
AMEA-nın müxbir üzvü Əsgər Abdullayevin həyat və yaradıcılığına həsr olunmuş onlayn konfrans keçiriləcək
06 Yanvar 2023
Hörmətli həmkarlar!
6 yanvar 2023-cü il tarixində saat 16:00-da ( Bakı vaxtı ilə) AMEA-nın müxbir üzvü Əsgər Abdullayevin həyat və yaradıcılığına həsr olunmuş “ƏSGƏR” sənədli filminin müəllifləri və iştirakçıları görkəmli alim, ölkəmizdə neft-qaz sənayesinin avtomatlaşdırılmasının təsisçisi Əsgər Abdullayevi xatırlayan hər kəsi Ə. Abdullayevin xatirəsinə həsr olunmuş onlayn konfransda iştirak etməyə dəvət edirlər.
Konfransın proqramı aşağıdakı kimidir:
16:00. Qonaqların təqdim olunması
16:15. “Əsgər” sənədli filmin izlənilməsi
17:00. Dostların və həmkarların çıxışları
17:30. Filmin müəllifləri və iştirakçıları ilə sual-cavab sessiyası
18:00. Konfransın yekunlaşdırılması
Online konfransın təşkilatçısı:
Moskvada yaşayan Azərbaycanlıların Milli-Mədəni Muxtariyyət (MMM) təşkilatının dəstəyi ilə AMEA İdarəetmə Sistemləri İnstitutu
ZOOM platformasında konfransda iştirak etmək üçün aşağıdakı linkdən qoşula bilərsiniz:
Тема: Əsgər Abdullayevin xatirəsinə həsr olunmuş konfrans
Время: 6 янв. 2023 16:00 Баку
Подключиться к конференции Zoom
-
08.04.2026
23–25 iyun 2026-cı il tarixlərində Bakı şəhərində “Müasir Riyaziyyat, Mexanika və Onların Tətbiqlərinin Problemləri” (MPMMA 2026) mövzusunda Beynəlxalq konfransı keçiriləcək -
08.04.2026
Riyaziyyat İnstitutunda dezinfeksiya işləri aparılacaq -
07.04.2026
9-12 sentyabr 2026-cı il tarixlərində Bakı şəhərində “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” mövzusunda 13-cü Beynəlxalq Konfransı keçiriləcək -
06.04.2026
Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək


