
“Seysmik dayanıqlı müasir qurğular” Beynəlxalq Konqresi keçiriləcək
16 Fevral 2023
2023-cü il 26-28 aprel tarixlərində professor Azər Qasımzadənin təşkilatçılığı ilə Bakıda “Seysmik dayanıqlı müasir qurğular” Beynəlxalq Konqresi (AERS 2023) keçiriləcək. Konqres Yaponiya, Türkiyə, İtaliya, İngiltərə, Kanada, ABŞ, Portuqaliya, Danimarka və sairə ölkələrdən olan alimlərin iştirakı ilə keçiriləcək. Konqresin məqsədi zəlzələ mühəndisliyi sahəsinin tanınmış ixtisasçılarını, zəlzələ tədqiqat mərkəzlərinin və sektorun aparıcı şirkətlərinin rəhbərləri ilə bir araya gətirərək müvafiq fundamental və tətbiqi məsələləri müzakirə etmək üçün unikal forum təşkil etməkdir. Zəlzələ mühəndisliyinin müxtəlif sahələrində zəlzələyə davamlı strukturların təhlili və layihələndirilməsi sahəsində tədqiqatlar təqdim ediləcək.
Seçilmiş məqalələr Springer və Scopus bazasına daxil olan jurnalda dərc olunacaq.
Konqres haqqında ətraflı məlumatı konqresin rəsmi saytından ([https://aers2023.com)] https://aers2023.com) əldə edə bilərsiniz.
Təqdim olunan məruzələri 15 mart 2023-cü il tarixinədək [email protected] ünvanına göndərməyiniz xahiş olunur.
Ətraflı məlumat üçün aşağıdakı linkə keçid edə bilərsiniz:
-
08.04.2026
23–25 iyun 2026-cı il tarixlərində Bakı şəhərində “Müasir Riyaziyyat, Mexanika və Onların Tətbiqlərinin Problemləri” (MPMMA 2026) mövzusunda Beynəlxalq konfransı keçiriləcək -
08.04.2026
Riyaziyyat İnstitutunda dezinfeksiya işləri aparılacaq -
07.04.2026
9-12 sentyabr 2026-cı il tarixlərində Bakı şəhərində “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” mövzusunda 13-cü Beynəlxalq Konfransı keçiriləcək -
06.04.2026
Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək


