
“Sağlam bədəndə, sağlam ruh!” - 2022 gənc müəllimlər arasında futzal yarışı” layihəsinin icrasına start verilib
29 Avqust 2022
27 avqust 2022-ci il tarixindən etibarən Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının təşkilatçılığı ilə “Sağlam bədəndə, sağlam ruh!” - 2022 gənc müəllimlər arasında futzal yarışı” layihəsinin icrasına start verilmişdir. Bununla bağlı olaraq 31 avqust 2022-ci il tarixindən etibarən aşağıda qeyd edilən qaydalara uyğun komandalardan sifarişlərin qəbuluna başlanılır.
Yarışda ölkə üzrə gənc müəllimlərdən (yaş: 35 yaşa qədər – 31.07.1987-ci ildən sonra anadan olanlar) ibarət 8 komanda iştirak edəcəkdir.
Sifarişlər 5 sentyabr 2022-ci il saat 23:59-a qədər onlayn şəkildə qəbul olunacaqdır. Yarışa ilk qeydiyyatdan keçmiş və sənədləri tam qaydasında olan 8 komanda buraxılacaqdır. Qeydiyyat üçün aşağıda qeyd olunan sənədləri qeyd olunmuş vaxt çərçivəsində [email protected] elektron ünvanına göndərmək lazımdır:
- Təqdim edilən excel formatda sifariş forması;
- Sifariş formasının həkim möhürü və imzası olan skan versiyası;
- Bütün oyunçuların və məşqçinin şəxsiyyət vəsiqəsinin skanı;
Yarışda iştirak üçün sifariş forması: https://ref.az/3qTEapA
Qeyd 1: Seçilmiş 8 komanda sifariş üçün bütün sənədlərin əslini oyuna gəldikdə təşkilat komitəsinə təhvil verməlidir.
Qeyd 2: Komandaların adı Azərbaycan dilində olmalı və Azərbaycan əlifbası ilə yazılmalıdır.
Qeyd 3: Oyunlar Bakı şəhərində keçiriləcəkdir. Məkan ilə bağlı məlumat veriləcəkdir.
Mükafatlandırma: 1-ci yeri tutmuş komandaya medal, diplom və kubok, 2-ci yeri tutmuş komandaya medal və diplom, bundan başqa isə bir neçə nominasiyalar üzrə diplomlar veriləcəkdir.
Bütün komandalara uğurlar diləyirik!
-
08.04.2026
23–25 iyun 2026-cı il tarixlərində Bakı şəhərində “Müasir Riyaziyyat, Mexanika və Onların Tətbiqlərinin Problemləri” (MPMMA 2026) mövzusunda Beynəlxalq konfransı keçiriləcək -
08.04.2026
Riyaziyyat İnstitutunda dezinfeksiya işləri aparılacaq -
07.04.2026
9-12 sentyabr 2026-cı il tarixlərində Bakı şəhərində “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” mövzusunda 13-cü Beynəlxalq Konfransı keçiriləcək -
06.04.2026
Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək


