AzEnRu
  • ОБ ИНСТИТУТЕ
    • Общая информация
    • Руководство
    • Структура
    • Общественные организации
    • Ученые
  • НОВОСТИ
    • Все новости
    • Важные новости
    • Мероприятия
    • Объявления
    • Зарубежные отношения и сотрудничество
    • Издательская деятельность
    • Интересная новости
  • НАУЧНАЯ ДЕЯТЕЛЬНОСТЬ
    • Научные направления
    • Научные результаты
    • Состав научного совета
    • Заседания научного совета
    • Годовой отчёт
  • ELMMETRİYA
  • ДИССЕРТАЦИОННЫЙ СОВЕТ
    • Докторантура
    • Состав Диссертационного совета
    • Заседания Диссертационного совета
    • Правила и инструкции
    • Авторефераты диссертаций
  • ИННОВАЦИОННАЯ ДЕЯТЕЛЬНОСТЬ
    • Потенциальные прикладные проекты
    • Создаваемые устройства
    • Прикладные работы
    • Патенты
    • Гранты
  • ИЗДАНИЯ
    • Известия НАНА
    • Учебники и монографии
  • КОНТАКТ
ГЛАВНАЯ СТРАНИЦА →НОВОСТИ
+A -A

AMEA-da doktoranturaya sənəd qəbulunun elektronlaşdırılması mövzusunda tədbir keçirilib

04.04.2023 /

Aprelin 4-də AMEA-ın elmi müəssisə və təşkilatlarında təhsilə məsul şəxslərə doktoranturaya sənəd qəbulunun elektronlaşdırılması ilə əlaqədar “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”nin (TMİS) “Ali və orta ixtisas təhsili alt sistemi” (AOİTAS) vasitəsi ilə qeydiyyatın həyata keçirilməsi mövzusunda təlim keçirilib.

Tədbirdə AMEA-nın Rəyasət Heyəti aparatının Elm və təhsil şöbəsinin müdiri, texnika elmləri üzrə fəlsəfə doktoru, dosent Hüseyn Hüseynov, şöbənin müdir müavini, fəlsəfə üzrə fəlsəfə doktoru Vüsal Zülfüqarov, şöbənin məsul şəxsləri, Elm və Təhsil Nazirliyinin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin əməkdaşları Nicat Etibaroğlu və Elvin Axundov, həmçinin AMEA-nın elmi müəssisələrinin Təhsil şöbələrinin müdirləri və təhsilə məsul şəxslər iştirak ediblər.

Tədbirdə çıxış edən Hüseyn Hüseynov təlim haqqında ümumi məlumat verərək AMEA prezidentinin tövsiyə və tapşırıqlarını tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Daha sonra Elm və Təhsil Nazirliyinin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin əməkdaşı Nicat Etibaroğlu doktoranturaya sənəd qəbulu ilə bağlı müraciətlərə baxılması, müvafiq qərarın verilməsi, müraciətçilərə müəssisənin qərarı barədə elektron bildirişlərin göndərilməsi, sistemə əlavə edilmiş qəbul planının işlənilməsi, təhsil haqqı ödənişlərinin həyata keçirilməsi prosesini izah edib. Bildirib ki, sözügedən xidmət sayəsində TMİS-ə qoşulmuş elmi müəssisələrə doktorantura pilləsi üzrə qəbul olmaq istəyən şəxslər Elm və Təhsil Nazirliyinin “Şəxsi kabineti” vasitəsilə elektron formada müraciət edə və müraciət üzrə cari və növbəti addımları izləyə biləcəklər. Müraciətlərinə elmi müəssisə tərəfindən müsbət rəy verilən şəxslər xarici dil imtahanlarında iştirak edə biləcəklər.

Onun sözlərinə görə, müraciətlərin elektron formada təşkil edilməsi qəbul prosesinin daha çevik, rahat və keyfiyyətli təşkilinə şərait yaradacaq. Tələbələr müraciətin irəliləyişi, imtahan nəticələri və digər yeniliklər barədə vaxt itirmədən və olduğu yeri tərk etmədən öz “Şəxsi kabinet”ləri vasitəsilə məlumat əldə edə biləcəklər. Bununla yanaşı, qeydiyyatın AOİTAS vasitəsi ilə aparılması məlumatların vahid elektron bazada toplanılmasına, digər xidmətlərlə qarşılıqlı inteqrasiyasına, geniş təhlil və hesabatların real vaxt rejimində avtomatik hazırlanmasına şərait yaradacaq.

Sonda tədbir iştirakçıları suallar və təkliflərlə çıxış ediblər.

science.gov.az

Tweet
ОБЪЯВЛЕНИЯ
  • 08.04.2026
  • 08.04.2026
  • 07.04.2026
  • 06.04.2026
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • ОБ ИНСТИТУТЕ
    • Общая информация
    • Руководство
    • Общественные организации
    • Структура
  • НАУЧНАЯ ДЕЯТЕЛЬНОСТЬ
    • Научные направления
    • Научные результаты
    • Докторантура
    • Магистратура
  • ИННОВАЦИОННАЯ ДЕЯТЕЛЬНОСТЬ
    • Потенциальные прикладные проекты
    • Прикладные работы
    • Патенты
    • Гранты
  • НОВОСТИ
    • Конференции, Собрания
    • Важные новости
  • ПОЛЕЗНОЕ
    • Объявления
    • Новые издания
    • Ссылки
Copyright © 2010-2025 Институт Систем Управления
Карта сайта