
“Riyaziyyat və təbiət elmləri problemləri” mövzusunda XI beynəlxalq elmi-praktik konfrans keçiriləcək
13 Fevral 2023
23 may 2023-cü il tarixində AR Elm və Təhsil Nazirliyinin Dendrologiya İnstitutu, Qazaxıstan Respublikası Elm və Ali Təhsil Nazirliyinin Manaş Kozıbayev adına Şimali Qazaxıstan Universiteti və Rusiya Federasiyasının Elm və Ali Təhsil Nazirliyinin Surqut Dövlət Pedaqoji Universitetinin birgə təşkilatçılığı ilə p.e.n, dosent V.L.Rabinoviçin anadan olmasının 100 illiyinə həsr edilmiş “Riyaziyyat və təbiət elmləri problemləri” mövzusunda XI beynəlxalq elmi-praktik konfrans keçiriləcək.
Qazaxıstanda baş tutacaq beynəlxalq elmi konfransda işçi dilləri qazax, rus, ingilis dilləri olmaqla əyani və “Zoom” vasitəsilə keçiriləcək sessiyalarda məruzə ilə iştirak etmək mümkün olacaq.
Konfrans materialları məqalələr şəklində elektron topluda dərc olunaraq e-library elektron kitabxana platformasında (Rusiya İndeksli İsnad Bazasında - Russian Science Citation Index - Российский индекс научного цитирования) yerləşdiriləcək.
Elmi məqalələrin mətni Word A4 formatında, 5 səhifəyə qədər, 12 şrift ölçüsündə (istinadlar siyahısı üçün 10 şrift ölçüsü), interval 1.0, şrift “Times New Roman”, səhifə eni hər tərəfdən 25 mm, UOT göstərilməklə təqdim edilməlidir.
Beynəlxalq konfrans aşağıdakı istiqamətlər üzrə keçiriləcək:
- Kimya sahəsində elmin və təhsilin aktual problemləri;
- Ekoloji və coğrafi tədqiqatlar;
- Bioloji sistemlərin müasir tədqiqatları problemləri;
- İnformatika, riyaziyyat və fizikanın tədrisi metodologiyası və nəzəriyyəsi: innovativ üsullar.
Məqalələr və doldurulmuş qeydiyyat vərəqləri 23 aprel 2023-cü il tarixinədək elektron formada [email protected] e-mail ünvanına göndərilməlidir.
Tel.: +77714773470 (WhatsApp ünvanına müraciət edilə bilər).
-
08.04.2026
23–25 iyun 2026-cı il tarixlərində Bakı şəhərində “Müasir Riyaziyyat, Mexanika və Onların Tətbiqlərinin Problemləri” (MPMMA 2026) mövzusunda Beynəlxalq konfransı keçiriləcək -
08.04.2026
Riyaziyyat İnstitutunda dezinfeksiya işləri aparılacaq -
07.04.2026
9-12 sentyabr 2026-cı il tarixlərində Bakı şəhərində “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” mövzusunda 13-cü Beynəlxalq Konfransı keçiriləcək -
06.04.2026
Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək


