AzEnRu
  • ОБ ИНСТИТУТЕ
    • Общая информация
    • Руководство
    • Структура
    • Общественные организации
    • Ученые
  • НОВОСТИ
    • Все новости
    • Важные новости
    • Мероприятия
    • Объявления
    • Зарубежные отношения и сотрудничество
    • Издательская деятельность
    • Интересная новости
  • НАУЧНАЯ ДЕЯТЕЛЬНОСТЬ
    • Научные направления
    • Научные результаты
    • Состав научного совета
    • Заседания научного совета
    • Годовой отчёт
  • ELMMETRİYA
  • ДИССЕРТАЦИОННЫЙ СОВЕТ
    • Докторантура
    • Состав Диссертационного совета
    • Заседания Диссертационного совета
    • Правила и инструкции
    • Авторефераты диссертаций
  • ИННОВАЦИОННАЯ ДЕЯТЕЛЬНОСТЬ
    • Потенциальные прикладные проекты
    • Создаваемые устройства
    • Прикладные работы
    • Патенты
    • Гранты
  • ИЗДАНИЯ
    • Известия НАНА
    • Учебники и монографии
  • КОНТАКТ
ГЛАВНАЯ СТРАНИЦА →НОВОСТИ
+A -A

Akademik Rasim Əliquliyev: “Rəqəmsal transformasiyalar ölkənin ali təhsil sistemində “Kompüter dilçiliyi” ixtisasının təşkilini və bu sahədə peşəkar kadrların hazırlanmasını zəruri edir”

24.02.2023 /

Dünyanın əksər ölkələrinin ali məktəblərində “Kompüter dilçiliyi”, “Dil mühəndisliyi” kimi  ixtisaslar üzrə kadrlar hazırlanır. Rəqəmsal transformasiyalar ölkənin ali təhsil sistemində də “Kompüter dilçiliyi” ixtisasının təşkilini və bu sahədə peşəkar kadrların hazırlanmasını zəruri edir.

AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, akademik Rasim Əliquliyev AR Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunda Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə və Beynəlxalq Ana Dili Gününə həsr olunmuş “Azərbaycan dilinin İKT problemləri, İKT-nin Azərbaycan dili problemləri” adlı respublika elmi-praktiki konfransında çıxışı zamanı bu fikirləri səsləndirib.

İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü Ramiz Alıquliyevlə həmmüəllif olduqları “İKT-nin  Azərbaycan dili problemləri, Azərbaycan dilinin İKT problemlərinə dair bəzi konseptual mülahizələr” adlı məruzəni təqdim edən akademik Rasim Əliquliyev əvvəlcə konfransın qarşısında duran əsas məqsəd və vəzifələri diqqətə çatdırıb. “Bu tədbir Azərbaycan dili və İKT problemlərinə həsr olunmuş ilk milli konfransdır”, – deyən akademik qeyd edib ki, müvafiq  sahədə  tədqiqatların  monitorinqini  aparmaq, əldə olunmuş nailiyyətlərlə tanış olmaq, multidissiplinar  elm  sahələri  arasında  əməkdaşlıq  üçün zəmin  hazırlamaq, eləcə də müvafiq  dövlət qurumlarının diqqətini bu problemlərə  cəlb etmək konfransın əsas hədəflərindəndir.

Azərbaycan dilinin İKT problemlərinə toxunan akademik Rasim Əliquliyev Azərbaycanda  domen  adlarının  milli  əlifbada  yazılmadığını  (mEdEniyyEt.az, EdEbiyyat.az, dilCilik.az, monitorinqmErkEzi.az, Emlak.az, SHErq.az və s.), nəticədə dilimizdə zorən yer alan bu qüsurların zaman keçdikcə “qanuniləşdiyini” söyləyib. 

Akademik, həmçinin Azərbaycan dili əlifbası ilə digər xalqların milli əlifbaları arasında transliterasiya interfeyslərinin yaradılmasının, hazırda Azərbaycan dilinin müxtəlif aspektlərinə aid olan rəqəmsal resursların e-dövlət  mühitinə  inteqrasiya  olunmasının  və  hamı üçün  əlçatan “vahid pəncərə” onlayn xidmətlərinin  göstərilməsinin zəruri olduğunu deyib.

Baş direktor, həmçinin Azərbaycan dili üçün milli, korporativ və fərdi dil korpuslarının  işlənilməsi, ana dilinə dair çoxlu sayda resursların (lüğətlər, atlaslar və s.) rəqəmsallaşdırılması və veb-saytlarının  yaradılması, İKT-nin tətbiqi ilə Azərbaycan dilinin tədrisi və qiymətləndirilməsi üçün yeni mexanizmlər və məhsulların işlənilməsi ilə bağlı problemlərin olduğunu bildirib.

Sonra alim İKT-nin Azərbaycan dili problemləri ilə bağlı fikirlərini bölüşüb. Müasir  informasiya  texnologiyaları,  süni  intellekt və  təbii  dilin  emalı metodları və vasitələrinin başqa dillərdə  geniş  tətbiq  oldunuğunu, Azərbaycan dilinə  isə tətbiq  edilə bilmədiyini vurğulayıb: “Buna səbəb Azərbaycan dilinin ontologiyası, tezaurusu, müxtəlif təyinatlı tezlik lüğətləri, sentiment və vulqar sözlər bazası, Azərbaycan dilinin milli dil korpusu və digər zəruri vasitələr və resursların olmamasıdır”.

AMEA-nın vitse-prezidentinin fikrincə, yuxarıda sadalanan problemlər həll olunarsa, Azərbaycan  dilində  mətnləri,  nitqləri  xülasələşdirmək  və  təsnif  etmək, internet mühitində milli informasiya  axtarış sistemi yaratmaq, insan-kompüter dialoq sistemlərini (çatbot və s.)  işləmək, azərbaycandilli mətnlər üçün milli antiplagiat proqramları hazırlamaq, Azərbaycan dili ilə  dünyanın  digər  dilləri  arasında  keyfiyyətli  kompüter  tərcüməsi proqramları yaratmaq mümkün olacaq.

Eyni zamanda qeyd olunan problemlərin həlli virtual məkanda Azərbaycan dilinin ekoloji vəziyyətinin fasiləsiz monitorinqinin aparılması, qiymətləndirilməsi və dilin inkişafı ilə əlaqədar   obyektiv və səmərəli qərarların qəbul edilməsinə, ölkəmizdə  milli  e-dövlətin  formalaşmasına  və  vətəndaşlar üçün Azərbaycan dili ilə bağlı müxtəlif onlayn xidmətlərin təşkil edilməsinə gətirib çıxaracaq. Azərbaycan dilinin milli dil korpusunun yaradılması ilə onlayn kanallar vasitəsilə dilimizə daxil olan yad terminləri avtomatik aşkarlamağa imkan verən texnologiyaların işlənilməsinə, azərbaycandilli virtual məkanda informasiya təhlükəsizliyinin təmin olunmasına, uşaqların ziyanlı mətn və audio-video kontentlərdən qorunmasına, o cümlədən kibercinəyatkarlıqla effektiv mübarizə aparılmasına da nail olunacaq.

“Bir sözlə, rəqəmsal transformasiyalar dövründə Azərbaycan dili ilə bağlı çoxlu sayda problemləri  həll etməklə, onlayn mühitdə dilimizin qorunmasını, inkişafını və müxtəlif məqsədlər üçün  geniş tətbiqini təmin etmək üçün real imkanlar yaranacaq”, - deyə alim fikrini tamamlayıb.

Daha sonra akademik Rasim Əliquliyev Azərbaycan dili və İKT problemlərinin həlli ilə bağlı bir sıra təkliflər irəli sürüb. Ölkəmizin ali məktəblərində kompüter dilçiliyi və dil mühəndisliyi ixtisasları üzrə kadrların, kompüter dilçiliyi üzrə dərsliklərin hazırlanmasının zəruri olduğunu nəzərə çatdırıb. Alim qeyd edib ki, Azərbaycan  dili  və İKT  problemləri milli strateji məsələ kimi diqqətdə saxlanılmalı, prioritet elmi istiqamət kimi qəbul edilməli və bu sahədə sistemli tədqiqatlar  aparılmalıdır.

AMEA-nın vitse-prezidenti əlavə edib ki, beynəlxalq təcrübəni əsas tutaraq, İKT-nin tətbiqi ilə Azərbaycan dilinin tədrisi və qiymətləndirilməsinin yenidən qurulması, bu tədqiqatlara  maliyyə və qrant dəstəyinin göstərilməsi də vacib məsələlərdəndir.

science.gov.az

Tweet
ОБЪЯВЛЕНИЯ
  • 08.04.2026
  • 08.04.2026
  • 07.04.2026
  • 06.04.2026
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • ОБ ИНСТИТУТЕ
    • Общая информация
    • Руководство
    • Общественные организации
    • Структура
  • НАУЧНАЯ ДЕЯТЕЛЬНОСТЬ
    • Научные направления
    • Научные результаты
    • Докторантура
    • Магистратура
  • ИННОВАЦИОННАЯ ДЕЯТЕЛЬНОСТЬ
    • Потенциальные прикладные проекты
    • Прикладные работы
    • Патенты
    • Гранты
  • НОВОСТИ
    • Конференции, Собрания
    • Важные новости
  • ПОЛЕЗНОЕ
    • Объявления
    • Новые издания
    • Ссылки
Copyright © 2010-2025 Институт Систем Управления
Карта сайта