
“İcbari tibbi sığorta” mövzusunda maarifləndirici təlimlər keçiriləcək
13 Oktyabr 2022
AMEA Azad Həmkarlar İttifaqı tərəfindən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşmaya əsasən 19 oktyabr 2022-ci il saat 11:00- da AMEA-nın dairəvi akt zalında “İcbari tibbi sığorta” mövzusunda ödənişsiz maarifləndirici təlimlər keçiriləcək.
Təlimdə qurumun nümayəndələri aşağıdakı mövzular üzrə təqdimatla çıxış edəcəklər:
- İcbari tibbi sığorta haqqında ümumi məlumat;
- İcbari tibbi sığorta haqları;
- İcbari tibbi sığortanın Xidmətlər Zərfinə daxil olan tibbi xidmətlər;
- TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələri baradə ümumi məlumat;
- İcbari tibbi sığorta çərçivəsində tibbi xidmətlərdən istifadə qaydası;
- Agentliyin müqavilə bağladığı özəl tibb müəssisələrinin siyahısı;
- Özəl tibb müəssisələrində icbari tibbi sığortadan istifadə qaydası və s.
-
08.04.2026
23–25 iyun 2026-cı il tarixlərində Bakı şəhərində “Müasir Riyaziyyat, Mexanika və Onların Tətbiqlərinin Problemləri” (MPMMA 2026) mövzusunda Beynəlxalq konfransı keçiriləcək -
08.04.2026
Riyaziyyat İnstitutunda dezinfeksiya işləri aparılacaq -
07.04.2026
9-12 sentyabr 2026-cı il tarixlərində Bakı şəhərində “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” mövzusunda 13-cü Beynəlxalq Konfransı keçiriləcək -
06.04.2026
Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək


