
Sənaye Tətbiqli İdarəetmə və Optimallaşdırma VIII Beynəlxalq konfransı keçiriləcək

24-26 avqust 2022-ci il tarixlərində Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin dəstəyi ilə Sənaye Tətbiqli İdarəetmə və Optimallaşdırma VIII Beynəlxalq konfransı keçiriləcək. Bu konfrans idarəetmə və optimallaşdırma sahəsində dünyanın müxtəlif ölkələrindən olan tədqiqatçılar və praktikantlar üçün müzakirə və fikir mübadiləsi baxımından geniş imkanlar yaradacaq.
Konfransın mövzularına “İdarəetmə nəzəriyyəsi”, “Optimallaşdırma”, “İntellektual sistemlər”, "Fazi idarəetmə”, “Şəbəkə və telekommunikasiya”, “Ədədi və hesablama metodları”, “Riyazi modelləşdirmə və simulyasiya”, “Sənaye və iqtisadiyyatda tətbiqlər”, “İdentifkasiya”, “Fiziki problemlərdə optimallaşdırma prosedurlarının tətbiqi” kimi istiqamətlər daxildir.
Önəmli tarixlər:
Qeydiyyat və referatın təqdim edilməsi üçün son tarix: 01.06.2022
Qəbul haqqında bildiriş: 30.06.2022
Yekun məqalənin təqdim edilməsi üçün son tarix: 30.11.2022
Fəxri konfrans sədrləri
Rəşad Nəbiyev - Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat naziri
Elçin Babayev - Bakı Dövlət Universitetinin rektoru
Təşkilatçılar
Fikrət Əliyev - Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Bakı Dövlət Universitetinin Tətbiqi Riyaziyyat Elmi Tədqiqat İnstitutunun direktoru
Əli Abbasov - Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, İdarəetmə Sistemləri İnstitutunun baş direktoru
Tamer Başar - Təkmil Araşdırmalar Mərkəzinin direktoru, ABŞ Urbana-Şampeyn İllinoys Universitetində Elektrik və Kompüter Mühəndisliyi kafedrasının professoru
Rövşən Rüstəmov - Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat nazirinin müavini
Qeydiyyatdan keçmək və daha ətraflı məlumat əldə etmək üçün konfransın rəsmi veb səhifəsinə keçid edə bilərsiniz:
http://www.coia-conf.org/en/view/index/
e-poçt: info@coia-conf.org
ünvan: BDU Tətbiqi Riyaziyyat İnstitutu
Z.Xəlilov küç.23, AZ1148, Bakı, Azərbaycan
telefon: (+994) 12 5391595
-
13.06.2023
İdarəetmə Sistemləri İnstitutunda magistrlik dissertasiyalarının müdafiəsi keçiriləcək -
07.06.2023
Doktorantura və dissertanturaya qəbul imtahanlarına hazırlaşan namizədlər üçün ingilis dili fənnindən vebinar keçiriləcək -
02.06.2023
İdarəetmə Sistemləri İnstitutunun Elmi Şurasının növbəti iclası keçiriləcək -
24.05.2023
Şərq-Qərb nəqliyyat dəhlizində logistika, idarəetmə və istismar problemləri üzrə 2-ci beynəlxalq konfrans (PLMO 2023) keçiriləcəkdir