
AMEA İdarəetmə Sistemləri İnstitutunun əməkdaşı Tokio Universitetində çıxış edəcək
13 Dekabr 2017
AMEA İdarəetmə Sistemləri İnstitutunun aparıcı elmi işçisi, riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Rəhimov Anar Tokyo Universitetinin professoru Masahiro Yamamotonun dəvətilə 11 dekabr 2017-ci il tarixindən Yaponiyanın Tokio şəhərində ezamiyyətdədir. Ezamiyyətin məqsədi Tokio Universitetinin nəzdindəki Riyazi Elmlər Ali Məktəbi ilə tanış olmaq, əlaqələri genişləndirmək və oranın elmi seminarında elmi məruzə etməkdir. A. Rəhimovun 13 dekabr 2017-ci il tarixində “Qeyri-lokal şərtlərlə verilmiş tərs mənbə məsələlərinin ədədi həllinə bir yanaşma” mövzusunda məruzə ilə çıxış edəcək. Bu barədə məlumat Tokyo Universitetinin rəsmi saytında yerləşdirilb: http://www.ms.u-tokyo.ac.jp/seminar/2017/sem17-241_e.html
Ezamiyyət 18 dekabr 2017-ci ildə başa çatacaq.
-
08.04.2026
23–25 iyun 2026-cı il tarixlərində Bakı şəhərində “Müasir Riyaziyyat, Mexanika və Onların Tətbiqlərinin Problemləri” (MPMMA 2026) mövzusunda Beynəlxalq konfransı keçiriləcək -
08.04.2026
Riyaziyyat İnstitutunda dezinfeksiya işləri aparılacaq -
07.04.2026
9-12 sentyabr 2026-cı il tarixlərində Bakı şəhərində “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” mövzusunda 13-cü Beynəlxalq Konfransı keçiriləcək -
06.04.2026
Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək


