AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →ELANLAR
+A -A

"Gənc tədqiqatçı" jurnalına məqalə qəbulu davam edir

21 Fevral 2023

"Gənc tədqiqatçı" jurnalının il ərzində dörd sayı nəşr olunacaq. Jurnalın ingilis dilində dərc olunacaq sayı üçün məqalə qəbulu davam edir. 

 

Təqdim olunan məqalələr aparılmış elmi tədqiqatın ən mühüm elmi nəticə və nailiyyətlərini özündə əks etdirməli, heç bir yerdə dərc edilməmiş olmalıdır. Tədqiqat xarakterli məqalənin həcmi jurnalın qaydalarına əsasən ən az 6 səhifə olmaqla, xülasə tipli məqalələr isə 15 səhifədən artıq olmamaqla tərtib edilərək təqdim edilməlidir. Çap üçün məqalələr (Microsoft Word proqramında A4 formatında yığılmış .doc, .docx faylı şəklində) müvafiq elmi müəssisəsinin müşayiət məktubu, məqalənin məsul müəllifi tərəfindən imzalanmış bəyannamə və şəxsiyyəti təsdiq edən sənədlə birlikdə  [email protected] elektron poçtu vasitəsilə redaksiyaya göndərilməlidir.

 

Məqalənin quruluşu:

Məqalələrdə aşağıda göstərilən bölmələrin olması vacibdir. Bölmə başlıqları: Şrift-yağlı baş hərflərlə sol tərəfdən verilir:

  •            GİRİŞ
  •            ƏSAS HİSSƏ
  •            MATERİAL VƏ METODLAR (dəqiq və təbiət elmləri üçün)
  •            NƏTİCƏLƏR VƏ ONLARIN MÜZAKİRƏSİ (dəqiq və təbiət elmləri üçün)
  •            YEKUN NƏTİCƏ
  •            ƏDƏBİYYAT

 

Tədqiqat işinin yerinə yetirilməsində rolu olan şəxslərə və ya elmi müəssisələrə minnətdarlıq xarakterli MİNNƏTDARLIQ bölməsi də ƏDƏBİYYAT bölməsindən öncə gəlməli, 10 sətirdən çox olmamalıdır.

 

Humanitar və ictimai elm sahələrini əhatə edən məqalələr beynəlxalq standartlara cavab verən elmi araşdırmaların yazılma üsullarına uyğun giriş, əsas hissəni əhatə edən ən azı iki başlıq və nəticə hissəsindən ibarət olmalıdır.

 

Məqalənin tərtibi qaydaları:

  • Məqalələr MS Office proqramında yığılmalıdır.
  • Şrift - Times New Roman, şriftin ölçüsü – 12, interval: 1, mətndaxili yazıda abzas-1sm buraxmaqla hazırlanmalıdır. Format A4.
  • Məqalə mətninin çərçivə ölçüləri: soldan – 2.0 sm; sağdan –2.0 sm; yuxarıdan –3.0 sm; aşağıdan 3.0 sm.
  • Universal Onluq Təsnifatı (UOT) əsasında mövzunun şifrəsi məqalə mətnin yuxarısında soldan yazılır.   
  • Sonra vərəqin ortası ilə (şrift qalın və böyük hərflə) məqalənin adı, onun altında müəllif(lər)in inisial(lar)ı (ad, ata adı və soyadı), altında məqaləni təqdim edən institutun (müəssisənin və s.) tam adı (müəlliflər müxtəlif təşkilatlardan olduqda, müəssisələrin adlarından əvvəl artma ardıcıllığı ilə rəqəmlər yazılmalı və həmin rəqəmlər sətirüstü indeksdə müəlliflərin soyadlarından sonra göstərilməlidir), məsul müəllifin elekton poçt ünvanı veril­məlidir.
  • Mövzuya dair ədəbiyyat siyahısı məqalənin sonunda verilir. Mətndə ədəbiyyata istinad kvadrat mötərizələrdə nömrələnməklə verilir. İstinadlar əsasən son illəri əhatə etməlidir və AAK-ın tələblərinə uyğun tərtib edilməlidir.
  • Cədvəllərin adı və nömrəsi onların üstündə verilməli və onlara mətndə istinad edilməlidir. Cədvəllər bir səhifədən digərinə keçirilməməlidir.
  • Məqalədə şəkillərin (qrafik, xəritə, sxem və s.) hər biri tərtib olunduğu proqramdan asılı olmayaraq vahid obyekt şəklində (ayrı-ayrı şəkillərin süni surətdə birləşdirilməsi yolverilməzdir) həm mətnin içərisində, həm də JPEG (*.jpeg, *.jpg) formatında fayl şəklində verilir (başqa formatlar qəbul olunmur). Şəkilaltı yazı “şəkil” sözü ilə nişanlanır və ərəb rəqəmləri ilə ardıcıl nömrələnir.
  • Ölçü vahidlərini seçərkən onların Beynəlxalq Vahidlər Sisteminə (Sİ) uyğun olması vacibdir.
  • Düsturlar və formullar Microsoft Equation 3 redaktorunda yığılır. Düsturun nömrəsi sağda mötərizədə yazılır. Düstur yazılan sətrin uzunluğu 8 sm-dən böyük olmamalıdır (düsturun nömrəsi daxil olmaqla). Əgər düsturun davamını sətirdən-sətrə riyazi qaydanı gözləməklə keçirdikdə 8 sm kifayət etmirsə, onda uzunluq düsturun nömrəsi daxil olmaqla 16,5 sm-dən böyük olmamalıdır.

 

Girişdən əvvəl məqalənin yazıldığı dildə qısa xülasəsi (ən azı 100-250 söz olmalıdır). Sonda isə məqalənin dərc olunduğu dildən başqa digər iki dildə də xülasənin tərcüməsi verilməlidir. Xülasədə müəllifin gəldiyi elmi nəticə, işin elmi yeniliyi, tətbiqi əhəmiyyəti və s. öz əksini tapmalıdır. Hər bir xülasədə müəllifin tam adı göstərilməli, həmçinin məqalənin adı tərcümə edilməldir. Açar sözlər (məqalənin adında istifadə edilməmiş sözlər olamalı və  şrift-qalın, kursiv) verilir.

 

QEYD:

-Sadalanan tələblərə cavab verməyən məqalələr qaytarılır. Məqalənin daxilolma tarixi onun redaksiya tərəfindən sonuncu dəfə qəbul edilən tarixi sayılır.

- Məqalədə göstərilən məlumat və faktların doğruluğuna  görə müəllif məsuliyyət daşıyır.

- Redaksiyaya daxil olan məqalələr anonim rəyə verilir, redaksiya heyəti tərəfindən qaytarılan məqalələrə təkrar baxılmır. Düzəlişlər üçün müəllifə geri göndərilən məqalələr həmin tarixdən mütləq on gün müddətinə redaktə olunaraq yenidən göndərilməlidir.

 

Əlaqə vasitələri:

E-mail: [email protected]

Azərbaycan Milli Elmlər Akademiyası, H.Cavid, 115, otaq 324

gencalimler.az

Tweet
ELANLAR
  • 17.02.2026
    XVI beynəlxalq konfrans keçiriləcək
  • 07.11.2025
    İdarəetmə Sistemləri İnstitutunda Zəfər Gününə həsr olunmuş tədbir keçiriləcək
  • 04.11.2025
    İdarəetmə Sistemləri İnstitutunda Elmi seminar keçiriləcək
  • 31.10.2025
    ED 1.20 Dissertasiya şurasının iclasında dissertasiya işinin müdafiəsi keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi