
“Heydər Əliyevin Azərbaycanda elm və təhsilin inkişafında rolu” adlı konfrans keçiriləcək
03 Fevral 2023
15 may 2023-cü il tarixində Coğrafiya İnstitutunun təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində “Heydər Əliyevin Azərbaycanda elm və təhsilin inkişafında rolu” adlı respublika elmi-praktiki konfransı keçiriləcək.
Konfransın əsas bölmələrini aşağıdakılar əhatə edir:
- İqlim və su ehtiyatlarının qiymətləndirilməsi və istifadəsi;
- Landşaftlardan istifadənin müasir vəziyyəti;
- Torpaqlardan səmərəli istifadə edilməsi və onların ekoloji problemləri;
- Regionların sosial-iqtisadi inkişafı, yaşıl enerji potensialı və perspektiv istiqamətləri;
- Regionların təbii ehtiyat potensialından istifadə problemləri və onların həlli yolları;
- Demoqrafik inkişafın regional xüsusiyyətləri, şəhər və kənd məskunlaşmasının perspektivləri;
- Davamlı inkişafın təmin olunmasında turizm və rekreasiya potensialının qiymətləndirilməsi;
- Elm və təhsilin inteqrasiyası istiqamətində mövcud problemlər;
- Regionların inkişafının ali və orta məktəblərdə tədrisinin müasir problemləri.
Məqalələr 5 may 2023-cü ilə qədər qəbul edilir.
Konfransda iştirak üçün müraciət edən tələbələr, doktorant və dissertantlar məqaləyə əlavə kimi elmi rəhbərin rəyini təqdim etməlidirlər.
Materiala olan tələblər:
- Mətnin formatı: Microsoft Word (*.doc, *.docx), səhifənin formatı: А4 (210x297 mm), sahələr (yuxarı, aşağı, sol, sağ) 2 sm, Times New Roman, ölçü (12 şrift), sətirarası interval: 1,15;
- Məqalənin həcmi 5-7 səhifə, orijinallığı ən azı 70%.
Məqalələrin mövzu yerinə konfransın adı yazılmalı, müraciət ərizəsi ilə birlikdə [email protected] ünvanına göndərilməlidir.
-
08.04.2026
23–25 iyun 2026-cı il tarixlərində Bakı şəhərində “Müasir Riyaziyyat, Mexanika və Onların Tətbiqlərinin Problemləri” (MPMMA 2026) mövzusunda Beynəlxalq konfransı keçiriləcək -
08.04.2026
Riyaziyyat İnstitutunda dezinfeksiya işləri aparılacaq -
07.04.2026
9-12 sentyabr 2026-cı il tarixlərində Bakı şəhərində “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” mövzusunda 13-cü Beynəlxalq Konfransı keçiriləcək -
06.04.2026
Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək


