"Riyaziyyatın tətbiqi məsələləri və yeni informasiya texnologiyaları” mövzusunda IV Respublika elmi konfransı keçiriləcəkdir
15 Oktyabr 2021Hörmətli həmkarlar!
Sizi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26.01.2021-ci il tarixli 1764 nömrəli razılıq məktubuna əsasən təsdiq olunmuş “Ali təhsil müəssisələrində 2021-ci ildə keçiriləcək beynəlxalq və respublika səviyyəli elmi konfrans, simpozium və konqreslərin siyahısı”na uyğun olaraq 09-10 dekabr 2021-ci il tarixlərində Sumqayıt Dövlət Universitetində keçiriləcək “Riyaziyyatın tətbiqi məsələləri və yeni informasiya texnologiyaları” mövzusunda IV Respublika elmi konfransında iştirak etməyə dəvət edirik.
Konfransın bölmələri:
1.Riyaziyyatın tətbiqi məsələlərinin aktual problemləri;
2.Sistemli analiz. Modelləşdirmə və idarəetmə;
3.İnformasiya texnologiyaları: problemlər, perspektivlər;
4.Təhsildə informasiya texnologiyaları.
Konfransın işçi dilləri: azərbaycan, rus, ingilis.
Konfransın formatı: əyani və ya onlayn – əlavə olaraq məlumat veriləcəkdir.
Konfrans materiallarının tərtibinə qoyulan tələblər:
Kağızın ölçüsü – A4
Boş sahə – hər tərəfdən 2 sm
Şrift – Times New Roman
Düstur –– Microsoft Equation
Şrift ölçüsü – 12 pt
Sətirarası interval – 1,15 sm
Abzas – 1,25 sm
Məqalənin adı – ortadan, böyük hərflərlə, qalın şriftlə
Müəllifin adı, soyadı, atasının adı – ortadan, qalın şriflə
İş yeri, şəhər, ölkə – ortadan, kursivlə
E-poçt ünvanı – ortadan, kursivlə
Açar sözlər (5–7 söz) – azərbaycan, ingilis və rus dillərində
Xülasə (60–80 söz) – azərbaycan, ingilis və rus dillərində
Həcmi – 5 səhifəyə qədər
Ədəbiyyata istinadlar
Ədəbiyyat siyahısı – kvadrat mötərizədə – əlifba sırası ilə
Konfransın materialları Plagiat.pl şirkətinə məxsus StrikePlagiarism.com antiplagiat sistemində yoxlanıldıqdan sonra “SDU.Konfrans materialları” toplusunda çap olunaraq, https://www.ssu-conferenceproceedings.edu.az , https://www.sdu.edu.az saytlarında və eLibrary.ru məlumat bazasında yerləşdiriləcəkdir (Beynəlxalq seriya nömrələri İSSN 2708-955X print, İSSN 2709-6033 on-line). Materiallar 05 noyabr 2021-ci il tarixinədək [email protected] (1 və 2-ci bölmələrə aid), [email protected] (3 və 4-cü bölmələrə aid) elektron poçtuna və ya əyani olaraq elektron daşıyıcılarda və çap olunmuş formada aşağıdakı ünvanda qəbul olunur: AZ5008, Sumqayıt şəhəri, 43-cü məhəllə, Bakı küçəsi 1, Sumqayıt Dövlət Universiteti (I tədris korpusu), Riyaziyyat fakültəsi, Mühəndislik fakültəsi (otaq 307).
Bir müəllifdən yalnız bir məruzənin tezisi qəbul olunur.
Təşkilat komitəsi tezislərin konfransın proqramına daxil edilməsi hüququnu özündə saxlayır.
Qəbul olunmayan tezislər geri qaytarılmır.
Əlaqələndirici şəxs – dos. Babacanova Vüsalə Həmzə qızı
Əlaqə telefonu: (+994) 515777477
Təşkilat komitəsi
-
03.05.2024
ED 1.20 Dissertasiya şurasının iclasında dissertasiya işinin müdafiəsi keçiriləcək -
30.04.2024
İdarəetmə Sistemləri İnstitutunda Elmi seminar keçiriləcək -
23.04.2024
İnformasiya Texnologiyaları və Onların Tətbiqi üzrə 2-ci beynəlxalq konfrans (ITTA 2024) keçiriləcək -
22.04.2024
İdarəetmə Sistemləri İnstitutunda 2024-cü ilin may ayında ixtisas fənləri üzrə fəlsəfə doktoru imtahanları və fərq imtahanları keçiriləcək