
“İkinci Qarabağ müharibəsi: 44 günlük Zəfər salnaməsi” mövzusunda respublika elmi-praktik konfransı keçiriləcək
07 İyul 2022
Hörmətli həmkarlar!
2-3 noyabr 2022-ci il tarixlərində Azərbaycan Respublikası Müdafiə nazirinin rəhbərliyi ilə Milli Müdafiə Universitetində 44 günlük Vətən müharibəsində qazanılmış qələbənin ildönümünə həsr olunan “İkinci Qarabağ müharibəsi: 44 günlük Zəfər salnaməsi” mövzusunda respublika elmi-praktik konfransı keçiriləcək.
Konfransda iştirak etmək istəyənlər tələblərə uyğun qaydada Milli Müdafiə Universitetinin ünvanına tezis göndərə bilər. Redaksiya heyəti tərəfindən müsbət rəy verilən tezislər toplu şəklində nəşr olunacaq.
Tezislər aşağıda göstərilən ünvana elektron şəkildə tədqim edilə və ya qeyd olunban e-mailə göndərilə bilər.
E-mail: [email protected]; [email protected].
Tezislərə qoyulan tələblərlə tanış olmaq üçün linkə keçid edə bilərsiniz:
https://isi.az/uploads/tezislərə qoyulan tələblər.docx
Vacib tarixlər:
1 oktyabr 2022-ci il – materialların elektron versiyasının təqdim edilməsinin son tarixi;
17 oktyabr 2022-ci il – konfransın proqramının göndərilməsi.
Əlaqə telefonları:
(55) 217 – 18 – 75 (WhatsApp)
(70) 478 – 38 – 92
(55) 787 – 72 – 27 (WhatsApp)
Ünvan: Bakı şəhəri, Şəfayət Mehdiyev küçəsi 136, Qızıl Şərq şəhərciyi, Müdafdiə Nazirliyinin Milli Müdafiə Universiteti, Hərbi Elmi Tədqiqat İnstitutu, Redaksiya şöbəsi.
-
08.04.2026
23–25 iyun 2026-cı il tarixlərində Bakı şəhərində “Müasir Riyaziyyat, Mexanika və Onların Tətbiqlərinin Problemləri” (MPMMA 2026) mövzusunda Beynəlxalq konfransı keçiriləcək -
08.04.2026
Riyaziyyat İnstitutunda dezinfeksiya işləri aparılacaq -
07.04.2026
9-12 sentyabr 2026-cı il tarixlərində Bakı şəhərində “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” mövzusunda 13-cü Beynəlxalq Konfransı keçiriləcək -
06.04.2026
Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək


