AzEnRu
  • ОБ ИНСТИТУТЕ
    • Общая информация
    • Руководство
    • Структура
    • Общественные организации
    • Ученые
  • НОВОСТИ
    • Все новости
    • Важные новости
    • Мероприятия
    • Объявления
    • Зарубежные отношения и сотрудничество
    • Издательская деятельность
    • Интересная новости
  • НАУЧНАЯ ДЕЯТЕЛЬНОСТЬ
    • Научные направления
    • Научные результаты
    • Состав научного совета
    • Заседания научного совета
    • Годовой отчёт
  • ELMMETRİYA
  • ДИССЕРТАЦИОННЫЙ СОВЕТ
    • Докторантура
    • Состав Диссертационного совета
    • Заседания Диссертационного совета
    • Правила и инструкции
    • Авторефераты диссертаций
  • ИННОВАЦИОННАЯ ДЕЯТЕЛЬНОСТЬ
    • Потенциальные прикладные проекты
    • Создаваемые устройства
    • Прикладные работы
    • Патенты
    • Гранты
  • ИЗДАНИЯ
    • Известия НАНА
    • Учебники и монографии
  • КОНТАКТ
ГЛАВНАЯ СТРАНИЦА →НОВОСТИ
+A -A

Yupiterin peyki Avropanın incələnməsi üçün olan Europa Clipper aparatı kosmosa göndərilib

17.10.2024 /

SpaceX-in Falcon Heavy raketi NASA-nın Europa Clipper adlı kosmik aparatını kosmosa yola salıb. Qeyd etmək lazımdır ki, bu kosmik aparat Yupiterin Avropa adlı peykinin səthinin və səthaltı okeanının incələnməsi üçün nəzərdə tutulub. Beləliklə kosmosa göndərilmiş Europa Clipper aparatı 6 ildən sonra Yupiter sisteminə çatmalıdır. Sözügedən kosmik aparat NASA tərəfindən hazırlanmış ən böyük kosmik aparat olub. Onun yanacaqla birgə çəkisi 6 ton təşkil edir.

Kosmik aparatın 24 ədəd mühərrikə sahib olmasına baxmayaraq o, iki qravitasiya manevrini (kosmik cisimlərin qravitasiya sahələrinin təsirləri altında kosmik aparatın uçuş trayektoriyası ilə sürətinin məqsədli dəyişimi) reallaşdırmalı olacaq. Birinci qravitasiya manevri 4 ay sonra Mars ətrafında, ikinci qravitasiya manevri isə 2026-cı ildə Yer kürəsi ətrafında baş tutacaq. Nəticədə Europa Clipper 2030-cu ilin aprel ayında Yupiterə çatacaq. Öz elmi missiyasına isə komsik aparat Yupiterə çatdıqdan 1 il sonra başlayacaq. Belə ki, kosmik aparatın orbiti Yuipiterin peyki Avropanın yaxınlığından keçmək üçün uyğun olmalıdır.


Sözügedən peyk Yupiterin 4 ən böyük peykindən biridir. Onun ölçüsü Ayın ölçüsünə bərabərdir. Alimlərin aparmış olduqları müşahidələrə əsasən Avropanın səthinin alt hissəsində nəhəng duzlu okean mövcuddur. Bu isə öz növbəsində Avropada potensial bioloji həyat növünün olduğuna işarə edir. Europa Clipper-in əsas missiyası isə belə potensial ehtimalın sübutlarını aşkar etməkdir. Missiya 100 gündən bir qədər çox müddət üçün nəzərdə tutulub. Lakin onun müddəti uzadıla bilər. Missiya çərçivəsində kosmik aparat peykə 49 dəfə yaxın məsafədən keçəcək.

technote.az

Tweet
ОБЪЯВЛЕНИЯ
  • 08.04.2026
  • 08.04.2026
  • 07.04.2026
  • 06.04.2026
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • ОБ ИНСТИТУТЕ
    • Общая информация
    • Руководство
    • Общественные организации
    • Структура
  • НАУЧНАЯ ДЕЯТЕЛЬНОСТЬ
    • Научные направления
    • Научные результаты
    • Докторантура
    • Магистратура
  • ИННОВАЦИОННАЯ ДЕЯТЕЛЬНОСТЬ
    • Потенциальные прикладные проекты
    • Прикладные работы
    • Патенты
    • Гранты
  • НОВОСТИ
    • Конференции, Собрания
    • Важные новости
  • ПОЛЕЗНОЕ
    • Объявления
    • Новые издания
    • Ссылки
Copyright © 2010-2025 Институт Систем Управления
Карта сайта