Dissertasiya işlərinin müzakirəsi keçiriləcəkdir
16 Noyabr 2021Hörmətli Həmkarlar!
16 noyabr 2021-ci il tarixində saat 15:00 -da İdarəetmə Sistemləri İnstitutunun (İSİ) nəzdində fəaliyyət göstərən D1.20 dissertasiya şurasının
1) 3338.01 – Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi ixtisası üzrə elmi seminarının iclasında iddiaçı: Əlizadə Ülkər Mehmanəli qızının Texnika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün 3338.01 – “Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi” ixtisası üzrə yerinə yetirdiyi “Müstəvidə mürəkkəb təsvirlərin tanınması üsullarının və alqoritmlərinin işlənilməsi ( USM təsvirləri timsalında);
2) 1203.01- “Kompüter elmləri (texnika sahəsi)” ixtisası üzrə elmi seminarının iclasında iddiaçı: Salmanova Məlahət Nəsiman qızının Texnika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün 1203.01- “Kompüter elmləri (texnika sahəsi)” ixtisası üzrə yerinə yetirdiyi “Qeyri səlis zaman petri şəbəkəsinin tətbiqi ilə mürəkkəb sistemlərin idarəetmə model və alqoritmlərinin işlənməsi” mövzusunda təqdim edilən dissertasiya işlərinin müzakirəsi keçiriləcəkdir.
Müzakirə xüsusi karantin rejimi dövründə dissertasiya şuralarının nəzdində fəaliyyət göstərən elmi seminarlarda müzakirələrin təşkili və keçirilməsinə dair Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Rəyasət Heyətinin 29.01.2021-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Tələblər” əsasında keçiriləcək. İclasa aşağıdakı link vasitəsilə distant qoşula bilərsiniz:
Тема: Dissertasiya müzakirəsi
Время: 16 нояб. 2021 15:00 Баку
Подключиться к конференции Zoom
https://us02web.zoom.us/j/81594841032?pwd=WFczREJER3lJNUN4Z0hwOS9BeEJuUT09
Идентификатор конференции: 815 9484 1032
Код доступа: 527588
-
15.05.2024
Şərq-Qərb Nəqliyyat Dəhlizində Logistika, İdarəetmə və İstismar Problemləri üzrə 3-cü Beynəlxalq Konfrans (PLMO 2024) keçiriləcəkdir -
03.05.2024
ED 1.20 Dissertasiya şurasının iclasında dissertasiya işinin müdafiəsi keçiriləcək -
30.04.2024
İdarəetmə Sistemləri İnstitutunda Elmi seminar keçiriləcək -
23.04.2024
İnformasiya Texnologiyaları və Onların Tətbiqi üzrə 2-ci beynəlxalq konfrans (ITTA 2024) keçiriləcək