AzEnRu
  • ОБ ИНСТИТУТЕ
    • Общая информация
    • Руководство
    • Структура
    • Общественные организации
    • Ученые
  • НОВОСТИ
    • Все новости
    • Важные новости
    • Мероприятия
    • Объявления
    • Зарубежные отношения и сотрудничество
    • Издательская деятельность
    • Интересная новости
  • НАУЧНАЯ ДЕЯТЕЛЬНОСТЬ
    • Научные направления
    • Научные результаты
    • Состав научного совета
    • Заседания научного совета
    • Годовой отчёт
  • ELMMETRİYA
  • ДИССЕРТАЦИОННЫЙ СОВЕТ
    • Докторантура
    • Состав Диссертационного совета
    • Заседания Диссертационного совета
    • Правила и инструкции
    • Авторефераты диссертаций
  • ИННОВАЦИОННАЯ ДЕЯТЕЛЬНОСТЬ
    • Потенциальные прикладные проекты
    • Создаваемые устройства
    • Прикладные работы
    • Патенты
    • Гранты
  • ИЗДАНИЯ
    • Известия НАНА
    • Учебники и монографии
  • КОНТАКТ
ГЛАВНАЯ СТРАНИЦА →НОВОСТИ
+A -A

Dəniz suyunun ekoloji vasitə ilə içməli suya çevrilməsi texnologiyası hazırlanıb

28.01.2025 /
Miçiqan Universiteti və Rays Universitetinin mühəndisləri böyük miqdarda kimyəvi maddələrdən istifadə etməyərək dəniz suyunu içməli suya çevirməyə imkan verən texnologiyanı hazırlayıblar. Bu texnologiya içməli suyun istehsalı sahəsindəki xərcləri azalda və onu daha əlçatan edə bilər. Dəniz suyunun tərkibində bor elementi mövcuddur. Bu element isə böyük miqdarda olduğu halda insan və bitkilər üçün çox zərərlidir. Suyun təmizlənməsi ilə məşğul olan qurğular adətən suya qələvilər əlavə edirlər. Bu, bor turşusunun ionlaşdırılması üçün edilir.
   
Daha sonra ionlaşdırılmış bor əks osmos (əks osmos istənilməyən maddələri, su molekullarından daha böyük olan molekulları sudan ayıran yarımkeçirici membran təbəqəsi ilə suyun təmizlənməsi prosesidir) prosesi sayəsində suyun tərkibindən çıxarılır və daha sonra suyun özü turşu vasitəsilə neytrallaşdırılır. Mütəxəssislər tərəfindən hazırlanmış yeni texnologiya isə boru sudan karbon parçasının elektrodları vasitəsilə çıxarır. Bu halda prosesə kimyəvi maddələrin əlavə edilməsinə ehtiyac qalmır.
 
Bu öz növbəsində suyun təmizlənməsi prosesini sadələşdirir və ona sərf olunan xərcləri aşağı salır. Sözügedən texnologiyanın tətbiqi suyun təmizlənməsi prosesinə sərf edilən xərcləri 15% aşağı sala bilər. Bu isə emal edilmiş hər kub metr su üçün 20 sent vəsaitin qənaət edilməsi deməkdir. 2019-cu ildə dünyanın su təmizləyici qurğularının ümumi performansı gün ərzində 95 milyon kub metr təşkil etmişdi. Bunu nəzərə alaraq yeni texnologiyanın tətbiqi halında il ərzində potensial olaraq 6.9 milyard dollar vəsaitə qənaət etmək olar.
technote.az
Tweet
ОБЪЯВЛЕНИЯ
  • 08.04.2026
  • 08.04.2026
  • 07.04.2026
  • 06.04.2026
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • ОБ ИНСТИТУТЕ
    • Общая информация
    • Руководство
    • Общественные организации
    • Структура
  • НАУЧНАЯ ДЕЯТЕЛЬНОСТЬ
    • Научные направления
    • Научные результаты
    • Докторантура
    • Магистратура
  • ИННОВАЦИОННАЯ ДЕЯТЕЛЬНОСТЬ
    • Потенциальные прикладные проекты
    • Прикладные работы
    • Патенты
    • Гранты
  • НОВОСТИ
    • Конференции, Собрания
    • Важные новости
  • ПОЛЕЗНОЕ
    • Объявления
    • Новые издания
    • Ссылки
Copyright © 2010-2025 Институт Систем Управления
Карта сайта