AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →ELANLAR
+A -A

Azərbaycan Texniki Universitetində "Radiotexnikanın müasir problemləri" adlı respublika elmi- texniki konfransı keçiriləcəkdir

05 Oktyabr 2021

Hörmətli həmkarlar!

5-7 oktyabr 2021-ci il tarixlərində Azərbaycan Texniki Universitetində radiotexnika sahəsində mühəndis kadrlarının hazırlanmasına həsr olunmuş "Radiotexnikanın müasir problemləri" adlı respublika elmi- texniki konfransı keçiriləcəkdir. 

Konfransın bölmələri:

  1. Aerokosmik sənayedə mütərəqqi texnologiyalar və məsafədən zondlama metodları 
  2. Radiolokasiya, radionaviqasiya və radioelektron mübarizə sistemləri 
  3. Siqnalların rəqəmli emalı
  4. Peyk rabitə və televiziya sistemləri
  5. Radioverici, radioqəbuledici və antena sistemləri
  6. Radiotexnikada ölçmələr

 

Məqalələrin konfransa təqdim olunması və tərtibatına dair tələblər

  1. Məqalə müəllifləri tezislərini göndərən zaman mütləq aid olduğu konfrans bölməsini qeyd etməlidir.
  2. Məqalə www.aztuconference.aztu.edu.az səhifəsində qeydiyyatdan keçməklə daxil olunur.
  3. Məqalə bir sütunlu mətn formatında təqdim edilməli və 3-6 səhifə olmalıdır.
  4. Məqalə azərbaycan, türk, rus və ingilis dillərindən birində təqdim olunmalıdır. Məqalənin əvvəlində 2 dildə (məqalənin tərtib edildiyi və digər 3 konfrans dillərindən birində) xülasə (250 söz) və açar sözlər (4-5 sayda) verilməlidir. 
  5. Məqalə MS Word proqramında A4 formatında (sol və sağ - 2 sm, yuxarı və aşağı 2,5 sm) Times New Roman şrifti ilə 12 pt ölçüdə, 1,0 sətirlərarası intervalla və mətndaxili yazıda abzas 1 sm buraxılmaqla eninə hazırlanmalıdır.
  6. Məqalə aşağıdakı ardıcıllıqla hazırlanmalıdır: məqalənin adı – ortada, böyük hərflərlə, qalın şriftlə, sonda 6 pt interval, müəllif(lər)in tam adı – ortada; müəllif(lər)in iş yeri, şəhər və ölkə - ortada, sonda 6 pt interval (əgər müəlliflər müxtəlif təşkilatları təmsil edirlərsə, müəllifin və təşkilatın adı yuxarı indekslə nömrələnir), e- mail ünvanı.
  7. Ədəbiyyat siyahısı: hər bir istinad olunan mənbənin adı tərcümə olunmadan, məqalədə istifadə olunma ardıcıllığına uyğun olaraq nömrələnir.
  8. Məqalədə cədvəl və şəkillər nömrələnir: cədvəl - cədvəlin yuxarısında, sağdan (məs., Cədvəl 1), şəkil şəklin altında, ortadan (məs., Şəkil 1) və mətn hissədən (yuxarıdan və aşağıdan) 1 boş sətir buraxılmaqla göstərilir. 
  9. Riyazi ifadələr MS Word proqramının düstur redaktoru (Equation) ilə tərtib olunur. Yalnız mətndə istifadə olunan düsturlar nömrələnir. Düstur sətrin ortasında, nömrəsi isə sağda mötərizədə yazılır.
  10.  Konfransa məqalə göndərdikdə müəlliflər haqqında məlumat: müəllifin tam adı (soyadı, adı, atasının adı), elmi dərəcəsi, elmi adı, iş yeri, vəzifəsi, telefon nömrəsi, məqalənin adı, konfransın bölmə nömrəsi və adı elektron məktubda təqdim olunur. 

 

 Konfransın qrafiki:

Konfrans işi 05- 07 oktyabr 2021-ci il tarixlərində plenar və bölmə iclaslarında azərbaycan, türk, rus, ingilis dillərində təşkil olunacaqdır. 

Əlaqə:

Mərziyyə Ağayeva – Azərbaycan Texniki Universitetinin Tədqiqat və inkişaf şöbəsinin müdiri www.aztu.edu.az

E- mail: [email protected]

Tel: (+994 12) 538-94-16 

Fax: (+994 12) 538-32-80

İslam İslamov – AzTU- nun Radiotexnika və telekommunikasiya kafedrasının dosenti 

E- mail: [email protected]

 
Tweet
ELANLAR
  • 08.04.2026
    23–25 iyun 2026-cı il tarixlərində Bakı şəhərində “Müasir Riyaziyyat, Mexanika və Onların Tətbiqlərinin Problemləri” (MPMMA 2026) mövzusunda Beynəlxalq konfransı keçiriləcək
  • 08.04.2026
    Riyaziyyat İnstitutunda dezinfeksiya işləri aparılacaq
  • 07.04.2026
    9-12 sentyabr 2026-cı il tarixlərində Bakı şəhərində “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” mövzusunda 13-cü Beynəlxalq Konfransı keçiriləcək
  • 06.04.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi