AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →ELANLAR
+A -A

Akademik Ziyad Səmədzadənin 80 illik yubileyinə həsr olunan beynəlxalq elmi-praktik konfransı keçiriləcəkdir

01 İyun 2021

AMEA Rəyasət Heyətinin qərarına əsasən, bu ilin noyabr ayında AMEA İqtisadiyyat İnstitu­tunun və Azərbaycan İqtisadçılar İttifaqının təşkilatçılığı ilə akademik Ziyad Səmədzadənin 80 illik yubileyinə həsr olunan “Dayanıqlı inkişafin yeni keyfiyyət mərhələsi” Beynəlxalq elmi-praktik konfransı keçiriləcəkdir. Konfransa təqdim olunan məqalə və tezislər kitab şək­lində dərc ediləcəkdir.

 Konfransın bölmələri:

Dayanıqlı inkişafın nəzəri-metodoloji məsələləri

Azərbaycanın iqtisadi inkişaf modeli

Azərbaycanda iqtisadi artım və ictimai rifah

Post-neft iqtisadiyyatının inkişaf istiqamətləri

Qarabağın iqtisadi dirçəlişi

Azərbaycanda iqtisadiyyatın dövlət tənzimlənməsi (fiskal və monetar tənzimləmə, investisiya və innovasiya siyasəti, aqrar siyasət və ərzaq təhlükəsizliyi, demoqrafik siyasət)

İqtisadiyyatın sektorial və ərazi strukturunun təkmilləşdirilməsi

 Beynəlxalq konfransın materialları əsasında hazırlanacaq kitaba daxil edilmək üçün məqalə və tezislər 15 iyul 2021-ci ilədək Azərbaycan, rus, türk və ingilis dillərinin birində AMEA İqtisadiyyat İnstitutunun əməkdaşı Tanrıverdi Paşaya ([email protected]; [email protected]) göndərilməlidir.

Qəbul olunmuş məruzələr haqqında müəlliflərə qabaqcadan məlumat veriləcəkdir.

 

Məqalə və ya tezislərin tərtib olunması qaydaları:

  1. Məqalənin, tezislərin başlığı, müəllifin adı və soyadı, elmi dərəcəsi, vəzifəsi, iş yeri, əlaqə telefon nömrəsi və elektron ünvanı ayrıca təqdim edilməlidir.
  2. Mətn 12 ölçüdə Times New Roman şrifti ilə, 1,5 intervalla, abzas 1,25 yazılmalı, kənarlardan (soldan 25 mm, sağdan 10 mm, yuxarıdan və aşağıdan 20 mm) boşluq buraxılmalıdır.
  3. Müəllifin soyadı və inisialları qalın şriftlə, məruzənin adı böyük, qalın şriftlə; təşkilatın adı adi şriftlə yazılmalıdır.
  4. Məqalə formasındakı məruzələrin həcmi 6-10 səhifə olmalıdır. Məqalələrə “Xülasə”, “Nəticə”, “Ədəbiyyat siyahısı” əlavə olunmalıdır. Mətndə istinadlar [3] və ya [3; 6; 8] kimi yazılmalıdır.
  5. Tezislər 3 səhifədən artıq olmamalıdır.

 

Təşkilat komitəsi Konfransın mövzusuna uyğun gəlməyən, qoyulan tələblərə cavab verməyən və aktual hesab edilməyən məruzələri qəbul etməyə bilər.

 

Əlavə məlumatlar üçün əlaqə telefonları:

(+99412) 510-37-92 (əlavə 135); mob: (+99450) 352-32-60

Tweet
ELANLAR
  • 09.12.2025
    İdarəetmə Sistemləri İnstitutunun Elmi seminarı keçiriləcək
  • 05.12.2025
    İnsan-Kompüter Qarşılıqlı Əlaqəsi (HCI-E2025) 4-cü Avrasiya Konfransı keçiriləcək
  • 03.12.2025
    “Kompüter Elmlərində Yeni Tədqiqat Metodologiyaları və Sənaye-Akademiya Əməkdaşlığının Müasir Modelləri” adlı Beynəlxalq Simpozium keçiriləcək
  • 27.11.2025
    Elmi Şuranın növbəti iclası keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi