
“Qarabağ: Zəfərə gedən yol” mövzusunda XVII beynəlxalq elmi konfrans təşkil ediləcək
27 Avqust 2021
Avqustun 27-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialı, “Elger” Beynəlxalq Elm Mərkəzi, AMEA-nın akademik Həsən Əliyev adına Coğrafiya İnstitutu, Bakı Dövlət Universiteti (BDU), Naxçıvan Müəllimlər İnstitutu və BDU-nun Qazax filialının təşkilatçılığı, İsveçin Qotenburq Universiteti ilə birgə “Qarabağ: Zəfərə gedən yol” mövzusunda onlayn XVII beynəlxalq elmi konfrans keçiriləcək.
Konfrans elmin bütün sahələrini əhatə edir. Tədbirə tezis qəbulu avqustun 17-dək qəbul olunur. İştirak etmək istəyənlər məqalələrini [email protected] ünvanına göndərə bilərlər. Qəbul edilən məqalələr avqustun 20-də elan olunacaq.
Konfransın işçi dilləri türk (Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan türkcəsi), rus və ingilis dilləridir. Beynəlxalq konfransın materialları toplu şəklində nəşr ediləcək.
Konfransda iştirak etmək üçün elmi dərəcəsi olan şəxslər (elmlər və fəlsəfə doktorları, elmi işçilər), müəllimlər, doktorantlar, magistrant və tələbələr müraciət edə bilərlər.
-
08.04.2026
23–25 iyun 2026-cı il tarixlərində Bakı şəhərində “Müasir Riyaziyyat, Mexanika və Onların Tətbiqlərinin Problemləri” (MPMMA 2026) mövzusunda Beynəlxalq konfransı keçiriləcək -
08.04.2026
Riyaziyyat İnstitutunda dezinfeksiya işləri aparılacaq -
07.04.2026
9-12 sentyabr 2026-cı il tarixlərində Bakı şəhərində “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” mövzusunda 13-cü Beynəlxalq Konfransı keçiriləcək -
06.04.2026
Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək


