
İspaniyada IBIMA konfransı keçiriləcək
01 May 2021
İspaniyanın Cordoba şəhərində IBIMA konfransı keçiriləcək.
Konfransın məqsədi iqtisadiyyat, menecment, innovasiya, sahibkarlıq, təhsil, marketinq, insan resursları və maliyyə sahələri üzrə mütəxəssislərivə tədqiqatçıları elmi müzakirələrin aparılması məqsədilə bir araya toplamaqdır.
Konfransda iştirak üçün böyük tələbin olması ilə əlaqədar olaraq təşkilat komitəsi tərəfindən məruzələrin qəbulu tarixi uzadılıb. Koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar olaraq konfrans təşkilatçıları “Virtual təqdimat” layihəsini təqdim edir. Belə ki, müəlliflər məruzələrini aşağıdakı şərtlərə əməl edərək göndərə bilər:
- Əsas mövzular
- Məruzələrin son təqdimolunma tarixi – 7 may 2021
- Məruzələrin tərtib olunma qaydası
- Ödəniş şərtləri
Bir məruzənin dəyəri (tək müəllifli və ya həmmüəllifliklə) - 295 ABŞ dolları
Məruzənin qəbulu haqqında təsdiq cavabı alan müəllif tərəfindən əlavə məruzə təqdim olunduğu halda -145 ABŞ dolları
Məruzələrin göndərilməsi üçün elektron poçt ünvanı: [email protected]
Konfrans materialları ISBN: 978-0-9998551-6-4 nömrəli elektron kitab şəklində yayımlanacaq və konfransdan sonra Web of Science bazasında indeksləşməsi üçün Clarivate Analytics şirkətinə göndəriləcək.
Konfrans haqqında suallarınızı linkə ünvanlaya bilərsiniz.
-
08.04.2026
23–25 iyun 2026-cı il tarixlərində Bakı şəhərində “Müasir Riyaziyyat, Mexanika və Onların Tətbiqlərinin Problemləri” (MPMMA 2026) mövzusunda Beynəlxalq konfransı keçiriləcək -
08.04.2026
Riyaziyyat İnstitutunda dezinfeksiya işləri aparılacaq -
07.04.2026
9-12 sentyabr 2026-cı il tarixlərində Bakı şəhərində “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” mövzusunda 13-cü Beynəlxalq Konfransı keçiriləcək -
06.04.2026
Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək


