-damar sisteminin monitorinqi üçün Noise texnologiyasının istifadəsi ilə mobil aparat-proqram kompleksi işlənmişdir. (İcraçı – texn.f.d. T.Ə.Əlizadə.)
38. Azərbaycan şelfi akvatoriyaları üçün faktor, indikatorların Baza Reyestri və ekoloji təsirlərin qiymətləndirmə şkalaları işlənmişdir. Reyestr konkret Kontrakt Sahə, konkret mərhələ və iş növünə köklənməyə imkan verən freym modeli formatında yerinə yetirilmışdir. (İcraçı – texn. F.d., dos. R.Ə.Qarayev.)
39. Lokal və qeyri-lokal şərtli impuls təsirli sistemlərin optimal idarə olunması məsələsi araşdırılmış, variasional bərabərsizliklər şəklində I və II tərtib optimallıq üçün zəruri şərtlər alınmışdır. (İcraçılar – riyaz.f.d., dos. Y.Ə.Şərifov, riyaz.f.d., dos. Y.R. Əşrəfova)
40. Sabit gecikməli dəyişən strukturlu stoxastik idarəetmə sistemlərinin optimallığı üçün transversallıq şərtləri tapılıb və maksimum prinsipi isbat olunub. (İcraçı – riyaz. f.d., dos. Ç.A.Ağayeva)
41. Ədədi əlamətləri ilə təsvir edilən obyektlərin avtomatik təsnifatının qurulması üçün və norma şəklində keyfiyyət funksionalı seçilmiş və onun optimallaşdırılması üçün de-Friz evolyusiya modelinə əsaslanan yeni alqoritm təklif edilmişdir. (İcraçı – riyaz.f.d. R.İ.Davudova)
42. Dörd tərtibli dominant törəməli və qeyri-hamar əmsallı psevdoparabolik tənlik üçün Qursa məsələsinin tədqiqində ilk dəfə olaraq, qeyri-klassik tip hissə-hissə integrallama düsturu aşkar edilmişdir. (İcraçı – riyaz. f.d., dos. İ.Q.Məmmədov.)
43. İlk dəfə olaraq, vibrasiya proseslərinin modelləşdirilməsində istifadə olunan Bianki tip yüklənmiş volterro-hiperbolik inteqro-diferensial tənlik üçün inteqro-çoxnöqtəli sərhəd şərtli kombinə edilmiş üçölçülü qeyri-lokal sərhəd məsələsi nümayiş etdirilmişdir. Tədqiq olunmuş qeyri-lokal məsələ kombinə edilmiş məsələ kimi, inteqral və çoxnöqtəli sərhəd şərtli məsələlər arasında agent rolunu oynayır. (İcraçı – riyaz. f.d., dos. İ.Q.Məmmədov)
-
13.03.2025
“Mühəndislik Problemlərinin Həllində Menecment və İdarəetmə” adlı beynəlxalq konfrans (MaCoSEP 2025) keçiriləcək -
06.02.2025
Elmi Şuranın növbəti iclası keçiriləcək -
21.01.2025
İdarəetmə Sistemləri İnstitutunun Elmi seminarı keçiriləcək -
17.01.2025
20 Yanvar Ümumxalq Hüzn Gününün 35-ci ildönümünə həsr olunmuş anım tədbiri keçiriləcək