AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →2010-cu ildə alınan elmi nəticələr
+A -A

2010-cu ildə aparılan elmi-tədqiqat işləri üzrə alınan mühüm elmi nəticələr: 
1. Texnoloji parametrlərin faydalı siqnalları ilə küyləri arasındakı qarşılıqlı korrelyasiya funksiyasının və əmsalının hesablanması alqoritmləri və texnologiyaları təklif olunmuşdur        (İcraçı: akad. T.A.Əliyev).
2. İstismarı dayandırılmış neft quyuları vasitəsilə yerin dərin qatlarındakı anomal seysmik proseslərdən alınan küylərin analizi əsasında onların monitorinqini və nəzarətini təmin etməyə imkan verən intellektual telemetrik seysmoakustik sistemin bir sıra proqram vasitələri yaradılmışdır. Onlar Qum adasında müvəffəqiyyətlə sınaqdan keçirilmiş, eksperimentlərin nəticələri həmin proqram-texniki vasitələrin etibarlı və effektiv işlədiklərini təsdiq etmişdir. (İcraçılar: akad. T.A.Əliyev, t.e.n. Q.Ə.Quluyev, F.Paşayev).
3. Obyektlərin qəza vəziyyətinə keçmələrinin gizli dövrünün etibarlı monitorinqi üçün texnoloji parametrlərin faydalı siqnalları ilə küyləri arasında korrelyasiya funksiyasını, korrelyasiya əmsalını və korrelyasiya indikatorunu hesablamağa imkan verən alqoritmlər və texnologiyalar təklif olunmuş, onların effektivliyi hesablama eksperimentləri və real sənaye obyeklərində tətbiqi ilə təsdiq edilmişdir. (İcraçılar: akad. T.A.Əliyev, t.e.d., prof. N.F.Musayeva, Ü.E.Səttarova).
4. Qum adasında  quraşdırılmış   seysmoakustik telemetrik sistem 01.06.2010 tarixindən başlayaraq, yazılan və arxivləşdirilən seysmoakustik küyün analizi nəticəsində  150-200 km. məsafədən, 15-18 saat əvvəldən Masallıda, Şirvanda, İmişlidə, dənizdə və Sanqaçalda baş verən zəlzələləri yaradan anomal seysmik proseslərin başlanmasının monitorinqini təmin etmişdir. (İcraçılar: akad. T.A.Əliyev, t.e.n. Q.Ə.Quluyev, F.Paşayev).
5. Qlobal şəbəkə mühiti üçün MPLS-şəbəkələrinin optimal layihələndirilməsi üçün riyazi model, bu şəbəkələrdə QoS göstəricilərini nəzərə alınmaqla trafikin optimal idarə edilməsi modeli və həll alqoritmi işlənmişdir. (İcraçılar: akad. Ə.M.Abbasov,   t.e.n. İ.M.Əliyev)
6. Dairə üzərində hərəkətdə olan hissəciklərin riyazi modelləri qurulmuşdur və hər bir ayrıca baxılan hissəcik üçün stasionar rejimdə onun binomial dolaşmaya uyğun olaraq hərəkəti isbat olunmuşdur. Alınan nəticə nəqliyyat sistemlərində tıxacın yaranma səbəblərini aşkar etməyə imkan verir. Alınan nəticələri nümayiş etdirən ədədi misallar verilmişdir. (İcraçı: f.-r.e.d., prof., m.üzv A.H.Hacıyev)
7. Obyektlərin qəza vəziyyətinə keçmə prosesinin gizli dövrunun riyazi modeli təklif edilmiş, bu prosesin başlanmasının etibarlı monitorinqini təmin etməyə imkan verən alqoritmlər və texnologiyalar verimişdir. (İcraçılar: akad. T.Əliyev, t.e.n. Q.Quluyev, F.Paşayev, t.e.n. A.Rzayev).
8. Siqnalların küy analizi nəzəriyyəsi və texnologiyaları əsasında neft-qaz çıxarma obyektləri üçün bir sıra intel-lektual monitorinq, nəzarət və idarəetmə sistemləri yaradıl-mış, onlar istehsalatda müvəffəqiyyətlə sınaqdan keçirilmiş və keçirilmiş və rentabelliyin xeyli yaxşılaşmasının mümkünlüyü müəyyən edilmişdir. (İcraçılar: akad. T.A.Əliyev, t.e.n. Q.Ə.Quluyev, F.Paşayev).
9. Küylə qarışıq siqnalların normalanmış korrelyasiya funksiyaların küydən alınan xətalarını azaltmağa imkan verən robast qiymətlərinin hesablanma texnologiyaları işlənilib və hesablama     eksperimentləri aparılıb. Bu da inşaat materialları və konstruksiyaları istehsalında bir neçə informasiya texnologiyalarının birgə sistemli istifadəsi nəticəsində statistik riyazi modellərin adekvatlığını yaxşılaşdırmağa imkan verir. (İcraçılar: akademik T.A.Əliyev,  t.e.d., prof. N.F.Musayeva, T.Ə.Əlizadə).
10. Tsiklik siqnalların analizi və identifikasiyası üçün mövqeli-binar və fazzy-məntiq texnolo-giyalarına əsaslanan hibrid alqoritmlər təklif edilmiş-dir. İşlənən    alqoritmlər siqnalların tanima etibarlığını (səhihliyini) artıracaq və nəticədə texniki obyektərin daha keyfiyyətli diaqnostikasını təmin etmək mümkün olacaq. (İcraçı – t.e.d. O.Q.Nüsrətov, f.-r.e.n., dos. R.R.Rzayev, f.-r.e.n. A.Kərimov).
11. Mürəkkəb reologiyalı dəyişən kütləvi ikifazalı mühitlərin maili səthlər üzrə və dibi hamar olmayan kanallarda hərəkətinin yeni riyazi modeli işlənmiş alınan sərhəd məsələsinin analitik həlli tapılmış, nəticələr praktiki məsələnin həllinə  tətbiq olunmuşdur. (İcraçı – t.e.d., dos. A.B.Həsənov).
12. Mürəkkəb formalı müstəvi su qovşağına enən yağış axınının formalaşması prosesinin nəzəri əsasları işlənmiş, ərazidə torpağın yağış eroziyasının riyazi modeli verilmişdir. Bu model tədqiq olunan sahələrdən yuyulmuş torpağın miqdarını təyin etməyə və uzun müddətə bu prosesin proqnozunu verməyə imkan verir. (İcraçılar -  t.e.d., dos. A.B.Həsənov,      f.-r.e.n., dos. Ə.B.Sadıqov).
13. Dinamik obyektlərin riyazi modelinin müxtəlif kompüterlərdə həlli zamanı vaxtın sinxronlaşdırılması alqoritmi verilmişdir. Alqoritm gəmilərin birgə üzməsi simulyasiya sistemində tətbiq olunmuşdur. (İcraçılar – f.-r.e.n., dos. Ə.B.Paşayev,     f.-r.e.n., dos. E.Səbziyev).
14. Tamədədli proqramlaşdırma  məsələsində məchulları iki-iki qiymətləndirmək  üçün kriteriya çıxarılmış  və bunun əsasında suboptimal  həllin  tapılması üçün polinomial mürəkkəbliyə  malik həll alqoritmi  işlənmişdir. (İcraçı – f.-r.e.d., dos. K.Ş.Məmmədov).
15. Qeyri – dəqiq ehtimal üsullarından istifadə edil-məklə iqtisadi inkişafın proqnozlaşdırılmış varian-tlarının qiymətləndirilməsi modeli verilmişdir. (İcraçılar – i.e.d., prof.   Q.İmanov, H.Əliyeva  R.Ə.Yusifzadə).              
16. Fiskal siyasətin iqtisadi inkişafa təsiri modeli işlənib hazırlanmışdır. Modeldə iqtisadi inkişafa vergi rejiminin tətbiqindən əvvəlki vəziyyətindən sonrakı vəziyyətinə keçid prosesi kimi baxılmaqla inkişaf tempi və ona uyğun vergi yükünün 2-ci tərtib dürüst olmayan ehtimallar əsasında müəyyən olunmasının səmərəli üsulları təklif edilmişdir. (İcraçı – i.e.d., prof., m.üzv A.F.Musayev).
17. Neftin dunya bazarındakı qiymətinin qeyri-neft sektorunun əlavə dəyərinə  və qeyri-neft sektorundan dövlət büdcəsinə vergi daxilolmalarına təsirinin ekonometrik modelləri işlənmişdir. (İcraçı – i.e.d., dos. Y.H.Həsənli).
18. Adi qeyri-xətti diferensial tənliklər sistemlərinə aid parametrik identifikasiya üçün ədədi həll üsulu işlənilmiş və əsaslandırılmışdır. Üsul optimallıq üçün alınmış zəruri şərtlərə və düsturlara əsaslanır və sonluölçülü optimallaşdırmanın birinci tərtib ədədi üsullarını istifadə edir. (İcraçılar – f.-r.e.d., prof. K.R.Ayda-zadə,     f.-r.e.n. S.Z.Quliyev).
19. Parametrlərin və başlanğıc şərtlərin qeyri-dəqiq verilmiş qiymətlərində toplanmış parametrli sistem-lərin optimal idarəedilməsi məsələlərində optimallıq üçün zəruri şərtlər alınıb. Ədədi həll üçün alqoritm işlənilmiş və proqram təminatı yaradılıb, kompüter eksperimentləri aparılıb. (İcraçılar - f.-r.e.d., prof. K.R.Ayda-zadə,  .-r.e.n., dos. A.B.Rəhimov,     f.-r.e.n., dos. S.R.Musayev).
20. Hiperbolik tip xüsusi törəməli diferensial tənliklərlə təsvir olunan neft-qaz boru kəmərlərində keçid proseslərinin optimal idarəedilməsi məsələləri tədqiq olunub.  Texnoloji  məhdudiyyətlərin  və  idarəedici  təsirlər  sinfinin seçilməsinin keçid proseslərinin alınmış optimal rejimlərinə təsirinin qanunauyğunluqları aşkara çıxarılmışdır. (İcraçılar – f.-r.e.d., prof. K.R.Ayda-zadə,  C.Ə.Əsədova, f.-r.e.n., dos. S.Q.Talıbov).
21. Paylanmış parametrli sistemlərdə toplanmış impuls mənbələri ilə optimal idarəetmə məsələləri üçün mənbələrin toplanma yerlərinə və təsir zamanlarına nəzərən optimallıq üçün zəruri şərtlər alınmışdır. Məsələnin ədədi həlli üçün sonluölçülü birinci tərtib optimallaşdırma üsullarından istifadə etməyə imkan verən düsturlar alınıb. (İcraçılar – f.-r.e.d., prof. K.R.Ayda-zadə, f.-r.e.n. Y.R.Əşrəfova,   f.-r.e.n., dos. A.B.Rəhimov).
22. Elastik və qeyri-elastik sorğulara xidmət edən buferləri olan kommunikasiya şəbəkələrinin keyfiyyət göstəricilərinin hesablanması üçün səmərəli ədədi üsullar təklif olunmuşdur. (İcraçılar: t.e.d., m.üzv A.Z.Məlikov, t.e.n., dos. M.İ.Fəttahova,    t.e.n. F.N.Nağıyev, t.e.n. V.Ş.Feyziyev).   
23. Səviyyəyə birinci dəfə çatma anı ilə həmin səviy-yəni aşma uzunluğunun birgə paylanması tapılmışdır.  (İcraçılar: f-r.e.d., prof.T.H.Nəsirova, f.-r.e.n. K.K.Ömərova, f.-r.e.n. Ş.A.Babayev, E.A.İbayev).
24. Ətraf Mühitə Təsirin Qiymətləndirilməsinin regional metodikasının kritik analizi verilmiş və müasir mərhələdə Xəzərin statusunu əks etdirən ƏMTQ-nin tələbləri formulizə edilmişdir. (İcraçı – t.e.n., dos. R.Ə.Qarayev).
25. Keçid anları sabit olan dəyişən strukturlu stoxastik idarəetmə məsələsinin optimallığı üçün  diffuziya əmsalı idarədən asılı olan halda  maksimum prinsipi isbat olunub. (İcraçı – f.-r.e.n., dos. Ç.A.Ağayeva).
26. Genetik xəstəliklərin diaqnozu və müalicəsi, proteinlərin funksiyalarının müəyyənləşdirilməsi, yeni dərmanların istehsalı kimi bir çox sahələrdə DNA ardıcıllığında genlərin intron-exon bölmələrini daha yüksək doğruluq dərəcəsi ilə ayıra bilən yeni Ağırlıqlandırılmış Mövgeli Skorlama (Weighted Position Specific Scoring) üsulu verilmişdir. Optimal mövqe ağırlıqlarının hesablanmasında Genetik Algoritm tətbiq olunmuşdur. Təklif edilən yeni üsulun doğru sinifləndirmə gücünün 97.14% olaraq, bilinən bir çox üsullardan daha yüksək olduğu göstərilmişdir. (İcraçı – f.-r.e.d., dos. Ə.N.Nəsibov).
27. Müxtəlif həndəsi ölçülü neft çənləri üçün yüksək dəqiqliyi təmin edən dərəcələmə alqoritmləri işlənmiş və onların müvafiq proqram təminatı hazırlanmışdır. (İcraçılar: t.e.n., dos. M.M.İsayev, t.e.n. Ş.Ə.Musayev, İ.E.Hüseynov).
28. Kəsilən əmsallı bir hiperbolik diferensial tənlik üçün uzlaşma şərtləri tələb etməyən,qeyri-klassik sərhəd şərtli üçölçülü Qursa məsələsi -3D formatinda QURSA  məsələsi  tədqiq  edilmişdir.  İnteqral  təsvirlər  üsulunun  köməyi  ilə əsaslandırılmışdır ki, əgər qoyulan məsələnin həlli anizotrop S.L.Sobolev fəzasinda axtalılırsa onda bu cür şərtlər elə klassik sərhəd şərtlərinə ekvivalentdir. (İcraçı – f.-r.e.n., dos. İ.Q.Məmmədov).
29. İşlənən üsul və alqoritmlər Azərbaycan əl xalılarını Şərq dövlətlərində toxunan xalılarla müqaisə etməyə imkan yaradır. Türkmən xalıların timsalında aparılan analiz oxşar və fərqli informativ parametrləri aşkar etməyə imkan yaratmışdır və bu informasiya əsasında identifikasiya alqoritmləri qurulmuşdur. (İcracılar – f.-r.e.n., dos. G.G.Abdullayeva,       t.e.n. A.K.Kazımzadə. 
30. Çoxxidmətli rabitə şəbəkələrində intel-lektual xidmətlərin siqnallaşma sistemlərində yaratdığı yükün təsirini və faydalı trafiklərin siqnal kanalı ilə ötürülməsi alqoritmi nəzərə almaqla, ümümikanal siqnallaşma sistemlərin zaman xarakteristikalarını hesablanması üçün efektiv hesablama üsulu təklif olunmuşdur. (İcraçılar: t.e.d., prof. B.Q.İbrahimov,       Ş.M.Məmmədov).
31. Volterra tipli fərq tənlikləri ilə təsvir olunan optimal idarəetmə məsələlərində məxsusi idarələrin optimallığı üçün zəruri şərtlər alınmışdır. (İcraçılar -f.-r.e.s.,prof. K.B. Mənsimov,         R.R.Əmirova).
32. Bir ölçülü Volterra tipli inteqral tənlikləri ilə təsvir olunan optimal idarəetmə məsələsində məxsusi idarələrin optimallığı üçün çoxnöqtəli zəruri şərtlər alınmışdır. (İcraçılar – f.-red prof. K.B. Mənsimov,   f.-r.e.n. A.A.Abdullayev).

ELANLAR
  • 22.06.2026
    UFAZ-da növbəti beynəlxalq konfrans (AIDT 2026) keçiriləcək
  • 23.04.2026
    İnnovativ Sintez və Funksional Materiallar üzrə Beynəlxalq Konfrans (ISFM 2026) keçiriləcək
  • 17.02.2026
    XVI beynəlxalq konfrans keçiriləcək
  • 18.12.2025
    Elmi Şuranın növbəti iclası keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi