İNSTİTUTDA YERİNƏ YETİRİLMİŞ ELMİ-TƏDQİQAT İŞLƏRİ ÜZRƏ ALINMIŞ MÜHÜM ELMİ NƏTİCƏLƏR 2017
1. Texniki obyektlərin dinamiki riyazi modellərinin korrelyasiya matrislərinə ekvivalent matrislərin formalaşması texnologiyaları təklif edilmiş və onların dərinlik dəniz neft-qaz platformalarının qəza vəziyyətinə keçməsinin erkən monitorinqi üçün istifadəsinin mümkünlüyü göstərilmişdir.
İcraçılar: t.e.d., akad. T.A.Əliyev, t.e.d., prof. N.F.Musayeva, t.ü.f.d., dos. Ü.E.Səttarova, t.ü.f.d. T.Ə.Əlizadə, N.E.Rzayeva.
Nəticə dərc olunub:
* T.A.Aliev, N.E.Rzayeva, U.E.Sattarova “Robust correlation technology for online monitoring of changes in the state of the heart by means of laptops and smartphones”, Biomedical Signal Processing and Control, Elsevier, 31 (2017), pp.44-51 (TR-1,521);
* T.A.Aliev, T.A.Alizada, N.E.Rzayeva “Noise technologies and systems for monitoring the beginning of the latent period of accidents on fixed platforms”, Elsevier: Mechanical Systems and Signal Processing, 2017, vol. 87, pp. 111–123(TR-2,771);
Т.А.Алиев, Т.А.Ализаде, Н.Э.Рзаева «Noise технологии и системы мониторинга начала скрытого периода аварий на стационарных платформах», Elsevier: Mechanical Systems and Signal Processing, 2017, vol. 87, с. 111-123 (TR-2777);
* T.A.Алиев. Н.Э.Рзаева «Технология определения робастных оценок корреляционных функций случайных зашумленных сигналов», Измерительная техника (Measurement technologies), 2017, апрель, №4, с.27-31 (TR-0,290).
T.A.Aliev. N.E.Rzayeva "Technology for calculating the robust estimates of correlation functions of random noisy signals", Measurement technologies, 2017, April, №4, pp.27-31 (TR-0,290).
2. Qəzalara səbəb ola bilən qüsurların yaranmasına və inkişaf dinamikasına nəzarət üçün küy qarışıq siqnalların hibrid küy analizi texnologiyası təklif edilmiş, və onun əsasında dövrü (tsiklik) rejimdə işləyən sənaye obyektlərində, dərinlik dəniz neft-qaz platformalarında və kommunikasiyalarında qəzaların proqnozlaşdırılmasını təmin edən intelektual proqnozlaşdırma sistemi işlənilmişdir. Təklif olunmuş texnologiya Bibiheybət neft mədəninin obyektlərində sınaqdan keçirilmişdir.
İcraçılar: akad. Telman A. Əliyev, t.e.d. Qəmbər A.Quluyev, t.e.d. Fahrad H.Paşayev, t.ü.f.d. Asif H.Rzayev.
Nəticə dərc olunub:
* T.A.Aliyev, T.A.Alizada, N.E.Rzayeva “Noise technologies and systems for monitoring the beginning of the latent period of accidents on fixed platforms”, Mechanical Systems and Signal Processing, 2017, vol. 87, part A, pp. 111–123 (TR-4,116).
3. Kütləvi xidmət sistemlərində ehtiyatların sifarış verilməsi üçün iki yeni strategiya təklif edilmişdir: bu strategiyaların birində sifarişin həcmi ehtiyatların cari səviyyəsindən asılıdır, digər strategiyada isə sifarişlərin həcmi təsadüfü kəmiyyətlərdir. Hər iki strategiyada sifarişlərin yerinə yetrilrilməsi zamanı təsadüfi kəmiyyətdir. Bu strategiyalardan istifadə edildikdə sistemin xarakeristikalarının hesablanması və optimallaşdırılması üçün dəqiq və təqribi üsullar işlənilmişdir.
İcraçı - t.e.d., prof., AMEA-nın müxbir üzvü Ağası Z Məlikov
Nəticə dərc olunub:
* A.Melikov, L.Ponomarenko, A.Rustamov “Approximate analysis of queueing-inventory system with earlier and delayed vacations”, Automation and Remote Control, 2017, Vol.78, p. 1991-2003 (TR-0,492);
* A.Melikov, L.Ponomarenko, S.Bagirova “Markov models of queuing-inventory systems with variable order size”, Cybernetics and System Analysis, 2017, vol. 53, p.373-386 (SJR-0,843);
* A.Melikov, V.Koroliuk, L.Ponomarenko, A.Rustamov “Asymptotic analysis of the system with server vacations and perishable inventory”, Cybernetics and System Analysis, 2017, vol. 53, p. 543-553 (SJR-0,843);
* A.Melikov, L.Ponomarenko, M.Shahmaliyev “Analysis of queueing systems with deteriorate inventory and different types of customers”, Journal of Automation and Information Sciences, 2017, vol. 49, Issue 9 (SJR-0,024).
4. Yalnız sərhəd şərtləri ilə bir-birilə əlaqəli olan ikinci tərtib hiperbolik tip diferensial tənliklərin altsistemlərindən ibarət sistem ilə təsvir olunan mürəkkəb strukturlu obyektlərdə mənbələrin yerlərinin və güclərinin təyini üzrə tərs məsələ həll edilmişdir. Mürəkkəb strukturlu neft kəmərlərində sızma yerlərinin və sızmanın həcminin təyini məsələsi üçün istifadə edilən hesablama düsturları, alqoritmi təklif edilib, proqram təminatı işlənilmişdir.
İcraçılar: r.e.d., m.üzv Kamil R.Ayda-zadə, r.ü.f.d., dos. Yeganə R.Əşrəfova.
Nəticə dərc olunub:
* Aida-zade K.R., Ashrafova E.R. “Numerical Leak Detection in a Pipeline Network of Complex Structure with Unsteady Flow”, Computational Mathematics and Mathematical Physics, 2017, vol.58, №12 9TR-0,991);
* Ашрафова Е.Р. “Определение участков трубопровода сложной структуры, содержащих утечки сырья”, Информационный бюллетень Омского научно-образовательного центра ОмГТУ и ИМ СО РАН в области математики и информатики, Изд. ОмГТУ, 2017, т.1, № 1, c. 98-101;
* Ашрафова Е.Р. «Численный метод определения мест утечек сырья в сложных трубопроводных системах транспорта», Материалы XI Межд. Четаевской науч. конф. «Аналитическая механика, устойчивость и управление», Казань, 2017, 14-18 июня, c.25-29;
* Айда-заде К.Р., Ашрафова Е.Р. “Об определении мест утечек жидкости в трубопроводах сложной структуры”, Материалы Межд. научной конференции «Актуальные проблемы прикладной математики и физики», Россия, Нальчик, 2017, 17-21 мая, c. 25-26.
5. Maqnit Rezonans Tomoqrafiyası (MRT) qurğularından ölçmə nəticəsində əldə oluna bilən maqnit sahəsi əsasında insan beyninin elektromaqnit parametrlərinin (dielektriklik əmsalı və keçiricilik) təyini üçün tərs məsələnin ədədi həll üsulu, alqoritmi və proqram təminatı işlənmişdir. Başlanğıc yaxınlaşmaların, mənbələrin və ölçmələrin sayının, siqnal-küy səviyyələrinin nisbəti və apriori informasiya əsasında requlyarlaşdırma strategiyasının ədədi nəticələrin dəqiqliyinə təsiri öyrənilmişdir.
İcraçı: - r.ü.f.d., dos. Anar B.Rəhimov.
Nəticə dərc olunub:
* Rahimov A.B., Litman A., Ferrand G. “MRI-based electric properties tomography with a quasi-Newton approach”, Inverse Problems, IOP Publishing, England, 2017, vol. 33, No10, 105004 (24 pages) (TR-1,620);
Рагимов А.Б., Литман А., Ферран Г. «Томография с электрическими свойствами на основе МРТ с квази-ньютоновским подходом», Inverse Problems, IOP Publishing, Англия, 2017, вып. 33, №10, 105004 (24 стр.) (TR-1,620);
* Rahimov A.B., Litman A., Ferrand G. “Quantitative determination of the complex permittivity of human brain using MRI measurements”, Book of Abstracts of International Conference Applied Inverse Problems (AIP2017), 2017, may 29-june 02, p.43, Hangzhou, China.
Tətbiq edilib - İş Fresnel İnstitutu qarşısında Fransa Alternativ Enerji və Atom Enerjisi Komissarlığı (Paris, Fransa) (The French Alternative Energies and Atomic Energy Commission (CEA)) tərəfindən qoyulmuşdur, alınmış nəticələr və proqram təminatı Fransa Alternativ Enerji və Atom Enerjisi Komissarlığına təqdim edilmişdir.
-
13.03.2025
“Mühəndislik Problemlərinin Həllində Menecment və İdarəetmə” adlı beynəlxalq konfrans (MaCoSEP 2025) keçiriləcək -
06.02.2025
Elmi Şuranın növbəti iclası keçiriləcək -
21.01.2025
İdarəetmə Sistemləri İnstitutunun Elmi seminarı keçiriləcək -
17.01.2025
20 Yanvar Ümumxalq Hüzn Gününün 35-ci ildönümünə həsr olunmuş anım tədbiri keçiriləcək