
Azərbaycan Milli Elmlər Akademiyasının İdarəetmə Sistemləri İnstitutunun magistraturasına qəbul
16 May 2016
Azərbaycan Milli Elmlər Akademiyasının İdarəetmə Sistemləri İnstitutunun magistraturasına 2016/2017-ci tədris ili üçün aşağıdakı ixtisaslaşmalar üzrə qəbul elan edilmişdir:
060509- Kompüter elmləri ixtisası:
"İdarəetmənin informasiya texnologiyaları” ixtisaslaşması üzrə – 2 yer
060628- Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisası:
"Texnoloji proseslərin avtomatlaşdırılması və idarə edilməsi” ixtisaslaşması üzrə – 1 yer
Azərbaycan Milli Elmlər Akademiyasının İdarəetmə Sistemləri İnstitutunun magistraturasına qəbul olunmaq istəyənlər arasında müsahibə keçiriləcəkdir. Magistraturaya qəbul olunanların İnstitutda işlə təmin edilərək elmi tədqiqat fəaliyyəti ilə məşğul olmaları və magistraturanı müvəffəqiyyətlə bitirdikdən sonra İnstitutun doktoranturasına qəbul olunmaları nəzərdə tutulur.
Müsahibə komissiyasının iş vaxtı:
13-17 iyun 2016-cı il tarixlərində hər gün saat 10:00-dan 17:00-dək.
Ünvan: Bəxtiyar Vahabzadə küçəsi 9. 1-ci mərtəbə, 107 №-li otaq.
Əlaqə nömrələri:
539-28-26 (Təhsil şöbəsi); 539-39-43 (elmi katib).
-
08.04.2026
23–25 iyun 2026-cı il tarixlərində Bakı şəhərində “Müasir Riyaziyyat, Mexanika və Onların Tətbiqlərinin Problemləri” (MPMMA 2026) mövzusunda Beynəlxalq konfransı keçiriləcək -
08.04.2026
Riyaziyyat İnstitutunda dezinfeksiya işləri aparılacaq -
07.04.2026
9-12 sentyabr 2026-cı il tarixlərində Bakı şəhərində “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” mövzusunda 13-cü Beynəlxalq Konfransı keçiriləcək -
06.04.2026
Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək


