
Azərbaycan Memarlıq və İnşaat Universitetində “Karyera Sərgisi” keçiriləcək

Tələbələrin məşğulluğunu artırmaq məqsədilə Azərbaycan Memarlıq və İnşaat Universitetində 4 aprel 2023-cü il tarixində saat 10:00-da “Karyera Sərgisi” keçiriləcək. Hər il AzMİU-da təşkil olunan karyera sərgisində 100-ə yaxın dövlət qurumları, özəl şirkətlər, müəssisələr iştirak edir, tələbə və məzunlara müxtəlif vakansiyalar və təcrübə proqramları təklif edilir.
Karyera sərgisinin keçiriləcəyi məkanda dəvət edilən müəssisə və təşkilatların hər birinə ayrıca guşənin ayrılması nəzərdə tutulub. Nümayəndələr roll-up, broşurlar, tələbə və məzunlara təklif ediləcək vakansiyalar, digər normativ məhsullarla iştirak edə bilər.
-
17.03.2023
Azərbaycan Memarlıq və İnşaat Universitetində “Karyera Sərgisi” keçiriləcək -
07.03.2023
İdarəetmə Sistemləri İnstitutunda 8 mart - Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçiriləcək -
03.03.2023
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr edilmiş elmi-praktiki sessiya keçiriləcək -
24.02.2023
İdarəetmə Sistemləri İnstitutunda Xocalı soyqırımının 31-ci ildönümünə həsr olunmuş anım tədbiri keçiriləcək