AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →ELANLAR
+A -A

“Vətən müharibəsinin başlanması səbəbləri, nəticələri və onun tarixi əhəmiyyəti” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçiriləcək

01 Oktyabr 2021

“Vətən müharibəsinin başlanması səbəbləri, nəticələri və onun tarixi əhəmiyyəti” beynəlxalq elmi-praktik konfransa təqdim edilən tezislərə qoyulan TƏLƏBLƏR

 

21-22 oktyabr 2021-ci il tarixində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının təşkilatçılığı, Türkiyə Respublikasının Milli Müdafiə Universiteti, Bolqarıstanın Rakovski Milli Müdafiə Universiteti, Ukraynanın İvan Çernyakevski adına Milli Müdafiə Universiteti, Polşanının Varmia və Mazuri Universiteti və Rumıniyanın I Karol Milli Müdafiə Universitetinin iştirakı ilə “Vətən müharibəsinin başlanması səbəbləri, nəticələri və onun tarixi əhəmiyyəti” mövzusunda “Zoom” platforması üzərindən onlayn beynəlxalq elmi-praktik konfrans keçiriləcək. Professor-müəllim heyəti, elmi işçilər, magistrant, adyunkt/doktorant, dissertant və tələbələr konfransa tezislərini təqdim edə bilərlər.

Konfransın bölmələri:

- Milli təhlükəsizlik;

- Hərbi elmlər;

- Texniki elmlər;

- Humanitar elmlər;

- Hərbi təbabət.

Tezislər təqdim olunan zaman aşağıdakı tələblər nəzərə alınmalıdır:

1. Tezis azərbaycan, rus və ingilis dillərindən birində təqdim oluna bilər.

2. Mətn ölçüləri: A4 formatında sol və sağ - 2 sm, yuxarı və aşağı - 2 sm, Times New Roman – 12, sətirlərarası interval – 1,0.

3. Tezisin həcmi: 2 səhifədən artıq olmamalıdır.

4. Tezis aşağıdakı ardıcıllıqla hazırlanmalıdır:

- məqalənin adı-ortadan, böyük hərflərlə, qalın şriftlə;

- müəlliflərin adı, soyadı, atasının adı - ortada;

- müəlliflərin iş yeri və şəhər - ortada;

- E-mail ünvanı- ortada.

5. Açar sözlər: məruzənin adına və məzmununa uyğun 5-6 əsas anlayış.

6. İstifadə edilmiş ədəbiyyat siyahısı: hər bir istinad olunan mənbənin adı tərcümə olunmadan, tezisdə istifadə olunma ardıcıllığına uyğun olaraq nömrələnir.

7. Tezisdə cədvəl və şəkillər nömrələnir: cədvəl – cədvəlin yuxarısında, sağdan (məs., Cədvəl 1), şəkil – şəklin altında, ortadan (məs., Şəkil 1) və mətn hissədən (yuxarıdan və aşağıdan) 1 boş sətir buraxmaqla göstərilir.

8. Riyazi ifadələr MS Word proqramının düstur redaktoru (Equation) ilə tərtib olunur. Mətndə ancaq istifadə olunan düsturlar nömrələnir. Düstur sətrin ortasında, nömrəsi sağda mötərizədə yazılır.

9. Konfransa təqdim olunmuş və təşkilat komitəsinin üzvləri tərəfindən müsbət rəydən keçmiş tezislər müəlliflər tərəfindən vəsait ödənilmədən materiallar toplusunda dərc olunacaqdır.

Tezislər aşağıda göstərilən ünvana elektron şəkildə təqdim edilə və ya qeyd olunan e-mailə göndərilə bilər.

Ünvan: Bakı şəhəri, Şəfayət Mehdiyev küçəsi 136, Qızıl Şərq şəhərciyi, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyası, Adyunktura və elm şöbəsi, Redaksiya bölməsi.

 

VACİB TARİXLƏR

11 oktyabr 2021-ci il - Materialların elektron versiyasının təqdim edilməsinin son tarixi.

18 oktyabr 2021-ci il - Konfransın proqramının göndərilməsi.

 

Əlaqə telefonları: (055) 571-15-56; (070) 571-15-56 (Whatsapp); (070) 478-38-92; (055) 787-72-27 (Whatsapp). E-mail: [email protected]; [email protected].

Tweet
ELANLAR
  • 08.04.2026
    23–25 iyun 2026-cı il tarixlərində Bakı şəhərində “Müasir Riyaziyyat, Mexanika və Onların Tətbiqlərinin Problemləri” (MPMMA 2026) mövzusunda Beynəlxalq konfransı keçiriləcək
  • 08.04.2026
    Riyaziyyat İnstitutunda dezinfeksiya işləri aparılacaq
  • 07.04.2026
    9-12 sentyabr 2026-cı il tarixlərində Bakı şəhərində “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” mövzusunda 13-cü Beynəlxalq Konfransı keçiriləcək
  • 06.04.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi