AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →ELANLAR
+A -A

Azərbaycan Texniki Universitetində "Təhlükəsiz infotelekommunikasiya sistemləri: nəzəriyyədən tətbiqə" adlı beynəlxalq elmi praktiki konfrans keçiriləcəkdir

20 Sentyabr 2021

8- 10 dekabr 2021-ci il tarixlərində Azərbaycan Texniki Universitetində "Təhlükəsiz infotelekommunikasiya sistemləri: nəzəriyyədən tətbiqə" adlı beynəlxalq elmi praktiki konfrans keçiriləcəkdir.

Konfransın bölmələri:

Rəqəmsal cəmiyyətdə elektron hökumət və infotelekommunikasiya xidmətləri

Yeni informasiya texnologiyaları və kibertəhlükəsizlik

Rəqəmsal dövlət və rəqəmsal iqtisadiyyat

Yeni idarəetmə modeli: Kiberfiziki sistemlərin əsasları, texnologiyaları və tətbiq sahələri

 

Məqalələrin konfransa təqdim olunması və tərtibatına dair tələblər

Məqalə müəllifləri tezislərini göndərən zaman mütləq aid olduğu konfrans bölməsini qeyd etməlidir.

Məqalə www.aztuconference.aztu.edu.az  səhifəsində qeydiyyatdan keçməklə daxil olunur.

Məqalə bir sütunlu mətn formatında təqdim edilməli və 3 - 6 səhifə həcmində olmalı ve orijinallığı təmin edilməlidir.

Məqalə rus və ingilis dillərindən birində təqdim olunmalıdır. Məqalənin əvvəlində 2 dildə (məqalənin tərtib edildiyi və digər konfrans dilində) xülasə (500 söz) və açar sözlər (4-5 sayda) verilməlidir.

Məqalə MS Word proqramında A4 formatında (sol və sağ - 2 sm, yuxarı və aşağı -2,5 sm), Times New Roman şrifti ilə 12 pt ölçüdə, 1,0 sətirlərarası intervalla və mətndaxili yazıda abzas 1 sm buraxmaqla eninə hazırlanrnalıdır.

Məqalə aşağıdakı ardıcıllıqla hazırlanmalıdır: məqalənin adı - ortada, böyük hərflərlə, qalın şriftlə, sonda 6 pt interval, müəllif(lər)in tam adı - ortada; müəllif(lər)in iş yeri, şəhər və ölkə -ortada, sonda 6 pt interval (əgər müəlliflər müxtəlif təşkilatları təmsil edirlərsə, müəllifin və təşkilatın adı yuxarı indekslə nömrələnir), e-mail ünvanı.

Ədəbiyyat siyahısı: hər bir istinad olunan mənbənin adı tərcümə olunmadan, məqalədə istifadə olunma ardıcıllığına uyğun olaraq nömrələnir.

Məqalədə cədvəl və şəkillər nömrələnir: cədvəl – cədvəlin yuxarısında, sağdan (məs., Cədvəl 1), şəkil –şəklin altında, ortadan (məs., Şəkil 1) və mətn hissədən (yuxarıdan ve aşağıdan) 1 boş sətir buraxmaqla göstərilir.

Riyazi ifadələr MS Word proqramının düstur redaktoru (Equation) ilə tərtib olunur. Yalnız mətndə istifadə olunan düsturlar nömrələnir. Düstur sətrin ortasında, nömrəsi isə sağda mötərizədə yazılır.

Konfransa məqalə göndərildikdə müəlliflər haqqında məlumat: müəllifin tam adı (soyadı, adı, atasının adı), elmi dərəcəsi, elmi adı, iş yeri, vəzifəsi, telefon nömrəsi, məqalənin adı, konfransın bölmə nömrəsi və adı elektron məktubda təqdim olunur.

Antiplaqiat proqramından keçməyən məqalələr qəbul olunmur.

 

Konfransın qrafiki

Konfransın işi 08-10 dekabr 2021-ci il tarixlərində plenar və bölmə iclaslarında rus və ingilis dillərində aparılacaqdır.

Konfransın keçirildiyi ünvan. AZ1073, Bakı ş., H.Cavid pr. 25, Azərbaycan Texniki Universiteti.

Əlaqə:

Mərziyyə Ağayeva – Azərbaycan Texniki Universitetinin Tədqiqat və inkişaf şöbəsinin müdiri.

www.aztu.edu.az

 E -mail: [email protected]  

Tel: (+994 12) 538-94-16

Fax: (+994 12) 538-32-80

Tweet
ELANLAR
  • 08.04.2026
    23–25 iyun 2026-cı il tarixlərində Bakı şəhərində “Müasir Riyaziyyat, Mexanika və Onların Tətbiqlərinin Problemləri” (MPMMA 2026) mövzusunda Beynəlxalq konfransı keçiriləcək
  • 08.04.2026
    Riyaziyyat İnstitutunda dezinfeksiya işləri aparılacaq
  • 07.04.2026
    9-12 sentyabr 2026-cı il tarixlərində Bakı şəhərində “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” mövzusunda 13-cü Beynəlxalq Konfransı keçiriləcək
  • 06.04.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi