
Dissertasiya işinin müzakirəsi keçiriləcək
17 Mart 2022
17 mart 2022-ci ildə saat 15:00-da AMEA İdarəetmə Sistemləri İnstitutunun nəzdində fəaliyyət göstərən ED 1.19 Dissertasiya şurasının 1203.01 – “Kompüter elmləri” ixtisası üzrə Elmi Seminarının iclasında iddiaçı Rəhimov Anar Bəybala oğlu tərəfindən 1203.01 – Kompüter elmləri ixtisası üzrə riyaziyyat elmlər doktoru elmi dərəcəsi almaq üçün təqdim edilən “Dinamik sistemlər üçün funksiyaların verilmiş siniflərində tərs və optimal idarəetmə məsələlərinin tədqiqi və ədədi həlli” mövzusundakı dissertasiya işinin müzakirəsi keçiriləcəkdir.
Müzakirə xüsusi karantin rejimi dövründə dissertasiya şuralarının nəzdində fəaliyyət göstərən elmi seminarlarda müzakirələrin təşkili və keçirilməsinə dair Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Rəyasət Heyətinin 29.01.2021-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Tələblər” əsasında AMEA İSİ-də keçiriləcək.
Müzakirəyə distant qoşulmaq üçün aşağıdakı linkdən istifadə etmək olar:
Тема: Anar Rəhimovun elmi seminarı
Время: 17 мар. 2022 15:00 Баку
Подключиться к конференции Zoom
https://us02web.zoom.us/j/88998389033?pwd=VGdjd3dzclJiTlk2dTVsYmJsaVB6dz09
Идентификатор конференции: 889 9838 9033
Код доступа: 222489
-
08.04.2026
23–25 iyun 2026-cı il tarixlərində Bakı şəhərində “Müasir Riyaziyyat, Mexanika və Onların Tətbiqlərinin Problemləri” (MPMMA 2026) mövzusunda Beynəlxalq konfransı keçiriləcək -
08.04.2026
Riyaziyyat İnstitutunda dezinfeksiya işləri aparılacaq -
07.04.2026
9-12 sentyabr 2026-cı il tarixlərində Bakı şəhərində “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” mövzusunda 13-cü Beynəlxalq Konfransı keçiriləcək -
06.04.2026
Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək


