
"Rəqəmsal İqtisadiyyat: Müasir Çağırışlar və Real İmkanlar" II Beynəlxalq konfransı keçiriləcək
28 Aprel 2022
28-29 aprel 2022-ci il tarixlərində Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) təşkilatçılığı ilə "Rəqəmsal İqtisadiyyat: Müasir Çağırışlar və Real İmkanlar" II Beynəlxalq konfransı (II. International Conference on Digital Economy: Modern Challenges and Real Opportunities) keçiriləcək. Konfransın əsas məqsədi rəqəmsal iqtisadiyyatda mövcud tendensiyaları müzakirə etmək və gələcək problemləri müəyyən etmək üçün dövlət, özəl sektor, universitetlər və beynəlxalq təşkilatların müvafiq nümayəndələrini bir araya toplamaqdan ibarətdir.
Konfransın işçi dilləri: Azərbaycan, türk, rus, ingilis.
Qeyd edək ki, tərəfdaşlar sırasında AMEA İdarəetmə Sistemləri İnstitutu da yer alır.
-
22.06.2026
UFAZ-da növbəti beynəlxalq konfrans (AIDT 2026) keçiriləcək -
23.04.2026
İnnovativ Sintez və Funksional Materiallar üzrə Beynəlxalq Konfrans (ISFM 2026) keçiriləcək -
17.02.2026
XVI beynəlxalq konfrans keçiriləcək -
30.01.2026
"Beşinci sənaye inqilabına doğru - universitetlərin rolu, çağırışlar və imkanlar" mövzusunda Beynəlxalq Elmi-Praktik Konfrans keçiriləcək


