
Magistrlik dissertasiyalarının müdafiəsi keçiriləcək
16 İyun 2022
16 iyun 2022-ci il tarixində saat 14:00-da AMEA İdarəetmə Sistemləri İnstitutunun akt zalında 060509 – “Kompüter elmləri” və 060628 – “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisasları üzrə magistrlik dissertasiyalarının müdafiəsi üzrə İxtisaslaşdırılmış müdafiə şurasının iclası keçiriləcək.
İclasda magistrant Rüstəm Bakir oğlu Əzimovun AMEA-nın müxbir üzvü Kamil Ayda-zadənin rəhbərliyi ilə “Kompüter tanıma sistemində istifadəsi üçün təsvirlərdəki obyektlərin əlamətlərinin hesablama alqoritmlərinin və proqram təminatının işlənilməsi”; magistrant Aysel Zahid qızı Abdullayevanın r.ü.f.d., dos. Gülçin Abdullayevanın rəhbərliyi ilə “Qapalı oblastda həndəsi fiqurların tanınmasının alqoritm və proqram təminatının işlənilməsi” və magistrant Orxan Tehran oğlu Babayevin t.e.d., dos. Asif Rzayevin rəhbərliyi ilə “Ştanqlı dərinlik nasos qurğularının dinamoqram siqnallarının noise analizi alqoritmlərinin və proqram təminatının işlənilməsi” mövzularında yerinə yetirdikləri magistrlik dissertasiya işlərinin müdafiəsi keçiriləcək.
-
08.04.2026
23–25 iyun 2026-cı il tarixlərində Bakı şəhərində “Müasir Riyaziyyat, Mexanika və Onların Tətbiqlərinin Problemləri” (MPMMA 2026) mövzusunda Beynəlxalq konfransı keçiriləcək -
08.04.2026
Riyaziyyat İnstitutunda dezinfeksiya işləri aparılacaq -
07.04.2026
9-12 sentyabr 2026-cı il tarixlərində Bakı şəhərində “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” mövzusunda 13-cü Beynəlxalq Konfransı keçiriləcək -
06.04.2026
Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək


