AzEnRu
  • ОБ ИНСТИТУТЕ
    • Общая информация
    • Руководство
    • Структура
    • Общественные организации
    • Ученые
  • НОВОСТИ
    • Все новости
    • Важные новости
    • Мероприятия
    • Объявления
    • Зарубежные отношения и сотрудничество
    • Издательская деятельность
    • Интересная новости
  • НАУЧНАЯ ДЕЯТЕЛЬНОСТЬ
    • Научные направления
    • Научные результаты
    • Состав научного совета
    • Заседания научного совета
    • Годовой отчёт
  • ELMMETRİYA
  • ДИССЕРТАЦИОННЫЙ СОВЕТ
    • Докторантура
    • Состав Диссертационного совета
    • Заседания Диссертационного совета
    • Правила и инструкции
    • Авторефераты диссертаций
  • ИННОВАЦИОННАЯ ДЕЯТЕЛЬНОСТЬ
    • Потенциальные прикладные проекты
    • Создаваемые устройства
    • Прикладные работы
    • Патенты
    • Гранты
  • ИЗДАНИЯ
    • Известия НАНА
    • Учебники и монографии
  • КОНТАКТ
ГЛАВНАЯ СТРАНИЦА →НОВОСТИ
+A -A

OpenAI ChatGPT tərəfindən tərtib edilən mətnləri təyin edə biləcək sistem üzərində çalışır

02.02.2023 /

Olduqca qəliz mətnlər tərtib etməyi bacaran süni zəka əsaslı ChatGPT çat-botunun yaradıcısı OpenAI şirkəti bu və ya digər mətnin mənbəyini təyin edə biləcək sistem üzərində çalışdığını elan edib. OpenAI təmsilçilərinin sözlərinə əsasən hazırlanan yeni sistem süni zəka tərəfindən tərtib edilmiş mətni dəqiq şəkildə təyin edə bilir. Qeyd etmək lazımdır ki, şirkət sözügedən sistemi ChatGPT-nın istifadəyə verilməsindən bir neçə ay sonra hazırlamağa başlayıb. ChatGPT-nın istifadəyə verilməsindən bir neçə müddət sonra təhsil müəssisələri buna sürətlə reaksiya verərək öz tələbələrinə sözügedən çat-botdan istifadəni qadağa etdilər. Hətta bəzi təhsil müəssisələrində ChatGPT-dan istifadə məhdudlaşdırıldı.

Belə ki, təhsil müəssisələrinin rəhbərləri narahatdırlar ki, süni zəka əsaslı bu çat-bot tələbələrin təhsil proseslərinə mənfi təsir göstərəcək. Nəticədə OpenAI şirkəti bu məsələdə mütəxəssislərə yardım etmək qərarına gəlib. Məlumatda qeyd edilib ki, ChatGPT tərəfindən tərtib edilən mətnlərin təyin edilməsi imkanını verəcək sistem hazırlanma prosesindədir və hələ ideal şəkildə çalışmır. Şirkət öz növbəsində valideynlər və müəllimlər tərəfindən geridönüşlərə ümid edir. OpenAI şirkətinin öz qiymətləndirməsinə əsasən ingilis dilində olan mətnlərdən ibarət nümunələrin yoxlanılması zamanı sistem süni zəka tərəfindən tərtib edilmiş mətnlərin 26%-ni uğurlu şəkildə təyin edə bilir. Bu halda sistem həmin mətnləri “mətnlər ehtimal ki, süni zəka tərəfindən tərtib edilib” kimi qiymətləndirir.

Bununla belə sistem əslində insanlar tərəfindən tərtib edilmiş mətnlərin 9%-ni süni zəka tərəfindən tərib edilmiş mətnlər kimi qiymətləndirib. Qeyd etmək lazımdır ki, şirkət hələ 2019-cu ildə süni zəka tərəfindən tərtib edilən mətnlərin təyini üçün nəzərdə tutulmuş sistemi təqdim etmişdi. OpenAI mütəxəssislərinin sözlərinə əsasən sistemin yeni versiyası bu işin öhdəsindən daha yaxşı gəlir. Məlumdur ki, sistem 1000 simvoldan daha az simvola sahib mətnlərin analizində çətinliklər çəkir. Bununla yanaşı OpenAI sistemi ingilis dilindən başq digər dillərdə istifadə etməyi məsləhət görmür. Əlavə olaraq qeyd etmək lazımdır ki, istifadəçi süni zəka tərəfindən tərtib edilmiş mətni fərdi şəkildə bir qədər dəyişə bilər. Bu isə mətnin analiz prosesini daha da qəlizləşdirir. 

technote.az

Tweet
ОБЪЯВЛЕНИЯ
  • 08.04.2026
  • 08.04.2026
  • 07.04.2026
  • 06.04.2026
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • ОБ ИНСТИТУТЕ
    • Общая информация
    • Руководство
    • Общественные организации
    • Структура
  • НАУЧНАЯ ДЕЯТЕЛЬНОСТЬ
    • Научные направления
    • Научные результаты
    • Докторантура
    • Магистратура
  • ИННОВАЦИОННАЯ ДЕЯТЕЛЬНОСТЬ
    • Потенциальные прикладные проекты
    • Прикладные работы
    • Патенты
    • Гранты
  • НОВОСТИ
    • Конференции, Собрания
    • Важные новости
  • ПОЛЕЗНОЕ
    • Объявления
    • Новые издания
    • Ссылки
Copyright © 2010-2025 Институт Систем Управления
Карта сайта