
Horizon Europe Məlumat Günləri keçiriləcək
20 May 2021
Hörmətli Həmkarlar,
Avropa Komissiyasının Horizon Europe üzrə Milli Əlaqələndirici Şəxslər Şəbəkəsinin koordinatoru olan AMEA tədqiqatçıları, həmçinin dövlət və özəl sektorlardan digər maraqlı tərəfləri Horizon Europe Məlumat Günündə iştirak etməyə dəvət edir. Virtual tədbir 20 may 2021-ci il tarixində saat 10.00-dan başlayaraq 4 saat davam edəcək.
Ətraflı məlumat almaq və qeydiyyatdan keçmək üçün http://www.science.gov.az/news/open/16791 səhifəsinə müraciət edə bilərsiniz.
18 may tarixinədək qeydiyyatdan keçə bilərsiniz.
Xahiş edirik əlavə məlumat almaq üçün "Xarici əlaqələr və innovasiya" şöbəsinə mürciət edəsiniz.
"Xarici əlaqələr və Innovasiya" şöbəsi.
İdarəetmə Sistemləri İnstitutu.


